Yazar: Aliyar Kamran
  • Urmu stadionunda Azərbaycan bayrağı qaldırılıb, milli şüarlar səsləndirilib
    Urmu stadionunda Azərbaycan bayrağı qaldırılıb, milli şüarlar səsləndirilib
    Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin stadionunda bu şəhərin “Nəvəd-i Urmiya” və Bocnurd şəhərinin “Ətrək” futbol komandaları arasında keçirilən qarşılaşmada milli şüarlar səsləndirilib.
    “Pişəvəri ruhun şad”, “Azərbaycan oyaqdı, Xoy şəhərinə dayaqdı”, “Azərbaycan var olsun, milli hökumət olsun” və başqa bu kimi şüarların səsləndirilməsi ilə yanaşı Azərbaycan respublikasının bayrağı qaldırılıb.
    Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər
  • Reuters: İran barıt çəlləyinin üstündə oturub
    Reuters: İran barıt çəlləyinin üstündə oturub
    “Reuters” xəbər ajansı yazıb ki, İran rəsmiləri Rusiyanın Ukraynaya hərbi tacavüzündən sonra neftin qiymətinin bahalaşmasına arxalanaraq, Vyana müzakirələrinin nəticə əldə etməsinə tələsmir. Onlar güman edirlər ki, neftin qiymətinin bahalaşması İrana yeni nəfəs almaq imkanı yaradıb.
    Adının açıqlanmasını istəməyən İranın yüksək vəzifəliəli rəsmilərindən biri “Reuters”ə açıqlamasında deyib ki, İranın atom proqramı uğurla irəliləyir və zaman İranın xeyrinə işləyir. O, habelə qeyd edib ki, Vyana danışıqlarının uğursuz olması dünyanın sonu demək deyil.
    “Reuters” habelə qeyd edir ki, hazırda İran hakimiyyəti olduqca güzəştli şərtlərlə gündəlik 1,5 milyon barel neft ixrac edir və bu ölkənin əsas neft satdığı ölkə Çindir. Hazırda dünya bazarında brend markalı neftin qiymətinin 139 dollar olmasına baxmayaraq, İran rejimi builki dövlət büdcəsində neftin qiymətini 70 dollar müəyyən edib.
  • Həmədanda narazı fəhlələrin etiraz tətili başladı
    Həmədanda narazı fəhlələrin etiraz tətili başladı
    Güney Azərbaycanın Həmədan şəhərindəki “Əli Sədr mağarası” turizm zonasının narazı işçiləri işi dayandırıblar.“Aznews tv”nın xəbərinə görə, dünyanın ən böyük su mağarası və Güney Azərbaycanın ən mühüm turizm mərkəzlərindən sayılan Həmədanın “Əli Sədr” mağarası turizm bölgəsinin işçiləri ağır yaşayış vəziyyəti, maaşların azlığı və onlara qəbul etdirilən əlverişsiz işə qəbul şərtlərinə etiraz olaraq aksiyaya atıblar!
  • Təbrizdə ərzaq malları qıtlığı yaranıb
    Təbrizdə ərzaq malları qıtlığı yaranıb
    Vətəndaşlar sosial mediada paylaşım edərək bir çox məhsulların tapılmadığını yazıblar.
    Güney azərbaycanlı sosial media istifadəçiləri Təbrizdə bir sıra ərzaq mallarının bahalaşmasına baxmayaraq mağazalarda tapılmadığını yazıblar.
    Onlar xüsusilə son günlər makaron, bitki yağı və çayın qiymətlərinin kəskin bahalaşdığını, buna baxmayaraq bazarda mövcud olmadıqlarını bildiriblər.
    Qeyd edək ki, bir neçə gün öncə İanın başqa tanınmış iqtisadçı mütəxəssisi Ehsan Sultani yeni günəş ilində ölkədə ərzaq mallarının qiymətinin 10 qata bahalaşacağı barədə danışıb.
    O, son 5 il müddətində İranda bir çox məhsulların dəyərinin dəfələrlə artdığını deyərək, hazırkı hökumətin qeyri-peşəkar siyasəti nəticəsində bu il daha ağır iqtisadi şəraitin hakim olacağını söyləyib.
  • İranda yeniyetmə edam edilə bilər
    İranda yeniyetmə edam edilə bilər
    İranın İnsan Haqları Təşkilatı yetkinlik yaşına çatmayan Həmidrza Əjdərinin edamının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisini təcili tədbirlər görməyə çağırıb.
    Bəyanatda hazırda Şiraz zindanında saxlanılan yeniyetmənin edam hökmünü qətiləşdirmək üçün onun cinayət işində saxtakarlıq edildiyi və Həmidrzanın doğum tarixinin dəyişdirilərək yaşının çox göstərildiyi qeyd olunub.
    Qəsdən adam öldürməkdə ittiham olunan Həmidrza Əjdərinin bir neç gün sonra, mayın 8-də dara ağacından asılaraq edam ediləcəyi bildirilib.
    İnsan haqları təşkilatı yeniyetmənin dosiyasında saxtakarlıq edilməsi ilə yanaşı, ona üç həftə işgəncə verildiyi və cinayəti qəbul etməsi üçün təzyiqlərə məruz qaldığını deyir.
    İnsan haqları təşkilatlarının hesabatları göstərir ki,  2021-ci ilin avqustunda İbrahim Rəisi hökumətinin işə başlamasından sonra İranda edamların sayı kəskin şəkildə artıb.
    BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman özünün illik hesabatında bildirib ki, məhkəmə prosesinin sistemli pozulması və ədalətli mühakimə olunmaması ilə yanaŞI İranın məhkəmə sistemi çərçivəsində ciddi nöqsanlar var və edamların əksəriyyəti dövlət qurumları tərəfindən ixtiyari şəkildə həyata keçirilir.
  • Rusiyanın Tehrandakı səfiri: İranda hicab və spirtli içki qadağası rusların bu ölkəyə səfərinə mane olur
    Rusiyanın Tehrandakı səfiri: İranda hicab və spirtli içki qadağası rusların bu ölkəyə səfərinə mane olur
    Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryan deyib ki, İranda məcburi hicab və spirtli içki qadağası Rusiya vətəndaşlarının İrana səfər etməsi üçün əsas iki maneə sayılır.
    O, bu barədə Moskvada dərc olunan “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib. Səfir qeyd olunan iki səbəbə görə, Rusiya vətəndaşlarının İranın əvəzinə daha çox Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrə səfər etməyə üstünlük verdiklərini bildirib.
    Sonda səfir Rusiya vətəndaşlarının digər ölkələrə deyil, “dost” İrana səfər etmələrinə ümid etdiyini qeyd edib.
  • Güclü yağış və dolu Urmiyada min hektardan çox bağ sahəsinə ziyan vurub
    Güclü yağış və dolu Urmiyada min hektardan çox bağ sahəsinə ziyan vurub
    Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin Planlaşdırma və İqtisadi İşlər bölməsi xəsarət barədə məlumat yayıb.
    Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin Planlaşdırma və İqtisadi İşlər bölməsi son günlər əyalətdə güclü yağış və dolunun kənd təsərrüfatına vurduğu ziyan barədə məlumat yayıb.
    Məlumatda Urmu şəhəri və ətraf bölgələrində 1202 hektar bağ sahəsi və 45 hektar əkin sahəsinin xəsarət aldığı qeyd olunub.
    Kənd Təsərrüfatı İdarəsinin nümayəndəsi Qulaməli Muradi xəsarətlərin hesablanması üçün mütəxəssislərin bölgədə araşdırma apardıqlarını deyib və siğortası olan fermerlərə təzminat barədə danışıqlar aparıldığını bildirib.
  • Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub
    Urmuda təhlükəsizlik idarəsinin avtomobilini yandıran şəxs həbs olunub
    Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
    İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin avtomobilini yandıran şəxs həbs olunub.
    Sosial mediada yayılan videolarda təhlükəsizlik məmurlarının avtomobili yandıran şəxsi tapança ilə hədəfə aldıqları görünür.
    Saxlanılan şəxsin kimlyi barədə açıqlama verilməyib.
    Qeyd edək ki, martın 3-də Urmu şəhərində ETTELAAT idarəsinə məxsus avtomobil yandırılıb və idarənin divarına “Xaməneyiyə ölüm” şüarı yazılıb.
  • Təbrizdə uşaqlara türkcə kitblar paylanıb
    Təbrizdə uşaqlara türkcə kitblar paylanıb
    Mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçiriblər.
    Mayın 3-də mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçirib və uşaqlara türkcə kitablar paylayıblar.
    Fəallar bununla yanaşı tanınmış alim və tarixçi Məhəmmədtazğı Zehtabinin qısa bioqrafiyasını əks etdirən afişalar yayıblar.
    Qeyd edək ki, professor Məhəmmədtağı Zehtabi (Kirişçi) türk dili, ədəbiyyatı və tarixi ilə bağlı çox saylı araşdırma və əsərlərin müəllifidir.
  • Urmu gölündə ekoloji böhran davam edir
    Urmu gölündə ekoloji böhran davam edir
    Urmu gölündə ekoloji böhran davam edir. Göldə su həcmi daha da azalıb.
    Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı Məcid Dəstqahi məlumat verib.
    Urmu gölündə hazırda 3.14 milyard kubmetr su mövcuddur və  ötən ilin oxşar dövrü ilə müqayisədə gölün su həcmi 2.05 milyard azalıb.
    O, son 10 gündə yağıntıların çoxalmasına baxmayaraq göldə yalnız 3 milyon kubmetr çoxalma qeydə alındığını deyib və bunun gölün bərpası üçün əhəmiyyətli rol oynamadığını deyib.
    “Gölün qeyd olunan səviyyədəki sahəsi təxminən 2495 km 72 sm-dir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2019 kv.km-dən çox azalma deməkdir”-deyə, Dəstqahi bildirib.
  • İranda ərzaq mallarının kəskin bahalaşması davam edir
    İranda ərzaq mallarının kəskin bahalaşması davam edir
    İranda müxtəlif malların, özəlliklə də ərzaq məhsullarının qiymət artımının davam etməsi ilə eyni vaxtda paxlalı məhsullar sahəsində fəaliyyət göstərənlər ötən il ərzində bu məhsulların 120%-ə qədər bahalaşdığını deyiblər.
    İran Paxlalı Məhsullar Birliyinin sədri Əbdi İftixari mayın 2-də bildirib ki, İranda keçən il bir kiloqram paxlanın orta qiyməti 50-75 min tümən arasında olub və bu məhsulların bəzilərinin qiyməti 70%-dən 120%-ə qədər bahalaşıb.
    Onun sözlərinə görə, idxal olunan paxlalı ərzaq məhsullarına 9%-lik verginin əlavə edilməsindən sonra həmin məhsulların qiyməti hazırda da artmağa davam edir.
  • “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır
    “The Wall Street Journal”: Avropa İranı “SEPAH məsələsindən” asılı olmayaraq nüvə anlaşmasını imzalamağa çağırır
    Qərb diplomatları deyiblər ki, Avropa rəsmiləri İranla nüvə sazişini canlandırmaq və danışıqların dalana dirənməsindən çıxmaq üçün son cəhdlərində Avropa İttifaqının baş müzakirəçisi Enrike Moranın Tehrana səfərini təklif ediblər.
    “The Wall Street Journal” qəzeti mayın 1-də Qərb rəsmilərinə istinadən yazıb ki, Enrike Mora İrana yenidən səfər etməyə hazır olduğunu bəyan edib, lakin rəsmi Tehran hələlik bu təklifə cavab verməyib.
    Məlumata görə, Qərb diplomatları Tehrana aydın mesaj vermək istəyirlər ki, danışıqlar ancaq İran çıxılmaz vəziyyətdən çıxış yolu təklif edəcəyi halda yekunlaşa bilər.
  • Güneyli fəal Tehranda həbs olunub
    Güneyli fəal Tehranda həbs olunub
    İranın təhlükəsizlik məmurları mayın 1-də azərbaycanlı mədəni fəal Yaşar Təbrizini saxlayaraq naməlum yerə aparıblar.
    Bu barədə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası məlumat yayıb.
    Məlumata görə, təhlükəsizlik məmurları günorta saat 3 radələrində Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb.
    Ona məxsus şəxsi əşyalar, o cümlədən telefon və bilgisayar müsadirə edilib.
    Yaşar Təbrizi fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.
    Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
    O, Tehranın cənubunda yerləşən Rebat Kərim təcridxanasına aparılıb.
    Son həbsdən sonra Yaşar Təbrizinin dəqiq taleyi, harada saxlanıldığı və nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.
    Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətləriinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.
  • Qərbi Azərbaycan əyalətində dövlət məmuru həbs edilib
    Qərbi Azərbaycan əyalətində dövlət məmuru həbs edilib
    Qərbi Azərbaycan əyalətinin Elektrik Paylayıcı Şirkətinin ibaşçısı Əkbər Həsənbəglunun təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
    Onun  korrupsiya ittihamı ilə tutulduğu deyilir.
    Həbsdən dərhal sonra həmin vəzifəyə Nicatullah Əlinejadın təyin edildiyi və öncəki başçı barəsində cinayət işinin açıldığı bildirilir.
    Qeyd edək ki, Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.
    İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.
    Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.
  • İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib
    İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib
    İran Müəllimlər Birliyinin çağırışı əsasında mayın 1-də Təbriz və Ərdəbil şəhərləri başda olmaqla Güney Azərbaycan və İranın əksər şəhərlərində müəllimlərin ömümölkə etiraz aksiyaları keçirilib.
    Aksiyada maaşların bərabərləşdirilməsi, pulsuz təhsil və həbsdə olan müəllimlərin azad edilməsi tələb edilib.
    Verilən məlumatlara görə, etiraz aksiyaları zamanı çox sayda müəllim həbs olunub və naməlum yerə aparılıblar.
    Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Müəllimlər Birliyinin üzvü və ictimai fəal Əli Hacı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
    Qeyd edək ki, mitinqdən bir gün öncə təhlükəsizlik məmurları İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi və Tehranın İslamşəhr bölgəsinin Təhsil İşçiləri Dərnəyinin fəal üzvlərindən biri müəllim və ictimai fəal Rəsul Budağının şəxsi mənzillərinə  basqın edərək onları həbs edib və özləri ilə aparıblar.
  • Tehranlılar digər iranlilara nisbətən psixi xəstəliklərə daha çox meyllidirlər
    Tehranlılar digər iranlilara nisbətən psixi xəstəliklərə daha çox meyllidirlər
    Tehran Şəhər Şurasının üzvü Sudə Nəcəfi deyib ki, Tehran sakinləri digər iranlılarla müqayisədə daha çox “ruhi xəstəlik” riski altındadırlar.
    Tehran İslam Şurasının Səhiyyə Komitəsinin də üzvü olan xanım Nəcəfi İran mediasında dərc olunmuş yazısının bir hissəsində, habelə bildirib: “Cəmiyyətin icra orqanlarında və təşkilatlarında psixi xəstəliklərin zərərləri və bu məsələnin əhəmiyyəti, habelə fiziki sağlamlıqla əlaqəsi haqqında vətəndaşların maarifləndirilməsi üçün hələ də təsirli proqramlar yoxdur”.
  • İranda bir ildən az müddətdə 10 milyardan çox kapital ölkədən çıxarılıb
    İranda bir ildən az müddətdə 10 milyardan çox kapital ölkədən çıxarılıb
    İran Mərkəzi Bankının ötən ilin 9 ayının sonunda verdiyi açıqlamaya görə, ölkədən 10 milyard dollardan çox kapital çıxarılıb
    Mərkəzi Bankın xalis kapital hesabı ilə bağlı statistikası göstərir ki, 1400-cü ilin (miladi-2021) ilk doqquz ayında kapital axını 2020 və 2019-cu illərlə müqayisədə daha da artıb.
  • Urmu gölünün kritik vəziyyəti rus astronavtının kamerasının obyektivindən
    Urmu gölünün kritik vəziyyəti rus astronavtının kamerasının obyektivindən
    Rusiyalı astronavt Urmu gölünün kritik vəziyyəti və gölün səhralaşması ilə bağlı şəkillər dərc edib.
    Beynəlxalq Kosmik Stansiyada olan rus astronavt Sergey Kudserçekov Urmu gölünü “təhlükə altında olan” duz göllərindən biri adlandırıb.
    “Bir neçə il əvvəl Urmu gölü Yaxın Şərqin ən böyük duz gölü idi. Ancaq hazırda onun ölçüsü əhəmiyyətli dərəcədə, 1984-cü illə müqayisədə 70% kiçilib”-deyə, o yazıb.