Orta Doğu ve Afrika

  • Urmu stadionunda milli şüarlar səsləndirilib

    Urmu stadionunda milli şüarlar səsləndirilib

    İsfahan və Urmu futbol komandalarının görüşündə milli haqlarla bağlı şüarlar səsləndirilib. Mayın 17-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Bakiri” stadionunda İsfahanın “Vənpars” və Urmunun “Nəvəd” futbol komandaları arasında keçirilən görüşdə milli haqlarla bağlı türkcə şüarlar səsləndirilib. Azərbaycanlı tamaşaçılar “türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarları ilə yanaşı “Vətən bizə ana, biz əsgərik ona” şeirini…

  • Ərdəbildə məşhur tarixi təpə dağıdılır

    Ərdəbildə məşhur tarixi təpə dağıdılır

    Bunun əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin icazəsi ilə edildiyi bildirilir. Ərdəbil əyalətinin Sümərin kəndi yaxınlığında yerləşən və Əşkanilər dövrünə aid olan “Məsəlava” tarixi təpəsi Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin icazəsi ilə tamamilə dağıdılıb. 1979-cu il inqilabından öncə Alman və İngilis arxeoloqları burada tədqiqat aparıb və təpənin tünc dövrünə aid olduğunu…

  • Xamneyinin istefasını tələb edən ictimai fəal həbs edilib

    Xamneyinin istefasını tələb edən ictimai fəal həbs edilib

    İranın ali rəhbəri Əli Xaməneyinin istefası tələbi ilə bəyanat imzalayan 14 nəfərdən biri tanınmış ictimai fəal Nərgiz Mənsuri həbs edilib. Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, həbslə bağlı siyasi fəal Məhəmməd Məhdəvifər özünün sosial media hesabında paylaşım edib. O, həbsin təhlükəsizlik məmurları tərəfindən həyata keçirildiyini və xanım Mənsurinin harada saxlanıldığı barədə məlumat…

  • İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

    İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

    İranın Ali Təhsil Şurası mayın 16-nı Firdovsini Anma Günü adlandırıb və bu münasibətlə İranın bütün məktəblərində “fars dilinin qorunması zəngi” çalınıb. Tədbir çərçivəsində İranın təhsil naziri Yusif Nuri və Fars dili Akademiyasının başçısı Qulaməli Həddadi Adil Tehran məktəblərinin birində tədbirin açılış zəngini səsləndiriblər. Təhsil naziri tədbirdəki çıxışında İranda yaşayan on milyonlarla qeyri-farsların dillərindən ad çəkmədən…

  • İranda daha bir müəllim hökumət qüvvələri tərəfindən həbs edildi

    İranda daha bir müəllim hökumət qüvvələri tərəfindən həbs edildi

    Sistan və Bəluçistan əyalətinin Dəştyari şəhər sakini, gənc müəllim Hüseyn Mehdipur mayın 11-də mülki geyimli polislər tərəfindən tutulub. Mehdipurun həbs edildiyi andan bu günədək onun vəziyyəti və harada saxlanması barədə heç bir məlumat verilmir. Xatırladaq ki, İranda çalışan və təqaüdə çıxmış narazı müəllimlər aylardır etiraz aksiyaları keçirsələr də, hökumət onların dərdinə biganə yanaşır və bu…

  • Amerika hökuməti İrandakı xalq etirazlarına dəstəyini ifadə edib

    Amerika hökuməti İrandakı xalq etirazlarına dəstəyini ifadə edib

    Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İranda bir neçə gündür ardı-arası kəsilməyən kütləvi xalq etirazları barədə twit paylaşıb. Prays mayın 15-dəki twit paylaşımında yazıb: “Vaşinqton qəhrəman İran xalqının söz və sərbəst toplaşmaq azadlığı hüququnu dəstəkləyir”. O, habelə bildirib ki, İran xalqının öz hökumətini cavabdeh etmək hüququ var. Xatırladaq ki, bu, Co Bayden hökumətinin İrandakı etiraz…

  • İranda narazı xalq Bəsic qüvvələrinin bazasına hücum edərək yandırdı

    İranda narazı xalq Bəsic qüvvələrinin bazasına hücum edərək yandırdı

    İranda son qiymət artımına etiraz əlaməti olaraq ölkənin Çaharmahal və Bəxtiyari əyalətinin Cunəqan şəhər sakinləri hökumətin könüllü Bəsic qüvvələrinin şəhərdə yerləşən bazasına hücum edərək tamamilə dağıdıb, daha sonra isə bazanı yandırıblar Hadisə mayın 12-də meydana gəlib və şəhərin bahalığa etiraz edən narazı əhalisi hökumətin yarıtmaz siyasətinə etiraz olaraq hökumət əleyhinə müxtəlif şüarlar səsləndirib, daha sonra…

  • Ərdəbildə xalq ayağa qalxdı, həbs edilənlər var

    Ərdəbildə xalq ayağa qalxdı, həbs edilənlər var

    Güney Azərbaycanın Ərdəbil şəhərinin Şəriəti meydanında kəskin bahalaşmaya etiraz olaraq etirazlar başlayıb. “Aznews tv” xəbər verir ki, onlar “Azərbaycan milləti çəkməz bu zilləti” kimi şüarlar səsləndiriblər. Əmniyət gücləri etiraza müdaxilə edərək çoxlu sayda insanı həbs edib. Əmniyyət güclərinin etirazçılara zor tətbiq etdiyi və rezin dəyənəklərlə insanları döydüyü bildirilir. Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti…

  • İranda Əli Xameneyi və İbrahim Rəisi əleyhinə şüarlarla hökumətə qarşı etirazlar davam edir

    İranda Əli Xameneyi və İbrahim Rəisi əleyhinə şüarlarla hökumətə qarşı etirazlar davam edir

    İranda hökumət əleyhinə etirazlar cümə günü axşam bir neçə əyalətdə, o cümlədən Lorestan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd vilayətlərində ardıcıl bir neçə gündür davam edir. Sosial mediada müxtəlif şəhərlərdən yayılan şəkillər və videolardan görünür ki, insanlar ölkənin Dorud və Farsan kimi şəhərlərində küçələrə çıxaraq İslam rejimi əleyhinə şüarlar, o cümlədən “Xameneiyə ölüm!”, “Rəisiyə ölüm!”,…

  • Şərqi Azərbaycanda qızılca epidemiyası ilə bağlı xəbərdarlıq

    Şərqi Azərbaycanda qızılca epidemiyası ilə bağlı xəbərdarlıq

    Bu barədə Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə məlumat verib. Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə Şərqi Azərbaycan əyalətində uşaqlar arasında qızılca epidemiyasının yayıldığı barədə xəbərdarlıq edib. Xəyyatzadə yoluxanların sayı barədə açıqlama vermədən son iki ildə bütün diqqətlərin koronovirus xəstəliyinə yönəldiyi üçün başqa xəstəliklərə, o…

  • Təbrizdə milli fəallar əski yer adlarının bərpasını tələb edir

    Təbrizdə milli fəallar əski yer adlarının bərpasını tələb edir

    Təbrizdə milli-mədəni fəalları aksiya keçirib. Onlar türkcə əski yer adlarının bərpasını tələb edir. Təbrizli milli fəallar mayın 12-də kənd və yer adlarının farscaya çevrilməsinə etiraz olaraq təhrif olunmuş yer adlarını göstərən lövhələrin üzərində türk dilində olan qədim yer adlarını yazıblar. Fəallar “Aşağı Gumana” və “Yuxarı Gumana” kənd adlarının təhrif edilərək “Komanec-i Sofla” və “Komanec-i Olya”…

  • İranın “Araz” və Ermənistanın “Mehri” Azad İqtisadi Zonaları arasında anlaşma memorandumu imzalanıb

    İranın “Araz” və Ermənistanın “Mehri” Azad İqtisadi Zonaları arasında anlaşma memorandumu imzalanıb

    İki ölkə arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyanın İrəvanda keçirilən 17-ci iclası çərçivəsində İranın “Araz” və Ermənistanın “Mehri” Azad İqtisadi Zonalarının rəhbərləri arasında anlaşma memorandumu imzalanıb. İranın Energetika Nazirliyinin rəsmi saytı xəbər verir ki, anlaşma memorandumunda tərəflər iki ölkənin iş adamlarının daha geniş əməkdaşlığına zəmin hazırlanmasının və İran və Ermənistanın azad iqtisadi zonalarının xüsusi imkanlarından sənaye,…

  • Köynəyinə “Azərbaycan” yazılmış “Traxtur” tərəfdarı stadiona buraxılmayıb

    Köynəyinə “Azərbaycan” yazılmış “Traxtur” tərəfdarı stadiona buraxılmayıb

    Təbrizin “Traxtur-Azərbaycan” klubunun azarkeşi haqsızlıqla üzləşib. Klubun fanatı Abdulla Ənsari sosial mediada paylaşım edərək köynəyinin üzərində “Azərbaycan” sözü yazdırdığına görə stadiona buraxılmadığını deyib. Onun sözlərinə görə, stadionua giriş bileti olmasına baxmayaraq polis məmurları köynəyini dəyişməsini, əks təqdirdə girişinə icazə verilməyəcəyini söyləyiblər. “”Traxtur”un oyununu izləmək üçün 600 kilometr yol qət edərək Muğandan Təbrizə gəlmişdim. Buna baxmayaraq köynəyimin üzərində…

  • İranda ana özünü və 5 yaşlı qızını binadan ataraq intihar edib

    İranda ana özünü və 5 yaşlı qızını binadan ataraq intihar edib

    İranlı gənc xanım həyat yoldaşı ilə mübahisə etdikdən sonra 5 yaşlı qızını binanın 4-cü mərtəbəsinin pəncərəsindən aşağı atıb və daha sonra özünü də balkondan yerə ataraq intihar edib. Cəsədlərin tibbi ekspertizaya gətirilməsindən sonra xanımın ailəsi onun intihar deyil, qətlə yetirildiyini iddia edib. Hadisənin mayın 8-də Tehran vilayətinin Kərəc şəhərində baş verdiyi bildirilir. Hadisənin şahidləri bu…

  • İranda aclıq görün insanları nələrə məcbur edir

    İranda aclıq görün insanları nələrə məcbur edir

    Xəbər verdiyimiz kimi, İranda son bahalaşmadan sonra ölkədə bir sıra əsas qida məhsullarının qıtlığı və ciddi qiymət artımı müşahidə edilir. Əsas ərzaq məhsullarının qıtlığı, habelə ölkənin bir çox şəhərlərində əhalinin uzun növbələrdə saatlarla gözləməsinə səbəb olub. Sosial mediada yayılan bu videoda isə İranın İslamşəhr şəhərində əhalinin SEPAH-a məxsus alış-veriş mərkəzinə hücum edərək bütün malları müsadirə…

  • Əhərdə su qıtlığı ilə bağlı xəbərdarlıq

    Əhərdə su qıtlığı ilə bağlı xəbərdarlıq

    Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində cari ildə də su çatışmazlığının şiddətlənəcəyi və əkin sahələrinin 50%-ni suvarmaq üçün suyun çatışmayacağı bildirilir. Əhərin fərmandarı Əbülfəz Qənizadə hazırda bölgədə quraqlığın hökm sürdüyünü, bölgənin ən böyük su bəndi olan Səttarxan su anbarından buraxılan suyun düzgün idarə edilmədiyini deyib. O, sudan istifadənin Su Qaynaqlarının Mühafizəsi Şurasının icazəsi və nəzarəti ilə həyata…

  • Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib

    Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib

    Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü hadisənin şəhərin “Abrəsan” məhəlləsində baş verdiyini deyib. Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mayın 10-da Təbrizin “Abrəsan” məhəlləsində baş verən iş qəzası nəticəsində bir işçinin öldüyünü deyib. Onun sözlərinə görə, hadisə yarımçıq tikintidə çalışan iki işçinin qaldırıcıdan yıxılması nəticəsində baç verib. 45 yaşlı işçi hadisə…

  • İranda spirtli içkidən ölənlərin sayı artıb

    İranda spirtli içkidən ölənlərin sayı artıb

    İranın Bəndər Abbas şəhərində ötən həftə kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənərək ölənlərin sayı 13 nəfərə çatıb. “Aznews tv” xəbər verir ki, bu barədə Hormuzqan vilayətinin Tibb Universitetinin sözçüsü Fatimə Novruzian məlumat verib. Onun sözlərinə görə, zəhərlənənlərdən biri də ölüb və bununla da ölənlərin ümumi sayı 13 nəfərə yüksəlib. Xanım Novruzian əlavə edib ki, spirtli…