Orta Doğu ve Afrika

  • Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub

    Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub

    Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin avtomobilini yandıran şəxs həbs olunub. Sosial mediada yayılan videolarda təhlükəsizlik məmurlarının avtomobili yandıran şəxsi tapança ilə hədəfə aldıqları görünür. Saxlanılan şəxsin kimlyi barədə açıqlama verilməyib. Qeyd edək ki, martın 3-də…

  • Təbrizdə uşaqlara türkcə kitblar paylanıb

    Təbrizdə uşaqlara türkcə kitblar paylanıb

    Mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçiriblər. Mayın 3-də mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçirib və uşaqlara türkcə kitablar paylayıblar. Fəallar bununla yanaşı tanınmış alim və tarixçi Məhəmmədtazğı Zehtabinin qısa bioqrafiyasını əks etdirən afişalar yayıblar. Qeyd edək ki, professor Məhəmmədtağı Zehtabi (Kirişçi) türk dili, ədəbiyyatı və tarixi ilə bağlı çox saylı araşdırma və əsərlərin…

  • Urmu gölündə ekoloji böhran davam edir

    Urmu gölündə ekoloji böhran davam edir

    Urmu gölündə ekoloji böhran davam edir. Göldə su həcmi daha da azalıb. Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı Məcid Dəstqahi məlumat verib. Urmu gölündə hazırda 3.14 milyard kubmetr su mövcuddur və  ötən ilin oxşar dövrü ilə müqayisədə gölün su həcmi 2.05 milyard azalıb. O, son 10 gündə yağıntıların çoxalmasına baxmayaraq göldə yalnız 3…

  • İranda ərzaq mallarının kəskin bahalaşması davam edir

    İranda ərzaq mallarının kəskin bahalaşması davam edir

    İranda müxtəlif malların, özəlliklə də ərzaq məhsullarının qiymət artımının davam etməsi ilə eyni vaxtda paxlalı məhsullar sahəsində fəaliyyət göstərənlər ötən il ərzində bu məhsulların 120%-ə qədər bahalaşdığını deyiblər. İran Paxlalı Məhsullar Birliyinin sədri Əbdi İftixari mayın 2-də bildirib ki, İranda keçən il bir kiloqram paxlanın orta qiyməti 50-75 min tümən arasında olub və bu məhsulların…

  • “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır

    “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır

    Qərb diplomatları deyiblər ki, Avropa rəsmiləri İranla nüvə sazişini canlandırmaq və danışıqların dalana dirənməsindən çıxmaq üçün son cəhdlərində Avropa İttifaqının baş müzakirəçisi Enrike Moranın Tehrana səfərini təklif ediblər. “The Wall Street Journal” qəzeti mayın 1-də Qərb rəsmilərinə istinadən yazıb ki, Enrike Mora İrana yenidən səfər etməyə hazır olduğunu bəyan edib, lakin rəsmi Tehran hələlik bu…

  • Güneyli fəal Tehranda həbs olunub

    Güneyli fəal Tehranda həbs olunub

    İranın təhlükəsizlik məmurları mayın 1-də azərbaycanlı mədəni fəal Yaşar Təbrizini saxlayaraq naməlum yerə aparıblar. Bu barədə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası məlumat yayıb. Məlumata görə, təhlükəsizlik məmurları günorta saat 3 radələrində Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb. Ona məxsus şəxsi əşyalar, o cümlədən telefon və bilgisayar müsadirə edilib.…

  • Qərbi Azərbaycan əyalətində dövlət məmuru həbs edilib

    Qərbi Azərbaycan əyalətində dövlət məmuru həbs edilib

    Qərbi Azərbaycan əyalətinin Elektrik Paylayıcı Şirkətinin ibaşçısı Əkbər Həsənbəglunun təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun  korrupsiya ittihamı ilə tutulduğu deyilir. Həbsdən dərhal sonra həmin vəzifəyə Nicatullah Əlinejadın təyin edildiyi və öncəki başçı barəsində cinayət işinin açıldığı bildirilir. Qeyd edək ki, Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində müxtəlif dövlət idarələrində…

  • İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib

    İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib

    İran Müəllimlər Birliyinin çağırışı əsasında mayın 1-də Təbriz və Ərdəbil şəhərləri başda olmaqla Güney Azərbaycan və İranın əksər şəhərlərində müəllimlərin ömümölkə etiraz aksiyaları keçirilib. Aksiyada maaşların bərabərləşdirilməsi, pulsuz təhsil və həbsdə olan müəllimlərin azad edilməsi tələb edilib. Verilən məlumatlara görə, etiraz aksiyaları zamanı çox sayda müəllim həbs olunub və naməlum yerə aparılıblar. Şərqi Azərbaycan əyalətinin Culfa…

  • Tehranlılar digər iranlilara nisbətən psixi xəstəliklərə daha çox meyllidirlər

    Tehranlılar digər iranlilara nisbətən psixi xəstəliklərə daha çox meyllidirlər

    Tehran Şəhər Şurasının üzvü Sudə Nəcəfi deyib ki, Tehran sakinləri digər iranlılarla müqayisədə daha çox “ruhi xəstəlik” riski altındadırlar. Tehran İslam Şurasının Səhiyyə Komitəsinin də üzvü olan xanım Nəcəfi İran mediasında dərc olunmuş yazısının bir hissəsində, habelə bildirib: “Cəmiyyətin icra orqanlarında və təşkilatlarında psixi xəstəliklərin zərərləri və bu məsələnin əhəmiyyəti, habelə fiziki sağlamlıqla əlaqəsi haqqında…

  • İranda bir ildən az müddətdə 10 milyardan çox kapital ölkədən çıxarılıb

    İranda bir ildən az müddətdə 10 milyardan çox kapital ölkədən çıxarılıb

    İran Mərkəzi Bankının ötən ilin 9 ayının sonunda verdiyi açıqlamaya görə, ölkədən 10 milyard dollardan çox kapital çıxarılıb Mərkəzi Bankın xalis kapital hesabı ilə bağlı statistikası göstərir ki, 1400-cü ilin (miladi-2021) ilk doqquz ayında kapital axını 2020 və 2019-cu illərlə müqayisədə daha da artıb.

  • Urmu gölünün kritik vəziyyəti rus astronavtının kamerasının obyektivindən

    Urmu gölünün kritik vəziyyəti rus astronavtının kamerasının obyektivindən

    Rusiyalı astronavt Urmu gölünün kritik vəziyyəti və gölün səhralaşması ilə bağlı şəkillər dərc edib. Beynəlxalq Kosmik Stansiyada olan rus astronavt Sergey Kudserçekov Urmu gölünü “təhlükə altında olan” duz göllərindən biri adlandırıb. “Bir neçə il əvvəl Urmu gölü Yaxın Şərqin ən böyük duz gölü idi. Ancaq hazırda onun ölçüsü əhəmiyyətli dərəcədə, 1984-cü illə müqayisədə 70% kiçilib”-deyə,…

  • İranda silahlı toqquşma olub

    İranda silahlı toqquşma olub

    İranın türkmənlər yaşayan Gülüstan vilayətinin Ağ Qala bölgəsində iki kəndin sakinləri arasında silahlı qarşıdurma baş verib. “Aznews tv” xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yerli sakinlərin sözlərinə görə, öncə bir neçə nəfər arasında əkin sahələri arasında su üstündə dava düşüb. Daha sonra bu, onlar arasında ov tüfəngindən istifadə…

  • Kəleybərdə sel və daşqınlar xəsarətlərə səbəb olub

    Kəleybərdə sel və daşqınlar xəsarətlərə səbəb olub

    Bu barədə Şərqi azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı məlumat verib. Aprelin 29-da Şərqi Azərbaycan əyalətinin Kəlybər və çaroymaq mahallarında sel və daşqınlar kənd təsərrüfatı, evlər və yollara ciddi xəsarətlər vurub. Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər mediaya verdiyi açıqlamada daşıqnların bir sıra yaşayış yerləri, yollar, körpülər və kənd təsərrüfatı, bağ sahələrinə…

  • Ələhvazda toz fırtınası həyatı iflic edib

    Ələhvazda toz fırtınası həyatı iflic edib

    Məktəblər və dövlət idarələri bağlanıb. İranın Ələhvaz əyalətində güclü toz fırtınası həyatı iflic edib və məktəblərlə yanaşı bir sıra dövlət idarələridə tətil edilib. Ələhvaz əyalətinin Təhsil İdarəsinin verdiyi açıqlamaya görə, aprel ayının 30-da əyalətin 6 şəhərində Dəşt-iAzadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karun və Bavi şəhərlərində bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Əyalətdə toz fırtınalarının yaranmasının əsas səbəblərindən…

  • Şərqi Azərbaycanda Universitet məzunlarının çoxu işsizdir

    Şərqi Azərbaycanda Universitet məzunlarının çoxu işsizdir

    Bu barədə əyalətin Əmək və Sosial Rifah İdarəsinin başçısı məlumat verib. Şərqi Azərbaycan əyalətinin Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthipur, aprelin 28-də Şərqi Azərbaycan əyalətində əmək və işəgötürən təşkilatları nümayəndələrinin iclasında çıxışı zamanı bölgədə işsizlik göstəricilərinin artmasından danışıb. O, əyalətdə mütəxəssislərin çox olmasına baxmayaraq bir sıra problemlər üzündən işsizlik səviyyəsinin azaldılmasının mümkün olmadığını…

  • Qərbi Azərbaycanda su çatışmazlığı əhalinin məcburi köçünə səbəb olub

    Qərbi Azərbaycanda su çatışmazlığı əhalinin məcburi köçünə səbəb olub

    Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mötəmediyan Urmunun inzibati ərazi bölgüsünə daxil olan Ənzəl mahalının Göyərçin qala kəndində əhali ilə görüş keçirib Görüşdə su qıtlığı çəkən kəndlilər problemi valinin diqqətinə çatdırıblar. Yerli əhali mahalın bir çox knd və qəsəbələrində su çatışmazlığından gileylənib, bu səbəbdən bölgədən ölkənin başqa yerlərinə köçün çoxaldığını deyiblər. Kəndlilərin çoxsaylı etiraz və narazılıqlarına…

  • İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

    İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

    İRNA ajansı Gilan vilayətinin Səravan kəndində zibil yığılması probleminin həll olunmamasına etiraz edən 22 nəfərin tutulduğunu bildirib. Məlumata əsasən, polis Səravan kəndində zibil toplama mərkəzinin açılmasına mane olan əhali ilə qarşıdurmaya gedib. Əldə edilən xəbərə görə, kəndin onlarla sakini ötən gün zibilin düzgün yığılmamasına qarşı etirazlarının 20-ci günündə zibil toplanma mərkəzinin giriş qapısına toplaşaraq, zibil…

  • Təbrizin ən yaşlı futbol klubunun ofisi möhürləndi

    Təbrizin ən yaşlı futbol klubunun ofisi möhürləndi

    Təbrizin “Maşinsazi” futbol klubu dağılmaq üzrədir. “Fars” xəbər agentliyi “Maşinsazi”nin ofisinin möhürləndiyini bildirib. Agentlik bunun xüsusi şikayətçinin iddiası əsasında prokurorluq məmurları tərəfindən həyata keçirildiyini bildirib. Klubun hüquqi müşaviri Məhəmmədhəsən Xətibi mediaya verdiyi açıqlamada klubun ofisinin bağlandığını təsdiq edib. O, komandanın fəaliyyətinin mümkün olacağını istisna etməyib. Lakin yerli sosial media istifadəçiləri və klub tərəfdarları ofisin möhürlənməsinin “Maşinsazi”nin fəaliyyətinin dayandırılması…