Aliyar Kamran
-
Güneyli milli fəal Məhəmməd Eyni Rəşt zindanına köçürülüb
Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni Rəşt mərkəzi zindanına köçürüldüyünü deyib. O, bu barədə ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib. Milli fəalın yaxınları onun girov qarşılığında müvəqqəti azadlığa buraxılmasına icazə verilmədiyini billdirib. Məlumata görə, məsələnin ictimailəşdirilməməsini istəyən təhlükəsizlik məmurlarının fəalın ailəsini təhdid edib. Qeyd edək ki, Gilan əyalətinin mərkəzi…
-
Urmu gölünün ekoloji durumu daha da pisləşib: Gölün bərpası ilə bağlı aparılan işlər nəticə vermir
Urmu gölünün ekoloji durumu ötən ilə nisbətdə daha da pisləşib və gölün bərpası ilə bağlı aparılan işlərin yetərli olmadığı üçün müsbət nəticə əldə edilmir. İran Enerji Nazirliyinin verdiyi məlumata görə, hal-hazırda Urmu gölünün su səviyyəsi ötən ilin oxşar dövrü ilə müqayisədə 62 santimetr, gölün sahəsi isə 1295 kvadrat kilometr azalıb. Hal-hazırda göldə mövcud olan su…
-
Güneyli milli fəal polisə çağırılıb
Güney Azərbaycanlı milli fəal Huşəng Tağızadə bu gün Urmiyanın əmniyət polisinə çağırılıb. “Aznews tv” xəbər verir ki, o, bir neçə saat sorğulandıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, Huşəng Tağızadə keçmişdə də göstərdiyi milli fəaliyyətlərə görə dəfələrlə həbs olunub və məhkumluq həyatı yaşayıb.
-
Təbrizli Mehdi Əmini Ukrayna ordusunda işğalçılara qarşı döyüşəcək
O, Ukraynanın “Şefçenko” Universitetinin məzunudur. Təbrizdən olan və 20 ildir Ukraynada yaşayan Mehdi Əmini Rusiyanın işğalına qarşı savaşmaq üçün Ukraynada könüllülər siyahısına yazılıb. Təbriz Universitetində fizika oxuyan Mehdi, 20 il bundan öncə təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb və orada öyrənci yoldaşı Viktoriya ilə tanış olduqdan sonra ailə quraraq Ukraynada yaşamağı qərara alıb. “Deyirəm ki,…
-
Nazir: İran Ermənistanda avtomobil istehsalına birgə sərmayə qoymağa hazırdır
İran-Ermənistan əlaqələrinin çoxtərəfli ola biləcəyini açıqlayan sənaye naziri deyib: “İki ölkənin imkanları ikitərəfli mübadiləni üstələyir və biz bir neçə ölkəni iqtisadi məsələlərdə birləşdirə bilərik”. “Aznews tv”xəbər verir ki, martın 3-də İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşdə Seyidrza Fatemi Əmin bildirib: “İran və Ermənistan siyasi və mədəni sahələrdə böyük əməkdaşlıq ediblər, amma təəssüf ki,…
-
Şərqi Azərbaycan valisi sərvətlərin İranın başqa bölgələrinə daşınmasına qarşı çıxdı
Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətin mədən gəlirlərinin başqa bölgələrə ayrılmasından narazılığını bildirib. Bunu ayrı-seçkilik kimi dəyərləndirən vali deyib ki, Azərbaycanın sərvətləri özündə qalmalıdır. “Əyalət mədənlərindən əldə edilən vəsaitlər tam olaraq əyalətin özünə ayrılmalıdır və mən xalqın qulluqçusu olaraq bu məsələnin həll olunması üçün çalışacağam”-deyə, vali bildirib. Rəzəvi Xurrəm Şərqi Azərbaycan Mədənlər Şurasının toplantısındakı çıxışında…
-
Sosial mediada güneyli siyasi məhbusla bağlı paylaşım edilib
Onlar Ruzbeh Pirinin qısa videosunu yayaraq ona dəstək verməyə çağırıblar. Güney azərbaycanlı sosial media və milli fəalları Təbrizin mərkəzi zindanında 3 il 8 ay həbs cəzasını çəkməkdə olan siyasi məhbus Ruzbeh Piri ilə bağlı paylaşım edib, azərbaycanlıları onu unutmamağa çağırıblar. Ruzbeh Piridən yayılan qısa videoda o, “Güney Azərbaycanın övladlarını həbs etməklə Azərbaycanın tələbləri unudulmayacaq”-deyə, bildirir.…
-
SEPAH yenidən Azərbaycanı təhdid etdi: “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”
İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) aid olan tvitter hesabında yenidən Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb. “Aznews tv” xəbər verir ki, paylaşımda İran rəsmilərinin Rusiyanın işğal əməliyyatı ilə bağlı mövqeyi bir daha təkrarlanaraq Ukrayna qarşı hücum “böhran” kimi qələmə verilib. “İran İslam Respublikası Şərqi Avropada yaranmış gərginliyi Avropa və Amerikanın təcavüzkar siyasətlərinin nəticəsi hesab…
-
Milli-mədəni fəalların Abbas Lisani ilə görüşləri davam edir
Güney Azərbaycanın müxtəlif bölgələrindən çox sayda fəal Abbas bəyin görüşünə gedib Güney azərbaycanlı milli-mədəni fəalların Abbas Lisani ilə görüşləri davam edir və fevralın 25-də Urmu və Təbriz şəhərindən fəallar Ərdəbil şəhərinə gedərək yenicə tibbi məzuniyyətə çıxmış siyasi məhbusla görüşüblər. Müxtəlif bölgələrdən minlərlə insanın Abbas bəylə görüşmək istəməsinə baxmayaraq, karantin şərtləri və Abbas bəyin evinin tutumuna…
-
Xocalı Faciəsindən 30 Il Ötür
26 fevral 1992-ci il Qarabağın işğalı zamanı Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən Xocalı şəhəri ətrafında ən azı 613 dinc sakinin qətlə yetirildiyi gündür. Human Rights Watch, İnsan Hüquqlarını Müdafiə Mərkəzi və digər beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, qətliam Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Qarabağın işğalı zamanı Xocalı şəhərinin süqutundan sonra 1992-ci il fevralın 25-dən…
-
Zənganda xalçaçılıq sahəsi iflasa uğrayıb
Zəngan əyalətinin Baş Gömrük İdarəsinin rəisi Mirhaşım Seyidəhmədi əyalət gömrüklərindən xalça ixracatının həyata keçirilmədiyini və bu sahədə çalışanların durumunun olduqca ağır olduğunu deyib. “Bundan öncədə Zəngan əyalətində çox sayda əldə toxuma xalçanın istehsal olunmasına baxmayaraq ixracat istənilən səviyyədə deyildi. Zəngan xalçaçılarının zəhmətilə toxunan xalçalar xarici ölkələrə Qum şəhəri adı altında və bu şəhərin tacirləri tərəfindən…
-
Güney Azərbaycanda Ümumdünya Ana Dili Günü ilə bağlı aksiyalar davam edir
Bir neçə gündür Güney Azərbaycanda Ümumdünya Ana Dili Günü ilə bağlı başladılan tədbirlər fevralın 21-i axşam saatlarında da davam edib. Milli-mədəni fəallar Xiyav, Urmu, Sulduz, Qoşaçay, Miyana və digər şəhərlərdə minlərlə türkcə kitab paylayıblar. Bununla yanaşı fəallar Ərdəbilin bir sıra kəndlərdə şagirdlərə türkcə kitablarla yanaşı məktəb ləvazimatı, çantalar və məktəblə bağlı hədiyyəlik əşyalar bağışlayıblar. Qeyd…
-
Təbrizdə Ümumdünya Ana Dili Günü ilə bağlı minlərlə yazılı vərəqə yayılıb
“Şirindir ana dilim”. “Aznews tv”ı xəbər verir 21 Fevral Ümumdünya Ana Dili Günü ilə bağlı fevralın 20-də Təbriz minlərlə yazılı vərəqə yayılıb. “Şirindir ana dilim”, “2 isfənd Ümumdünya Ana Dili Günü qutlu olsun” məzmunlu yazılı vərəqələr şəhər məhəllələrinin çoxunda yayılıb, ictimai yerlərdə paylanılıb. Güneyli milli-mədəni fəallar bu vasitə ilə İran hökumətinin türk dilində təhsilə qoyduğu…
-
Güneyli uşaqların ana dilində təhsillə bağlı videomüraciətləri yayılıb
Onlar ana dilində təhsil almaq istədiklərini deyiblər. 21 Fevral Ümumdünya Ana Dili Günü ilə bağlı Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində keçirilən aksiyalar çərçivəsində güneyli uşaqların ana dilində təhsil almaq istədikləri ilə bağlı videomüraciətləri yayılıb. Uşaqlar və yeniyetmələr öz dillərində təhsil almaq, türk olduqları və türk qalmaq istədiklərini bildiriblər. Qeyd edək ki, Urmu, Təbriz, Ərdəbil,…
-
Güney Azərbaycanın Əcəbşer şəhərində uşaqlara türkcə kitablar paylanılıb
Güney Azərbaycan şəhərlərində 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən mədəni tədbirlər davam edir. Aznews tv’i xəbər verir Fevralın 19-da Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərində milli-mədəni fəallar uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar. Bundan öncə fevralın 18-də oxşar aksiya Təbrizdə keçirilmiş və şəhər səviyyəsində uşaqlar arasında kitablar paylanılmışdı. Qeyd…
-
Azərbaycan milli mətbəxi olan “dolma” Kermanşah yeməyi olaraq dövlət qeydiyyatına alındı
Bildirilir ki, Əzəminin vurğuladığı 11 qeyri-maddi irsin arasında Azərbaycan milli mətbəxinə aid olan yarpaq dolması da yer alıb
-
Təbrizdə narazı fəhlələr işdən çıxarıldı
Təbrizin “Motojen” şirkətinin etiraz edən işçiləri 9 günlük tətildən sonra işdən çıxarılıb. Podratçı şirkətin işçiləri olan həmin fəhlələrin hamısı etiraz etdikləri üçün işdən çıxarılıblar.
-
Təbrizdə Ana Dili aksiyası: Uşaqlara türkcə kitablar paylanılıb
18 fevral axşam saatlarında Təbrizdə milli-mədəni fəallar 21 fevral Beynəlxalq Ana Dili Günü və siyasi məhbusların xatirəsini anmaq məqsədilə uşaqlar və yeniyetmələr arasında türkcə kitablar paylayıblar.
KONU HAKKINDA YAZILAR
-
Güneyli milli fəal Məhəmməd Eyni Rəşt zindanına köçürülüb
-
Urmu gölünün ekoloji durumu daha da pisləşib: Gölün bərpası ilə bağlı aparılan işlər nəticə vermir
-
Güneyli milli fəal polisə çağırılıb
-
Təbrizli Mehdi Əmini Ukrayna ordusunda işğalçılara qarşı döyüşəcək
-
Nazir: İran Ermənistanda avtomobil istehsalına birgə sərmayə qoymağa hazırdır
-
Şərqi Azərbaycan valisi sərvətlərin İranın başqa bölgələrinə daşınmasına qarşı çıxdı
-
Sosial mediada güneyli siyasi məhbusla bağlı paylaşım edilib
-
SEPAH yenidən Azərbaycanı təhdid etdi: “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”
-
Milli-mədəni fəalların Abbas Lisani ilə görüşləri davam edir
-
Xocalı Faciəsindən 30 Il Ötür
-
Zənganda xalçaçılıq sahəsi iflasa uğrayıb
-
Güney Azərbaycanda Ümumdünya Ana Dili Günü ilə bağlı aksiyalar davam edir
-
Təbrizdə Ümumdünya Ana Dili Günü ilə bağlı minlərlə yazılı vərəqə yayılıb
-
Güneyli uşaqların ana dilində təhsillə bağlı videomüraciətləri yayılıb
-
Güney Azərbaycanın Əcəbşer şəhərində uşaqlara türkcə kitablar paylanılıb
-
Azərbaycan milli mətbəxi olan “dolma” Kermanşah yeməyi olaraq dövlət qeydiyyatına alındı
-
Təbrizdə narazı fəhlələr işdən çıxarıldı
-
Təbrizdə Ana Dili aksiyası: Uşaqlara türkcə kitablar paylanılıb