Güney Azerbaycan

Azerbaycan (Farsça: آذربایجان Āzarbāijān), Güney Azerbaycan (Azerbaycan Türkçesi: Güney Azərbaycan گۆنئی آزربایجان, Cənubi Azərbaycan جَنوبي آذربایجان) veya İran Azerbaycanı, İran’ın kuzeybatısında yer alan bölge. Günümüzde İran’ın Doğu Azerbaycan, Batı Azerbaycan, Erdebil, Hamedan, Zencan ve Kazvin eyaletlerini oluşturmaktadır.

Güney Azerbaycan Bölgesi 170.000 – 220.000 km²lik bir sahayı kapsar ve kuzeyde Aras Nehri, güneyde Hamse, doğuda Gilan ve Hazar Denizi, batıda Türkiye ve Irak ile çevirilir.

  • İranın rəsmi qəzeti İbrahim Rəisini istefa verməyə çağırdı

    İranın rəsmi qəzeti İbrahim Rəisini istefa verməyə çağırdı

    İranda son günlər əsas ərzaq məhsullarının kəskin bahalaşması və bunun fonunda qıtlığı yaşanır. “Aznews tv” Telegram kanalı xəbər verir ki, “İslam Cumhuriyyəti” qəzeti bu səbəbdən prezident İbrahim Rəisini cəsarətli davranaraq istefa verməyə çağırıb. Qəzetin məqaləsində Rəisidən soruşulur ki, nə qədər vaxt keçməlidir ki, o, ölkənin boş sözlərlə idarə edilmədiyini anlasın. “Ciddi təhlükə elanı” başlıqlı məqalədə…

  • Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzinin Xalqın Acınacaqlı Həyat Şəraiti İlə Bağlı Çağırışı

    Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzinin Xalqın Acınacaqlı Həyat Şəraiti İlə Bağlı Çağırışı

    Azərbaycan Türk MillətiGöründüyü kimi, İslam Respublikasının məntiqsiz və macəraçı siyasətləri və rejim orqanlarındakı sistematik fəsad ucbatından Güney Azərbaycan və İranın müxtəlif bölgələrində insanların iqtisadi və məişət şəraiti görünməmiş dərəcədə pisləşib. Ət və meyvə kimi ərzaqlar uzun zamandan bəri xaqlın süfrəsindən yox olmuşkən, artıq çörək və un kimi həyati əhəmiyyət kəsb edən məhsulların təmini də cəmiyyətin…

  • Qərbi Azərbaycanda 6500 hektar riskli yaşayış yerləri mövcuddur

    Qərbi Azərbaycanda 6500 hektar riskli yaşayış yerləri mövcuddur

    Bu barədə əyalətin Yol və Şəhərsalma İdarəsinin başçısı məlumat verib. Qərbi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma İdarəsinin başçısı Seyid Möhsün Həmzəlu əyalətdə yüz minlərlə insanın qəzalı evlərdə yaşadığını deyib. “Qərbi Azərbaycan əyalətində 6588 hektar qeyri-rəsmi və riskli yaşayış məntəqələrində 544 min 444 ailə yaşayır və bunun 307 hektarı əyalət mərkəzi Urmu şəhərinin payına düşür”-deyə, Həmzəlu…

  • İranın təhsil naziri müəllimləri hədələdi: “Mitinqə çıxsalar işdən qovulacaqlar”

    İranın təhsil naziri müəllimləri hədələdi: “Mitinqə çıxsalar işdən qovulacaqlar”

    İranın təhsil naziri Yusif Nuri müəllimləri təhdid edib. O, növbəti etiraza qalxacaqları halda işdən çıxarılacaqlarını bildirib. “Müəllimlər öz tələblərini qanuni yollarla həyata keçirməlidirlər”-deyə, nazir bildirib. O, daha sonra iddia edib ki, guya müəllimlərin keçirdiyi etiraz aksiyaları qanunsuzdur və onlar növbəti belə aksiyada iştirak etsələr, işdən azad ediləcəklər. Xatırladaq ki, indiyədək ölkədə çox sayda müəllim Təhsil…

  • İranda Qaşqay türkü olan gənc incəsənət xadimi qətlə yetirilib

    İranda Qaşqay türkü olan gənc incəsənət xadimi qətlə yetirilib

    Firuzabad şəhər sakini olan musiqiçi gənc Əli Heydəri ötən həftənin cümə günü yaxınları ilə birlikdə bir qrup şəxsin hücumuna məruz qalıb. “Aznews tv” xəbər verir ki, beyin ölümü keçirərək komaya düşən gənc mayın 3-də vəfat edib. Musiqiçi və yaxınlarının Əmir Salar kəndi yaxınlığında hücuma məruz qaldığı və atasının da ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Əli…

  • Urmu stadionunda Azərbaycan bayrağı qaldırılıb, milli şüarlar səsləndirilib

    Urmu stadionunda Azərbaycan bayrağı qaldırılıb, milli şüarlar səsləndirilib

    Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin stadionunda bu şəhərin “Nəvəd-i Urmiya” və Bocnurd şəhərinin “Ətrək” futbol komandaları arasında keçirilən qarşılaşmada milli şüarlar səsləndirilib. “Pişəvəri ruhun şad”, “Azərbaycan oyaqdı, Xoy şəhərinə dayaqdı”, “Azərbaycan var olsun, milli hökumət olsun” və başqa bu kimi şüarların səsləndirilməsi ilə yanaşı Azərbaycan respublikasının bayrağı qaldırılıb. Qeyd edək ki, xüsusilə son illər…

  • Reuters: İran barıt çəlləyinin üstündə oturub

    Reuters: İran barıt çəlləyinin üstündə oturub

    “Reuters” xəbər ajansı yazıb ki, İran rəsmiləri Rusiyanın Ukraynaya hərbi tacavüzündən sonra neftin qiymətinin bahalaşmasına arxalanaraq, Vyana müzakirələrinin nəticə əldə etməsinə tələsmir. Onlar güman edirlər ki, neftin qiymətinin bahalaşması İrana yeni nəfəs almaq imkanı yaradıb. Adının açıqlanmasını istəməyən İranın yüksək vəzifəliəli rəsmilərindən biri “Reuters”ə açıqlamasında deyib ki, İranın atom proqramı uğurla irəliləyir və zaman İranın…

  • Həmədanda narazı fəhlələrin etiraz tətili başladı

    Həmədanda narazı fəhlələrin etiraz tətili başladı

    Güney Azərbaycanın Həmədan şəhərindəki “Əli Sədr mağarası” turizm zonasının narazı işçiləri işi dayandırıblar.“Aznews tv”nın xəbərinə görə, dünyanın ən böyük su mağarası və Güney Azərbaycanın ən mühüm turizm mərkəzlərindən sayılan Həmədanın “Əli Sədr” mağarası turizm bölgəsinin işçiləri ağır yaşayış vəziyyəti, maaşların azlığı və onlara qəbul etdirilən əlverişsiz işə qəbul şərtlərinə etiraz olaraq aksiyaya atıblar!

  • Təbrizdə ərzaq malları qıtlığı yaranıb

    Təbrizdə ərzaq malları qıtlığı yaranıb

    Vətəndaşlar sosial mediada paylaşım edərək bir çox məhsulların tapılmadığını yazıblar. Güney azərbaycanlı sosial media istifadəçiləri Təbrizdə bir sıra ərzaq mallarının bahalaşmasına baxmayaraq mağazalarda tapılmadığını yazıblar. Onlar xüsusilə son günlər makaron, bitki yağı və çayın qiymətlərinin kəskin bahalaşdığını, buna baxmayaraq bazarda mövcud olmadıqlarını bildiriblər. Qeyd edək ki, bir neçə gün öncə İanın başqa tanınmış iqtisadçı mütəxəssisi…

  • İranda yeniyetmə edam edilə bilər

    İranda yeniyetmə edam edilə bilər

    İranın İnsan Haqları Təşkilatı yetkinlik yaşına çatmayan Həmidrza Əjdərinin edamının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisini təcili tədbirlər görməyə çağırıb. Bəyanatda hazırda Şiraz zindanında saxlanılan yeniyetmənin edam hökmünü qətiləşdirmək üçün onun cinayət işində saxtakarlıq edildiyi və Həmidrzanın doğum tarixinin dəyişdirilərək yaşının çox göstərildiyi qeyd olunub. Qəsdən adam öldürməkdə…

  • Rusiyanın Tehrandakı səfiri: İranda hicab və spirtli içki qadağası rusların bu ölkəyə səfərinə mane olur

    Rusiyanın Tehrandakı səfiri: İranda hicab və spirtli içki qadağası rusların bu ölkəyə səfərinə mane olur

    Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryan deyib ki, İranda məcburi hicab və spirtli içki qadağası Rusiya vətəndaşlarının İrana səfər etməsi üçün əsas iki maneə sayılır. O, bu barədə Moskvada dərc olunan “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib. Səfir qeyd olunan iki səbəbə görə, Rusiya vətəndaşlarının İranın əvəzinə daha çox Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və…

  • Güclü yağış və dolu Urmiyada min hektardan çox bağ sahəsinə ziyan vurub

    Güclü yağış və dolu Urmiyada min hektardan çox bağ sahəsinə ziyan vurub

    Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin Planlaşdırma və İqtisadi İşlər bölməsi xəsarət barədə məlumat yayıb. Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin Planlaşdırma və İqtisadi İşlər bölməsi son günlər əyalətdə güclü yağış və dolunun kənd təsərrüfatına vurduğu ziyan barədə məlumat yayıb. Məlumatda Urmu şəhəri və ətraf bölgələrində 1202 hektar bağ sahəsi və 45 hektar əkin sahəsinin…

  • Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub

    Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub

    Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin avtomobilini yandıran şəxs həbs olunub. Sosial mediada yayılan videolarda təhlükəsizlik məmurlarının avtomobili yandıran şəxsi tapança ilə hədəfə aldıqları görünür. Saxlanılan şəxsin kimlyi barədə açıqlama verilməyib. Qeyd edək ki, martın 3-də…

  • Təbrizdə uşaqlara türkcə kitblar paylanıb

    Təbrizdə uşaqlara türkcə kitblar paylanıb

    Mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçiriblər. Mayın 3-də mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçirib və uşaqlara türkcə kitablar paylayıblar. Fəallar bununla yanaşı tanınmış alim və tarixçi Məhəmmədtazğı Zehtabinin qısa bioqrafiyasını əks etdirən afişalar yayıblar. Qeyd edək ki, professor Məhəmmədtağı Zehtabi (Kirişçi) türk dili, ədəbiyyatı və tarixi ilə bağlı çox saylı araşdırma və əsərlərin…

  • Urmu gölündə ekoloji böhran davam edir

    Urmu gölündə ekoloji böhran davam edir

    Urmu gölündə ekoloji böhran davam edir. Göldə su həcmi daha da azalıb. Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı Məcid Dəstqahi məlumat verib. Urmu gölündə hazırda 3.14 milyard kubmetr su mövcuddur və  ötən ilin oxşar dövrü ilə müqayisədə gölün su həcmi 2.05 milyard azalıb. O, son 10 gündə yağıntıların çoxalmasına baxmayaraq göldə yalnız 3…

  • İranda ərzaq mallarının kəskin bahalaşması davam edir

    İranda ərzaq mallarının kəskin bahalaşması davam edir

    İranda müxtəlif malların, özəlliklə də ərzaq məhsullarının qiymət artımının davam etməsi ilə eyni vaxtda paxlalı məhsullar sahəsində fəaliyyət göstərənlər ötən il ərzində bu məhsulların 120%-ə qədər bahalaşdığını deyiblər. İran Paxlalı Məhsullar Birliyinin sədri Əbdi İftixari mayın 2-də bildirib ki, İranda keçən il bir kiloqram paxlanın orta qiyməti 50-75 min tümən arasında olub və bu məhsulların…

  • “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır

    “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır

    Qərb diplomatları deyiblər ki, Avropa rəsmiləri İranla nüvə sazişini canlandırmaq və danışıqların dalana dirənməsindən çıxmaq üçün son cəhdlərində Avropa İttifaqının baş müzakirəçisi Enrike Moranın Tehrana səfərini təklif ediblər. “The Wall Street Journal” qəzeti mayın 1-də Qərb rəsmilərinə istinadən yazıb ki, Enrike Mora İrana yenidən səfər etməyə hazır olduğunu bəyan edib, lakin rəsmi Tehran hələlik bu…

  • Güneyli fəal Tehranda həbs olunub

    Güneyli fəal Tehranda həbs olunub

    İranın təhlükəsizlik məmurları mayın 1-də azərbaycanlı mədəni fəal Yaşar Təbrizini saxlayaraq naməlum yerə aparıblar. Bu barədə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası məlumat yayıb. Məlumata görə, təhlükəsizlik məmurları günorta saat 3 radələrində Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb. Ona məxsus şəxsi əşyalar, o cümlədən telefon və bilgisayar müsadirə edilib.…