Aliyar Kamran

  • İranda silahlı toqquşma olub

    İranda silahlı toqquşma olub

    İranın türkmənlər yaşayan Gülüstan vilayətinin Ağ Qala bölgəsində iki kəndin sakinləri arasında silahlı qarşıdurma baş verib. “Aznews tv” xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yerli sakinlərin sözlərinə görə, öncə bir neçə nəfər arasında əkin sahələri arasında su üstündə dava düşüb. Daha sonra bu, onlar arasında ov tüfəngindən istifadə…

  • Kəleybərdə sel və daşqınlar xəsarətlərə səbəb olub

    Kəleybərdə sel və daşqınlar xəsarətlərə səbəb olub

    Bu barədə Şərqi azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı məlumat verib. Aprelin 29-da Şərqi Azərbaycan əyalətinin Kəlybər və çaroymaq mahallarında sel və daşqınlar kənd təsərrüfatı, evlər və yollara ciddi xəsarətlər vurub. Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər mediaya verdiyi açıqlamada daşıqnların bir sıra yaşayış yerləri, yollar, körpülər və kənd təsərrüfatı, bağ sahələrinə…

  • Ələhvazda toz fırtınası həyatı iflic edib

    Ələhvazda toz fırtınası həyatı iflic edib

    Məktəblər və dövlət idarələri bağlanıb. İranın Ələhvaz əyalətində güclü toz fırtınası həyatı iflic edib və məktəblərlə yanaşı bir sıra dövlət idarələridə tətil edilib. Ələhvaz əyalətinin Təhsil İdarəsinin verdiyi açıqlamaya görə, aprel ayının 30-da əyalətin 6 şəhərində Dəşt-iAzadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karun və Bavi şəhərlərində bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Əyalətdə toz fırtınalarının yaranmasının əsas səbəblərindən…

  • Şərqi Azərbaycanda Universitet məzunlarının çoxu işsizdir

    Şərqi Azərbaycanda Universitet məzunlarının çoxu işsizdir

    Bu barədə əyalətin Əmək və Sosial Rifah İdarəsinin başçısı məlumat verib. Şərqi Azərbaycan əyalətinin Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthipur, aprelin 28-də Şərqi Azərbaycan əyalətində əmək və işəgötürən təşkilatları nümayəndələrinin iclasında çıxışı zamanı bölgədə işsizlik göstəricilərinin artmasından danışıb. O, əyalətdə mütəxəssislərin çox olmasına baxmayaraq bir sıra problemlər üzündən işsizlik səviyyəsinin azaldılmasının mümkün olmadığını…

  • Qərbi Azərbaycanda su çatışmazlığı əhalinin məcburi köçünə səbəb olub

    Qərbi Azərbaycanda su çatışmazlığı əhalinin məcburi köçünə səbəb olub

    Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mötəmediyan Urmunun inzibati ərazi bölgüsünə daxil olan Ənzəl mahalının Göyərçin qala kəndində əhali ilə görüş keçirib Görüşdə su qıtlığı çəkən kəndlilər problemi valinin diqqətinə çatdırıblar. Yerli əhali mahalın bir çox knd və qəsəbələrində su çatışmazlığından gileylənib, bu səbəbdən bölgədən ölkənin başqa yerlərinə köçün çoxaldığını deyiblər. Kəndlilərin çoxsaylı etiraz və narazılıqlarına…

  • İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

    İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

    İRNA ajansı Gilan vilayətinin Səravan kəndində zibil yığılması probleminin həll olunmamasına etiraz edən 22 nəfərin tutulduğunu bildirib. Məlumata əsasən, polis Səravan kəndində zibil toplama mərkəzinin açılmasına mane olan əhali ilə qarşıdurmaya gedib. Əldə edilən xəbərə görə, kəndin onlarla sakini ötən gün zibilin düzgün yığılmamasına qarşı etirazlarının 20-ci günündə zibil toplanma mərkəzinin giriş qapısına toplaşaraq, zibil…

  • Təbrizin ən yaşlı futbol klubunun ofisi möhürləndi

    Təbrizin ən yaşlı futbol klubunun ofisi möhürləndi

    Təbrizin “Maşinsazi” futbol klubu dağılmaq üzrədir. “Fars” xəbər agentliyi “Maşinsazi”nin ofisinin möhürləndiyini bildirib. Agentlik bunun xüsusi şikayətçinin iddiası əsasında prokurorluq məmurları tərəfindən həyata keçirildiyini bildirib. Klubun hüquqi müşaviri Məhəmmədhəsən Xətibi mediaya verdiyi açıqlamada klubun ofisinin bağlandığını təsdiq edib. O, komandanın fəaliyyətinin mümkün olacağını istisna etməyib. Lakin yerli sosial media istifadəçiləri və klub tərəfdarları ofisin möhürlənməsinin “Maşinsazi”nin fəaliyyətinin dayandırılması…

  • Qərbi Azərbaycanda 4 qadın öldürülüb

    Qərbi Azərbaycanda 4 qadın öldürülüb

    Qərbi Azərbaycan əyalətinin Qoşaçay mahalının Baruq şəhərində 4 qadın bıçaqlanaraq qətlə yetirilib. Bu barədə şəhər prokuroru Cahangir Məsudi açıqlama verib. Onun sözlərinə görə, qatil saxlanılıb və olayla bağlı araşdırmalar aparılır. Qətl hadisəsinin narkotik maddələrə meylli şəxs tərəfindən həyata keçirildiyini iddia edən prokuror yeniyetmə oğlan uşağının da bıçaq zərbələri aldığı üçün xəstəxanaya köşürüldüyünü bildirib.

  • Amerika konqresmenlərindən Baydenə xəbərdarlıq: İranla gizli diplomatiyaya son qoyun!

    Amerika konqresmenlərindən Baydenə xəbərdarlıq: İranla gizli diplomatiyaya son qoyun!

    Amerika Konqresinin bir neçə respublikaçı üzvü Co Baydendən İrana etdiyi güzəştlər barədə ictimaiyyəti məlumatlandırmağı tələb edib. Onlar Amerika prezidentinə göndərdikləri məktubda İranla “gizli diplomatiya”nın davam etdirilməsindən bezdiklərini vurğulayıblar. Konqresmenlər aprelin 27-də mühafizəkarlara yaxın “The Washington Free Beacon” saytında dərc edilən bu məktubda Co Bayden hökumətini nüvə anlaşmasını dirçəltmək üçün “dünyanın ən böyük terror dəstəkçisi”nə etdiyi…

  • Təbrizdə tələbələrin etiraz aksiyası: “Universitetlər talandı, öyrənci, oyan amandı”

    Təbrizdə tələbələrin etiraz aksiyası: “Universitetlər talandı, öyrənci, oyan amandı”

    Təbrizin “Pəyam-e Nur” Universitetinin öyrənciləri etiraz aksiyası keçirib. Onlar Universitet rəhbərliyi və Təhsil Nazirliyinin onlara əlavə problemlər yaratdığnı deyiblər. Narazı tələbələr buraxılış imtahanlarında iştirakla bağlı yeni qaydaların tətbiqinin problemlər yaratdığını deyib. Universitetdə mədəni tədbirlərin keçirilməsinə icazə verilməməsinə etiraz edən tələbələr plakatlar qaldırıblar. Bununla yanaşı, onlar təhsilin onlayn şəkildə aparıldığı üçün buraxılış imtahanlarının da onlayn keçirilməsini…

  • Türkay adına kimlik vəsiqəsi verildi: Mərəndli ailə məhkəməni uddu

    Türkay adına kimlik vəsiqəsi verildi: Mərəndli ailə məhkəməni uddu

    Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi övladına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyə ailənin şikayətini təmin edib. Məhkəmə hökmündə Türkay adının “qadağa olunmuş adlardan olmadığı” qeyd edilib. Bu barədə Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi məlumat verib. O, apellyasiya məkməsinin çıxardığı qərarın surətini öz tvitter hesabında paylaşıb. Qeyd edək ki, Qeydiyyat İdarəsi Şərqi Azərbaycan əyalətinin…

  • Abbas Lisani yenidən əməliyyat olunub

    Abbas Lisani yenidən əməliyyat olunub

    Bir müddət öncə Ərdəbil zindanından tibbi məzuniyyətə buraxılan tanınmış milli-mədəni fəal, siyasi məhbus Abbas Lisani aprelin 25-da Təbrizin “Vəliəsr” xəstəxanasında yenidən bel diskindən əməliyyat olunub. Bundan öncə o, aprelin 9-da eyni xəstəxanada əməliyyat olunub. Həkimlər cərrahi lazer əməliyyatından sonra güney azərbaycanlı fəala yenidən təxminən 1 aya yaxın hərəkət etməməyi, tam istirahət etməyi və əməliyyatın nəticəsindən arxayın olmaq…

  • Güney azərbaycanlı müəllim həbs olunub

    Güney azərbaycanlı müəllim həbs olunub

    Zəngan əyalətinin Əbhər şəhərindən olan müəllim və ictimai fəal Əhməd Təqəvi həbs olunub. Bu barədə insan haqları təşkilatları və sosial media fəalları məlumat yayıb. Məlumata görə,  aprelin 25-də İran hökumətinin təhlükəsizlik məmurlarının müəllimin evinə qanunsuz basqın edib və onu qandallayaraq naməlum istiqamətə aparıb.Güneyli müəllimin mayın 1-də təyin olunmuş ümumölkə mitinqi ilə əlaqədar saxlanldığını bildirib. O, bütün müəllimləri…

  • “Ölkədə durum daha pis olacaq”-Təbrizli millət vəkili

    “Ölkədə durum daha pis olacaq”-Təbrizli millət vəkili

    “Bu il ölkədə iqtisadi və ictimai durum ötən illə müqayisədə daha pis olacaq”- Bunu Təbriz, Üskü və Tufarqan şəhərlərindən İran parlamentinə seçilmiş Məsud Pezeşkiyan bildirib. Məsud Pezeşkian cari ildə ölkənin iqtisadi və ictimai həyatındakı vəziyyətin ötən illə müqayisədə daha da pis və çətin olacağını deyib.  Pezeşkiyan bu barədə “ruydad-24” saytına açıqlamasında bildirib. “İbrahim Rəisinin hakimiyyətə gəlməsindən…

  • Ərdəbildə işsizlik səviyyəsi kəskin yüksəlib

    Ərdəbildə işsizlik səviyyəsi kəskin yüksəlib

    Bu barədə əyalətin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini məlumat verib. Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz dehqanın verdiyi məlumata görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununlada əyalətdə işsizlik səviyyəsi ölkə…

  • Amerika rəsmisi: İran hökuməti İraqdakı yaraqlılara dəstəyini dayandırmalıdır

    Amerika rəsmisi: İran hökuməti İraqdakı yaraqlılara dəstəyini dayandırmalıdır

    Amerika dövlət katibinin İran və İraq üzrə müavini mətbuata açıqlamasında Tehranın İraqdakı dağıdıcı nüfuzu ilə bağlı dərin narahatçılığını ifadə edərək bildirib ki, İran rejimi İraqdakı proksi (niyabəti) qruplaşmalara dəstəyini dayandırmalı və bu ölkənin, habelə bölgənin sabitliyinin pozulmasındakı iştirakını danmaqdan əl çəkməlidir. Cennifer Qavito aprelin 22-dəki açıqlamasında habelə qeyd edib: “Prezidenti Co Bayden açıq şəkildə elan…

  • Dünya Türkləri aprilin 24’də Waşington’da qondarma soyqirimina etiraz etdilər

    Dünya Türkləri aprilin 24’də Waşington’da qondarma soyqirimina etiraz etdilər

    Waşington’da yaşayan Türklər qondarma soyqirimina etirazlar etdilər Türk Toplulukları Özəllikle Dünya Azərbaycan Türkləri olaraq, Geçmişimizi Anmaq  üçün , Gerçəkləri ortaya qoymaq üçün Buradayız , Dünyanın Göz önündə  Doğrudan Doğruları Sərgiləmək üçün Ayrıca  Doğruları Açılamaq üçün Her il Washington DC Toplaşarak Bir Güç olduq 24 Nisan, Türklerin Anma və  Dayanışma Günü olarak Bir araya Gəldik, Buluşduq…

  • SEPAH generalı: Ölkədə iqtisadi vəziyyətin pis olması Allahın narazılığının nəticəsidir

    SEPAH generalı: Ölkədə iqtisadi vəziyyətin pis olması Allahın narazılığının nəticəsidir

    Sepah-ın baş komandanının müavini Əli Fədəvi qəribə açıqlaması ilə gündəmə gəlib. Belə ki, o, iddia dib ki, ölkəni bürümüş yoxsulluq, işsizlik, 40%-dən artıq inflyasiya və daha yüzlərlə problemin səbəbinin hakimiyyət nümayəndələri ilə heç bir əlaqəsi yoxdur və bütün bunlar “Allahın narazılığı”nın nəticəsidir. Əli Fədəvi qarətçi İran rejiminin vətəndaşların əsas ehtiyaclarını ödəməkdə və ölkəni yoxsul iqtisadi…