Aliyar Kamran
-
Təbrizdə milli fəal Əziz Purvəlinin məzarı dağıdılıb
Tanınmış milli fəal Əziz Purvəli Təbrizin “Vadi rəhmət” qəbristanlığındakı məzarına növbəti dəfə hörmətsizlik edilib. Məlumata görə, onun məzar daşı sındırılaraq dağıdılıb. Bu barədə azərbaycanlı fəalın ailəsi açıqlama verib. “Belə bir çirkin əməlin baş verməsi Azərbaycanın böyük xalqının istibdad və müstəmləkəçiliyə nifrətini dahada artıracağı şübhəsizdir”-deyə, bildiriblər. Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından olan Əziz Purvəli, dinc mədəni…
-
İranda hərbi hissədə əsgər 4 əsgər yoldaşını güllələyərək öldürüb
İranın Buşehr şəhərində 1 əsgər 4 əsgər yoldaşını güllələyərək öldürüb. “Aznews tv”xəbər verir ki, İran mətbuatı hadisənin əsgərlərin postda növbəni dəyişən zaman aralarında yaranan davadan meydana gəldiyini iddia edir. Bildirilir ki, həmin əsgər daha sonra hərbi hissənin yanında dayanan “Səmənd” markalı avtomobilin sürücüsünü girov götürərək qaçmağa nail olub. İran polisi postlardan birində avtomobili saxlamağa cəhd…
-
Təbrizdə dünyanın ikinci böyük karikatura muzeyi bağlanır
Təbriz bələdiyyəsi muzey eksponatlarını yerləşdiyi binadan çıxarır. Dünyanın ikinci, Asiyanın isə ən böyük karikatura muzeyi olan Təbriz Karikatura Muzeyinin bağlanması üçün törədilən süni manelərə davam edir və Təbriz bələdiyyəsi muzey eksponatlarını yerləşdiyi binadan çıxarır. Muzeyin hazırkı rəhbəri Sumeyra Yusifi özünün sosial media hesabında etdiyi paylaşımda muzeyə getdiyi zaman qapıların açıq olduğunu, heç bir bildiriş və…
-
İranın keçmiş təhlükəsizlik naziri öldü
O, minlərlə müxalifin edamında iştirak edib. İranın 1979-cu il inqilabından sonra ilk təhlükəsizlik naziri Məhəmməd Məhəmmədi Reyşəhri martin 21-də 75 yaşında Tehranın “Xatəmul Ənbiya” xəstəxanasında ölüb. Reyşəhri 1988-ci ildə müxalif məhbuslara qarşı çıxarılan kütləvi edam qərarlarının verilməsində, Xomeyninin bir başa göstərişi ilə müxalifləri öldürmək üçün qurulan və “ölüm heyəti” adlandırılan qrupun təşkilində iştirak edib. Məhəmməd…
-
Təbriz saytı erməni deputatların işlər nazirinə məktubu barədə yazı dərc edib
Təbrizin “azərəncümən” xəbər saytı İran parlamentinin iki erməni nümayəndəsinin bu ölkənin xarici işlər nazirinə məktubu barədə yazı dərc edib. Sayt bunu “qəribə məktub” adlandırıb. “İran parlamentinin iki erməni nümayəndəsi xarixi işlər nazirinə qəribə bir məktub yazaraq Qarabağda azərbaycanlıların azan səsləndirməsini ermənilərə qarşı psixi təzyiq adlandırıblar.Azərbaycanın müsəlman ölkəsi olmasını və Qarabağın Azərbaycan Respublikasının torpağı olduğunu nəzərə alaraq…
-
İran televiziyasında Azərbaycan rəqsinə senzura tətbiq edilib
Martın 20-də İran televiziyasının 3-cü kanalında Yaz bayramı münasibətilə yayınlanan “Əsri cədid” proqramında başqa xalqların rəqsi nümayiş etdirildiyi halda Azərbaycan rəqsinin göstərilməsinə imkan verilməyib. İranda yaşayan müxtəlif xalqların musiqi qruplarının qatıldığı proqramda Azərbaycanı Ərdəbil şəhərinin “Aylan” rəqs qrupu və ərdəbilli müğənnə Ayhan təmsil edirdi. Verilişin rejissoru Azərbaycan rəqs qrupu və Ayhanın ifasından bir saniyə belə yayınlanmağa…
-
Ərdəbildə məktəb binaları çatışmır
Ərdəbil valisinin abadlıq işləri üzrə müavin Seyid Kamal Mircəfəriyan martin 20-də mediaya verdiyi məlumatda əyalətdə ən azı 1000 dərs otağının çatışmadığını deyib. O, ölkə üzrə adambaşına düşən təhsilsahəsinin ortalama 6.5 kvadratmetr olduğu halda, bunun Ərdəbil əyalətində 4,2 kvadratmer təşkil etdiyini söyləyib. Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Həsən Məhəmmədi ədib isə əyalətdə…
-
Şəbistərdə faciə: İş qəzasında iki nəfər həyatını itirib
Martın 20-də Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin “Şirin əsəl” şokolat fabrikində iki işçi iş qəzası nəticəsində ölüb. Bu barədə mediaya açıqlamasında Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin polis rəisi Nasir Derəxşan məlumat verib. Onun sözlərinə görə, 32 və 38 yaşlı işçilər fabrikin istehsal salonlarından birini yuyan zaman elektrik cərəyanı vurması nəticəsində dünyalarını dəyişiblər. Polis rəisi həyatını itirən…
-
Evin zindanında ikili vətəndaşlığı olan məhbus vəfat edib
Tehranın Evin zindanında saxlanılan və Avstraliya və İran İslam Respublikasıvətəndaşı olan Şükrüllah Şələbi martin 20-də həyatını itirib. Tehran həbsxanasında ikili vətəndaşlığı olan yaşlı məhbus ölüb İranda həbsdə olan 83 yaşlı Avstraliya-İran vətəndaşı Şükrullah Cəbəlinin ailəsinin bildirdiyinə görə, o, Tehranın Evin zindanında həyatını itirib. Çələbinin ailə üzvlərinin verdiyi məlumata görə, son günlər onun sağlamlıq durumunun ağır…
-
Qərbi Azərbaycanın bir neçə şəhərində polislə əhali arasında toqquşma olub
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu başda olmaqla bir neçə şəhərdə polis məmurları ilə vətəndaşlar arasında qarşıdurma olub. Yaz bayramı şənlikləri mərasimlərinə qatılan vətəndaşlara qarşı tətbiq edilən məhdudiyyətlər qarşıdurma ilə nəticələnib. Martın 20-i axşam saatlarında əyalətin Urmu, Üşnü və Piranşəhr şəhərlərində baş verən qarşıdurma zamanı bir neçə nəfərin yaralandığı, bir neçə nəfərin isə saxlanıldığı bildirilir. Yerli…
-
Husi qruplaşmasına aid 4 partlayıcı yüklü dron məhv edildi
Ərəb koalisiyası Səudiyyə Ərəbistanına atılan İranın dəstəklədiyi Yəmən husilərinə məxsus və partlayıcı maddələrlə yüklü 4 dronun vurulması ilə bağlı videogörüntüləri yayıb.
-
İranla İraq arasında gərginlik artır? : Quru sərhədlər bağlandı
İranın Sərhəd Xidməti quru yolla İraqa getmək istəyən vətəndaş və zəvvarlara müraciət edib. “Aznews tv” xəbər verir ki, müraciətdə ölkənin İraqla bütün sərhəd buraxılış məntəqələrinin bağlandığı bildirilir. Sərhədləri hansı tərəfin bağladığı və bu qərarın səbəbi hələ ki, açıqlanmayıb. Yayılan digər xəbərlərdə isə “Sepah”ın Ərbilə hücumu ilə əlaqədar İranın Bağdaddakı səfirinin sorğu-sual edilmək üçün İraq parlamentinin…
-
Bu gün Oğuz(Nevruz) bayramıdır
Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Oğuz bayramını qeyd edir. “Aznews tv” xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi ikinci oğuz bayramıdır. Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq ikinci dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu…
-
Siyasi məhbus Tohid Əmir Əmini zindanda basqılarla üzləşib
O, bu barədə yaxınlarına məlumat verib. Güney Azərbaycanın Ərdəbil şəhərindən olan və Tehranın Evin zindanında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Tohid Əmir Əmini yaxınları ilə telefon danışığı zamanı təhlükəsizlik məmurlarının təhdidləri ilə üzləşdiyini deyib. O, martın 19-da ailəsi ilə qısa telefon danışığı zamanı saxlanıldığı 4-cü bölmədən təhlükəsizlik idarəsinin təcridxanası sayılan 209-cu bölməyə köçürüldüyünü, məmurların onu…
-
Şərqi Azərbaycan şəhərlərinin 70 faizi su su böhranı yaşayır
Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Şərqi Azərbaycan əyalətində olan yüzlərlə kəndin susuz qaldığını bildirib. O, kəndlərin boşalmasının səbəblərindən birinin də su çatışmazlığı olduğunu deyib. “Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb və bununla yanaşı əyalət şəhərlərinin 70-i su qıtlığı böhranı yaşayır”-deyə, Sari bildirib. Onun sözlərinə görə, hal-hazırda Şərqi Azərbaycan əyalətinin 480 kəndində su…
-
Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı
Hava şəraitinin kəskin pisləşməsi Şərqi Azərbaycan əyalətinin Əhər bölgəsində sosial həyatı iflic edib, nəqliyyatın hərəkətə çətinləşib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Qasım Qəməri mediaya verdiyi açıqlamada bildirib. O, bölgədə onlarla kəndin yollarının bağlandığını deyib. Bütün çalışmalara baxmayaraq, 70 kəndin ətraf aləmdən təcrid olunduğunu deyən Qəməri başqa yollarda da…
-
Qoşaçay zindanında bir məhkum edam edilib
O, qətldə ittiham olunurdu. Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin zindanında bundan öncə qətldə ittiham olunan məhkum edam edilib. İnsan haqları təşkilatlarının dar ağacından asılan Nizaməli Mirzayi adlı məhum barədə məlumat yaymalarına baxmayaraq, İranın rəsmi dövlət qurumları onun edamı barədə bilgi verməyiblər. Hər il İranda edam edilən yüzlərlə insan barədə məlumat ya çox ictimailəşdirilir yada…
-
Xoy məhkəməsi Türkiyə vətəndaşı barədə ölüm hökmü çıxardı
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu zindanında saxlanılan Türkiyə Cümhuriyyətinin vətəndaşı Hatəm Özdəmir edam cəzasına məhkum edilib. Bu barədə Xoy şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb. İnqilab Məhkəməsinin 1-ci bölməsinin Özdəmirə qarşı “islam quruluşuna qarşı silahlı üsyan” ittihamı ilə çıxardığı edam hökmü martin 15-də ona bildirilib. 2019-cu il yayının əvvəllərində Makı şəhərində saxlanılan Hatəm Özdəmir Urmu şəhərinin…
KONU HAKKINDA YAZILAR
-
Təbrizdə milli fəal Əziz Purvəlinin məzarı dağıdılıb
-
İranda hərbi hissədə əsgər 4 əsgər yoldaşını güllələyərək öldürüb
-
Təbrizdə dünyanın ikinci böyük karikatura muzeyi bağlanır
-
İranın keçmiş təhlükəsizlik naziri öldü
-
Təbriz saytı erməni deputatların işlər nazirinə məktubu barədə yazı dərc edib
-
İran televiziyasında Azərbaycan rəqsinə senzura tətbiq edilib
-
Ərdəbildə məktəb binaları çatışmır
-
Şəbistərdə faciə: İş qəzasında iki nəfər həyatını itirib
-
Evin zindanında ikili vətəndaşlığı olan məhbus vəfat edib
-
Qərbi Azərbaycanın bir neçə şəhərində polislə əhali arasında toqquşma olub
-
Husi qruplaşmasına aid 4 partlayıcı yüklü dron məhv edildi
-
İranla İraq arasında gərginlik artır? : Quru sərhədlər bağlandı
-
Bu gün Oğuz(Nevruz) bayramıdır
-
Siyasi məhbus Tohid Əmir Əmini zindanda basqılarla üzləşib
-
Şərqi Azərbaycan şəhərlərinin 70 faizi su su böhranı yaşayır
-
Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı
-
Qoşaçay zindanında bir məhkum edam edilib
-
Xoy məhkəməsi Türkiyə vətəndaşı barədə ölüm hökmü çıxardı