Aliyar Kamran

  • Milli fəal Cəfər İsmayılzadə Təbriz zindanına köçürülüb

    Milli fəal Cəfər İsmayılzadə Təbriz zindanına köçürülüb

    Tanınmış milli fəal və idman ustası Cəfər İsmayılzadə Təbriz zindanına köçürülüb. Bu barədə Cəfər İsmayılzadənin yaxınları məlumat verib. O, iyunun 16-da 250 milyon tümən girov qoyduqdan sonra Təbriz zindanının karantin bəndinə, daha sonra isə zindanın 3-cü bölməsinə köçürülüb. Qeyd edək ki, Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları…

  • Urmu gölünün suyunun həcmi 1,76 milyon kubmetr azalıb

    Urmu gölünün suyunun həcmi 1,76 milyon kubmetr azalıb

    Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı məlumat verib. Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı Məcid Dəsqahinin verdiyi məlumata görə, Urmu gölündə suyun səviyyəsi 54 santimetr azalıb. Bu il iyunun 13-ə olan hesablamalara görə, hazırda göldə suyun səviyyəsi 1270,72 metrdir və bu ötən ilin oxşar dövründə 1271,26 olduğu üçün bu müddət ərzində suyun səviyyəsinin…

  • “Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”-Təbrizdə yazılı vərəqələr yayılıb

    “Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”-Təbrizdə yazılı vərəqələr yayılıb

    İyunun 14-də milli fəallar Təbriz şəhərində aksiya keçirib. Onlar şəhərdə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin hökumət tərəfindən talanmasına son qoyulmasını tələb ediblər. Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub. “Bu söz Azərbaycan…

  • Güneyli fəal aclıq aksiyası keçirir

    Güneyli fəal aclıq aksiyası keçirir

    O, 35 gündür qeyri-müəyyən vəziyyətdə Evin zindanında saxlanmasına etiraz edir. Güney azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi 35 gündür Tehranın Evin zindanında qyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir. Bundan öncə ailəsi ilə telefon danışığı zamanı qanunsuz həbs edildiyini bildirən fəal, “həbsxanaya şaquli vəziyyətdə gətirilmişəm, buradan isə qəbristanlığa üfüqi vəziyyətdə gedəcəyəm” deyən Şəhabi, iyunun…

  • “Ya istiqlal, ya ölüm” -Təbrizdə divarlara milli şüarlar yazıldı

    “Ya istiqlal, ya ölüm” -Təbrizdə divarlara milli şüarlar yazıldı

    İyunun 13-gecə saatlarından başlayaraq milli-mədəni fəallar Təbriz küçələrinin divarlarına son vaxtların ən çox səsləndirilən və bəyənilən şüarını yazıblar. Fəallar küçə və meydanlarda divarlara “Azadlıq, Əsalət, Milli hökumət” şüarlarını yazıb və aypara, səggiz bucaqlı ulduzla birgə “Ya istiqlal, ya ölüm” qrafitləri çəkiblər. Video Player

  • Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb

    Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb

    İran rəsmilərinə müraciət edilərək Təbrizin tarixi abidələri və quruluşunun dağıdılmasının qarşısının alınması istənilib. Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb və İran rəsmilərinə müraciət edilərək Təbrizin tarixi abidələri və məhəllələrinin  dağıdılmasının qarşısının alınması istənilib. İranın mədəni irs, turizm və əl işləri naziri Seyid İzzətullah Zərğami, yol və şəhərsalma naziri Rüstəm Qasimi və…

  • Zənganda iki məhkum edam edilib

    Zənganda iki məhkum edam edilib

    Onların narkotik alverində ittiham olunduqları üçün barələrində edam cəzasının çıxarıldığı deyilir. İyunun 13-də Zəngan zindanında narkotik alverində ittiham olunan iki məhkum dar ağacından asılaraq edam edilib. Edam edilənlərin birinin həmədanlı, başqasının isə Şərqi Azərbaycanın Sərəskənd (Həştrud) şəhərindən olduğu bildirilir. Turəc Keşavərz və Əli Səmədərnəjad adlı məhkumların edam edilməsi ilə yanaşı Zəngan zindanında saxlanılan daha iki…

  • Qərbi Azərbaycan əyalətində zəlzələ oldu

    Qərbi Azərbaycan əyalətində zəlzələ oldu

    Zəlzələ yerli vaxtla saat 10:32 dəqiqədə olub. Qərbi Azərbaycan əyalətinin “Siyəhçeşmə” bölgəsində yerli vaxtla saat 10:32 dəqiqədə zəlzələ olub. Əyalətin mərkəzi Urmu şəhərinin 190 kilometrliyində, yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin 4.7 bal gücündə olduğu bildirilir. Hələlik ehtimal edilən dağıntı və itkilər barədə məlumat yoxdur.

  • Ərdəbildə yüzlərlə işçi işdən çıxarıldı

    Ərdəbildə yüzlərlə işçi işdən çıxarıldı

    Ərdəbilin ən böyük iqtisadi müəssisələrindən biri olan “Səbəlan Parça” fabrikinin 400 işçisi fabrik rəhbərliyinin göstərişi ilə iş yerinə buraxımayıb. Uzun müddətdir əmək haqlarının verilməməsinə etiraz edən işçilər əmək haqları ödənilmədən işdən qovulduqlarını deyiblər. Əmək haqlarının gecikdirilməsinə və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz edən işçilər bir neçə dəfə fabrikin qarşısında etiraz aksiyası keçiriblər. Lakin onlara heç…

  • Ərtoğrul Sağlam “Traxtur”dan ayrıldı

    Ərtoğrul Sağlam “Traxtur”dan ayrıldı

    Türkiyəli mütəxəssis Ərtoğrul Sağlam Təbrizin “Traxtur-Azərbaycan” futbol klubundan ayrılıb. Buna səbəb klub rəhbərliyi ilə Sağlam arasında fikir ayrılığının yaranmasıdır. Məlumata görə, Sağlamın adı iyunun 9-da “Traxtur” klubunun “İnstaqram” profilindən silib. Qeyd edək ki, “Traxtur” klubunun rəhbərliyi türkiyəli baş məşqçini növbəti mövsüm üçün də saxlayacağı barədə vəd vermişdi. Lakin təxribatlar və fikir ayrılığı nəticəsində baş məşqçinin Təbrizdə qalması mümkün…

  • Abbas Lisani barədə 8 il azadlıqdan məhrum etmə və 2 il sürgün cəzası qüvvədə saxlanıldı

    Abbas Lisani barədə 8 il azadlıqdan məhrum etmə və 2 il sürgün cəzası qüvvədə saxlanıldı

    Bu barədə Ali Məhkəmənin birinci bölməsi qərar verib. Ali Məhkəmənin Birinci Şöbəsi Ərdəbil Apellyasiya Məhkəməsinin birinci şöbəsində Abbas Lisani barədə çıxardığı hökmü ləğv etsə də, birinci instansiya məhkəməsi tanınmış fəalın 8 il həbs və Yəzd şəhərində 2 il məcburi yaşamaq hökmünü qüvvədə saxlayıb. Lisaniyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən məlumatda bildirilib ki, Ali Məhkəmənin Birinci…

  • Təbrizdə milli fəal həbs olunub

    Təbrizdə milli fəal həbs olunub

    Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub. SEPAH əməkdaşları onu naməlum istiqamətə aparıblar. Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunaraq naməlum yerə aparılıb. Fəalın yaxınlarının verdiyi məlumata…

  • Əhərdə milli fəal Əkbər Əbülzadə həbs olunub

    Əhərdə milli fəal Əkbər Əbülzadə həbs olunub

    İyunun 7-i yerli vaxtla səhər saat 10:30 radələrində Əhər şəhərində yaşayan milli-mədəni fəal Əkbər Əbülzadə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün instaqram sosial media hesabında həbslə bağlı paylaşım edib. “Həbsin səbəbləri barədə məlumat verilməsədə, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün…

  • Tanınmış güneyli dilçi və araşdırmaçı xəstəxanaya yerləşdirilib

    Tanınmış güneyli dilçi və araşdırmaçı xəstəxanaya yerləşdirilib

    Onun ağır durumda olduğu bildirilir. Tehranda yaşayan tanınmış dilçi, araşdırmaçı və türkoloq Dr.Hüseyn Məhəmmədzadə Sədiq(Hüseyn Düzgün) iyunun 4-də “Şəriəti” xəstəxanasına yerləşdirilib. Onun yaxınlarının verdiyi məlumata görə, türkoloq beyin infarktı keçirib və ağır durumdadır. 1945-ci ildə Təbrizdə anadan olan Hüsey Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. O, 1979-cu il inqilabından sonra müxtəlif…

  • Əkbər Nəiminin “dosye”si Ali Məhkəməyə göndərilib

    Əkbər Nəiminin “dosye”si Ali Məhkəməyə göndərilib

    Güney azərbaycanlı hüquq müdafiəçisi Əkbər Nəiminin “dosye”si Ali Məhkəməyə göndərilib. Bu barədə Əkbər Nəiminin yaxınlarının məlumat verib. Nəiminin işi üzrə məlumaylı şəxslər və vəkillər dəfələrlə vurğulamışdılar ki, birinci və Apellyasiya Məhkəməsində onun müdafiəsindən asılı olmayaraq, yalnız Kəşfiyyat və dövlət orqanlarının hesabatına əsaslanaraq hökm çıxarılıb. Qeyd edək ki, Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək məhkum…

  • Milli fəal müvəqqəti azadlığa buraxılıb

    Milli fəal müvəqqəti azadlığa buraxılıb

    O, girov qarşılığında sərbəst buraxılıb. Təbrizdə yaşayan milli-mədəni fəl, şair Əkbər Cahani girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. Cahaninin son bir ayda iki dəfə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb buraxılmasına baxmayaraq onun nədə ittiham olunduğu barədə açıqlama verilməyib. Mədəni fəal və “Traxtur” klubunun tərəfdarlarından olan Əkbər Cahani mayın 19-da “Traxtur”-“Persepolis” komandalarının yarımçıq oyunundan sonra…

  • Əyyub və Davud Şiri qardaşları müvəqqəti azadlığa buraxılıb

    Əyyub və Davud Şiri qardaşları müvəqqəti azadlığa buraxılıb

    İyunun 2-i günorta saatlarında milli fəallar Əyyub və Davud Şiri qardaşları hər biri 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar. Mayın 19-da saxlanılan qardaşlar dindirildikdən sonra mayın 31-i, yerli vaxtla saat 21:30-da Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki bölməsinin təcridxanasında Təbriz zindanına köçürülmüşdülər. Təcridxanada saxlanıldıqları vaxtdan bu günə kimi fəalların nədə ittiham…

  • SEPAH-ın daha bir polkovniki öldürülüb

    SEPAH-ın daha bir polkovniki öldürülüb

    İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 840-cı Qüds qüvvələri bölməsinin polkovniki Əli İsmayılzadə müəmmalı şəkildə ölüb. Məlumata görə, o, mayın 30-da Kərəc şəhərinin “Cahannuma” məhəlləsində öz evində öldürülüb. Ə. İsmayılzadə bundan öncə mayın 22-də Tehranda öz evinin qarşısında güllələnərək öldürülən polkovnik Həsən Səyyad Xudayinin yaxın silahdaşlarından biri olub. Polkovnik Əli İsmayılzadənin ölüm xəbərinin bir neçə gün təxirlə…