Aliyar Kamran

  • İranlı fəallar həbs edilmək üçün Evin zindanına çağırılıblar

    İranlı fəallar həbs edilmək üçün Evin zindanına çağırılıblar

    Uşaq hüquqları fəalı Əfsanə Əzimzadə və fotoqraf, kinorejissor Nigar Məsudi həbs cəzalarını çəkmək üçün Evin məhkəməsinə çağırılıblar. “HRANA” ajansının məlumatına görə, Nigar Məsudi “milli əmniyətə qarşı fəaliyyət” və “hökumət əleyhinə fəaliyyət” ittihamları ilə 4 il 8 ay həbs, habelə “pozğunluğa və əxlaqsızlığa təşviq etmə” ittihamı ilə 80 milyon tümən nağd pul cəzasına məhkum edilib. Əfsanə…

  • Tehran “Əmirkəbir” universitəsində motosikletli gəşt xidməti fəaliyyətə başlayıb

    Tehran “Əmirkəbir” universitəsində motosikletli gəşt xidməti fəaliyyətə başlayıb

    Tehran universitetlərindən birində hicabla bağlı xəbərdarlıq üçün motosikletli patrul xidməti fəaliyyətə başlayıb “Ensafnews” veb-saytı xəbər yayaraq bildirib ki, Tehranda “Əmirkəbir” Texnologiya Universitetinin mühafizəçiləri “misli görünməmiş” bir addıma əl ataraq, universitetin ərazisində motosikletli gəşt  xidmətinə başlayıblar. Belə ki, sözügedən gəşt xidmətinin məmurları qız öyrəncilərin hicabına və oğlanlarla bir yerdə oturmamasına nəzarət edəcəklər. gəşt xidmətinin əməkdaşları qaydalara əməl etməyənlərə…

  • Milli fəal Arəş Məkaridustun ailəsinə təzyiq göstərilir

    Milli fəal Arəş Məkaridustun ailəsinə təzyiq göstərilir

    Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərinin təhlükəsizlik idarəsi Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun ailəsinə təzyiq edir. Aprelin 21-də Türkiyədə yaşayan milli-mədəni fəal Arəş Məkaridustun qardaşı Firudin Məkaridustu idarəyə çağıraraq dindirib. Təhlükəsizlik məmurları heç bir məhkəmə hökmü olmadan onu telefon vasitəsilə idarəyə çağırıb, sattlarla qardaşının fəaliyyəti barədə surğu-suala tutub və təhdid ediblər. Fridun Məkaridustun yaxınlarının verdiyi məlumata…

  • İranda aylıq inflayasiya 3,3%-ə çatıb

    İranda aylıq inflayasiya 3,3%-ə çatıb

    İranın Statistika Mərkəzi fərvərdin (21 mart-20 aprel) ayı ərzində ölkədəki inflayasiya həddini 3,3% olaraq elan edib. Sözügedən komitə son hesabatında bu barədə yazıb: “1401-ci ilin ilk ayında aylıq inflayasiyanın həddi 3,3% artıb ki, bu da ötən ayla müqayisədə 2%-lik artım deməkdir”. Bildirilir ki, fərvərdin ayı ərzində ərzaq, içki və tütün məhsullarında 4,9%, qeyri-ərzaq mallarında və…

  • Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzinin Məhəmmədyar və Sulduz qırğınının 43-cü ildönümü münasibəti ilə bəyanatı

    Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzinin Məhəmmədyar və Sulduz qırğınının 43-cü ildönümü münasibəti ilə bəyanatı

    Azərbaycan Türk milləti öz coğrafi bölgəsindəki digər azlıqlarla həmişə yaxşı münasibətdə olmuş və onlarla yaxşı münasibət qurmuşdur. Ona görə də Azərbaycan Türkləri qonaqpərvərlik mədəniyyəti ilə məşhurdurlar. Bu tarixi fakta qısaca nəzər salsaq, Azərbaycan Türk millətinin zəngin və bənzərsiz mədəniyyətə malik olduğunu göstərir.Məhz buna görə də Azərbaycan Türkləri min illər boyu Azərbaycan yaylasında öz mədəni-tarixi varlıqlarını…

  • Təbrizli millət vəkili: Şüarlarla vətəndaşların süfrəsi zənginləşdirmək mümkün deyil

    Təbrizli millət vəkili: Şüarlarla vətəndaşların süfrəsi zənginləşdirmək mümkün deyil

    Millət vəkili problemlərin həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib. Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İranın bölgə və beynəlxalq səviyyədə problemlərinə toxunaraq onların həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib. “Bundan öncəki hökumət dövründə Radio və Televizya Şirkəti danışıqlarla bağlı davamlı…

  • Urmu gölünün su payı verilmir

    Urmu gölünün su payı verilmir

    Bununla bağlı Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini məlumat verib. Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari cari ildə Urmu gölünə buraxılmalı olan 3,4 milyard kubmetr su payının yalnız 700 milyon kubmetrinin verildiyini deyib. O, hazırkı iqlim şərayiti, yağıntıların miqdari…

  • İsrail rəsmisi: Bayden hələ də Sepah-ın bir hissəsinin terror təşkilatları siyahısından çıxarılmasını istəyir

    İsrail rəsmisi: Bayden hələ də Sepah-ın bir hissəsinin terror təşkilatları siyahısından çıxarılmasını istəyir

    İsrailin dövlət rəsmilərindən biri Bayden hökumətinin daha öncə avropalı müttəfiqlərinə göndərdiyi məktubda Sepah-ın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı məqsədinin olmadığını bildirsə də, hələ də Sepah-ın bir hissəsinin sözügedən siyahıdan çıxarılmasını istədiyini deyib. İsrail rəsmisi mətbuata açıqlamasında habelə bildirib ki, Bayden hökumətinin rəsmiləri avropalı həmkarlarına məlumat veriblər ki, Amerika nüvə müzakirələrinin bir hissəsi olaraq Sepah-ın…

  • Güney azərbaycanlı çempion İran hökumətinə etiraz edib

    Güney azərbaycanlı çempion İran hökumətinə etiraz edib

    Karate üzrə olimpiya çempionu İran hökumətinin israilli rəqiblərlə yarışa qadağa qoyduğuna görə etiraz edib. Əslən Güney Azərbaycandan olan və Tokio Olimpiadasının karate üzrə qızıl medalının sahibi Səccad Gənczadə İsrail idmançıları ilə qarşılaşma ehtimalına görə, İran hökumətinin onu turnirə göndərməmədiyi üçün İran hökumət rəsmilərini kəskin tənqid edib. Əslən Ərdəbilin Biləsuvar bölgəsindən olan 30 yaşlı idmançı özünün…

  • İranın səhiyyə naziri: Ruhanilər cəmiyyəti uşaq dünyaya gətirməyin artırılmasının zəruriliyinə təşviq etməlidilər

    İranın səhiyyə naziri: Ruhanilər cəmiyyəti uşaq dünyaya gətirməyin artırılmasının zəruriliyinə təşviq etməlidilər

    İranın yaydığı yeni statistik rəqəmlər (amar) ölkə əhalisinin sayının artımının tarixdə görünməmiş səviyyədə aşağı düşdüyündən xəbər verir. “Aznews tv” xəbər verir ki, bu durumdan narazı olan İranın səhiyyə naziri Bəhram Eynullahi bildirib ki, ölkədə əhalinin sayının artırılması ilə bağlı proqramlar ciddi təbliğatla müşayiət olunmalıdır. Onun sözlərinə görə, ruhanilər Ramazan ayında ölkənin müxtəlif bölgələrinə səfər edirlər,…

  • İranın ali rəsmisinin ailəsinin alış-veriş üçün Türkiyəyə getməsi ölkədə kəskin etiraz doğurdu

    İranın ali rəsmisinin ailəsinin alış-veriş üçün Türkiyəyə getməsi ölkədə kəskin etiraz doğurdu

    İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın xanımı, qızı və kürəkəninin yeni doğulmuş körpələri üçün geyim və aksesuarlar kolleksiyası almaq üçün Türkiyəyə səfər etməsi geniş reaksiyalara səbəb olub. Bəzi siyasi fəallar onu istefaya səsləyiblər. Məsələyə münasibət bildirən Qalibafın oğlu sözügedən səfəri təsdiq edib, lakin bunu bacısının və onun ərinin bağışlanmaz səhvi olduğunu bildirib. Dünən sosial şəbəkələrdə yayılan…

  • Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

    Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

    Şərqi Azərbaycan əyaləti valisinin müavini Məhəmməd Kəlami istehsal sahəsi üçün əyalətə sərmay qoyulmadığını və bu sahənin acınacaqlı durumda olduğunu deyib. Məhəmməd Kəlami əyalətdə bu problemin həlli və istehsalçıların fəallaşması üçün 30 min milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib. Şərqi Azərbaycanda 1200 yarışmçıq layihənin olduğuna toxunan vali müavini onların tamamlanması üçün ötən il əyalətə ayrılan ümumi…

  • Tehranda keçirilən paradda İran prezidenti İsraili təhdid edib

    Tehranda keçirilən paradda İran prezidenti İsraili təhdid edib

    İran prezidenti İbrahim Rəisi Ordu günü münasibətilə Tehranda təşkil edilmiş paradda İsraillə ərəb ölkələri arasında münasibətlərin yaxşılaşmasından narahatlığını bildirib Rəisi növbəti dəfə İsraili təhdid edib. “Əgər İsrail bəzi ölkələrlə münasibətlərini normallaşdırmaq istəyirsə, bilsin ki, ən kiçik hərəkəti belə bizim gözümüzdən qaçmır. Əgər onlardan ən kiçik xəta görsək, bizim buna cavabımız İsrail rejiminin mərkəzində olacaq və…

  • İranda tibbi xidmətlər bahalaşır

    İranda tibbi xidmətlər bahalaşır

    Qiymət artımının qarşısını almaqla xalqa qarşı iqtisadi təzyiqi azaltmaq cəhdi görüntüsü yaratmağın əksinə olaraq, nəinki iranlı ailələrin məişət xərclərinin azalmasından heç bir xəbər yoxdur, hətta xalqın üzərinə daha çox xərclər qoymaq üçün mexanizmlər və qərarlar hələ də mövcuddur. İran Səhiyyə Sistemi Təşkilatının 1401-ci ildə (miladi-2022) həkim qəbulu xərclərinin 40%-dən çox artırılması təklifi İran cəmiyyətinin böyük…

  • Zənganda dəmir yolu işçiləri etiraz aksiyası keçiriblər

    Zənganda dəmir yolu işçiləri etiraz aksiyası keçiriblər

    Zəngan əyalətinin Dəmir Yolu Şirkətinin dəmir yolları xətlərinin təmir bölməsinin işçiləri gecikdirilmiş əmək haqlarının ödənilməsi istəyi ilə etiraz aksiyası keçirib. Aprelin 17-də aksiya keçirən işçilər yeni günəş ilinin başlamasından 28 gün keçməsinə baxmayaraq ötən ildən qalan əmək haqları və başqa ödənişlərin verilmədiyi üçün aksiya keçirmək məcburiyyətində qaldıqlarını deyiblər. “Neçə ildir şirkət rəhbərliyinin əmək haqları və…

  • İranda fahişəlik 18 yaşın altına düşüb

    İranda fahişəlik 18 yaşın altına düşüb

    İranda əxlaqsızlıq və fahişəlik yaşının son illərdə olduqca aşağı düşməsi ilə bağlı bu işlə məğul olan xanımlardan reportaj alınaraq hesabat hazırlanıb. Hesabatda müxtəlif zərərlərlə üzləşən evdən qaçmış qadın və qızlar haqqında məlumat verilib. Reportaj zamanı məlum olub ki, bu işlərlə məşğul olan yaşı 13-50 yaş arasında qadınlar eyni dam altında və eyni həyatı yaşamaq məcburiyyətində…

  • İranda yağıntılar 90% azalıb

    İranda yağıntılar 90% azalıb

    İranın Energetika Nazirliyinin Su Araşdırılması mərkəzinin rəisi Məhəmmədrza Kavianpur son illər İranda yağıntıların kəskin azalması ilə bağlı deyib: “Tərəfimizdən aparılan araşdırmalar göstərir ki, ölkənin hava şəraiti uzunmüddətli dövrlə müqayisədə qənaətbəxş deyil, necə ki, bu ay ərzində yağıntılarda 90% azalma müşahidə edilib”. Onun sözlərinə görə, cari ilin əvvəlindən bəri ölkədə yağıntıların orta miqdarı müxtəlif məlumatlara görə,…

  • Xameneidən şikayət edənlərin məhkəməsi bağlı qapılar arxasında başladı

    Xameneidən şikayət edənlərin məhkəməsi bağlı qapılar arxasında başladı

    Yayılan məlumatlara görə, Xameneidən şikayət etmək istəyən beş hüquqşünas və fəalın məhkəməsi bu gün, aprelin 17-də başlayıb. Sözügedən beş nəfər Xameneini və digər hökumət rəsmilərini, o cümlədən Həsən Ruhanini vaksinlərin idxalını əngəlləmək və on minlərlə insanı öldürmək ittihamı ilə məhkəməyə verməyə çalışmışdılar. Həmin şəxslər İranın əmniyət gücləri tərəfindən həbs edilmişdi. Hazırda isə onların bağlı qapılar…