Aliyar Kamran

  • Sulduzlu milli fəal həbs və şallaq cəzasına məhkum edilib

    Sulduzlu milli fəal həbs və şallaq cəzasına məhkum edilib

    Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərindən olan milli-mədəni fəal Höccət İsmətzadənin özünün iştirakı olmadan barəsində 2 il 6 ay həbs və 50 şallaq zərbəsi cəzası qərarı çıxarılıb. Qərar Sulduz Cəza Məhkəməsinin 101-ci bölməsi tərəfindən İsmətzadənin Saxsıtəpə kəndində baş verən hadisə barədə sosial mediada video paylaşdığına görə verilib. Qeyd edək ki,  Höccət İsmətzadə 2021-ci il sentyabrn 4-də “xəbərləri…

  • İsrail İran təhlükəsinə görə vətəndaşlarına xəbərdarlıq etdi

    İsrail İran təhlükəsinə görə vətəndaşlarına xəbərdarlıq etdi

    İsrail dövləti İranl bağlı öz vətətndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda israillilərə Türkiyəyə səfər etməmələrini tövsiyə edilir. Bu, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Həsən Səyyad Xudayinin Tehranda öldürülməsindən sonra İran hökumətinin qısas alacağı barədə hədələri ilə bağlıdır. İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında İranın dünyanın müxtəlif yerlərində İsrail vətəndaşlarına qarşı törədə biləcəyi təhlükə barədə nigəranlığı qeyd olunub.…

  • Abadanda sərt təhlükəsizlik tədbirləri, həbslər davam edir: İnternet məhdudlaşdırılıb

    Abadanda sərt təhlükəsizlik tədbirləri, həbslər davam edir: İnternet məhdudlaşdırılıb

    Əldə edilən məlumatlara əsasən, İranın Xuzestan əyalətinin Abadan şəhərinə yeridilmiş çox sayda təhlükəsizlik qüvvələri aksiya keçirmək istəyən etirazçı əhaliyə gözyaşardıcı qazla hücum edərək, habelə interneti məhdudlaşdıraraq və vətəndaşları həbs edərək şəhərdə hərbi vəziyyət elan edib. Artıq bir neçə gündür ardıcıl olaraq Abadanla yanaşı, Xuzestan əyalətinin bir sıra şəhərlərində baş qaldıran etiraz aksiyaları və anti-hökumət şüarları…

  • Təbrizin millət vəkili: “İsrail casusları İran kəşfiyyatına sızıb”

    Təbrizin millət vəkili: “İsrail casusları İran kəşfiyyatına sızıb”

    O, bunu “Əsriran” agentliyinə müsahibəsində bildirib. Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi və mühafizəkar cərəyana yaxınlığı ilə tanınan Əhməd Əlirzabeygi “Əsriran” agentliyinə verdiyi müsahibədə İsrail casuslarının İran kəşfiyyatına sızdıqlarını deyib. O, İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin üzvünün Tehranda qətlə yetirilməsi ilə əlaqədar olaraq İsrailin İranın təhlükəsizlik və kəşfiyyat…

  • Güneyli fəal Rza Behruziyə həbs cəzası verilib

    Güneyli fəal Rza Behruziyə həbs cəzası verilib

    Qəzvin şəhəri İnqilab Məhkəməsi ictimai fəal Rza Behruzi barədə qərar çıxarıb. Qəzvin şəhərindən olan ictimai fəal ali rəhbər Əli Xameneyini tənqid etdiyi üçün 1 il həbs, “ictimai fikri təhrik etmək üçün yalan yaymaq” ittihamına görə isə 10 milyon tümən cərimə cəzasına məhkum edilib. Bununla yanaşı Dövlət və İnqilab Prokurorluğu Rza Behruzinin xanımı Suri Babayi Çəginiyə…

  • Azərbaycanlı tanınmış ziyalı və fəal Həsən Raşidi terror hücumuna məruz qalıb

    Azərbaycanlı tanınmış ziyalı və fəal Həsən Raşidi terror hücumuna məruz qalıb

    Güney Azərbaycanın Kərəc şəhərində yaşayan azərbaycanlı tanınmış ziyalı və fəal Həsən Raşidi terror hücumuna məruz qalıb. Varlıq yazıçılar heyətinin üzvüe olan Raşidiyə iki motorlu şəxs hücum edib.Dr. Məhəmmədrza Heyət öz sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb və bildirib ki, hücum edən şəxslərin kimə bağlı olduğunu güman etmək olar.Qeyd edək ki, son zamanlar İran rejiminin…

  • Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

    Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

    Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində Abbas Lisaniyə yenidən tibbi ekspertizaya getməli olduğu bildirilib. Mayın 23-də məhkəmənin elektron sistemi vasitəsilə tibbi məzuniyyətdə olan Abbas Lisaniyə çağırış göndərildiyi üçün o mayın 28-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub. O, tibbi məzuniyyətdə olduğu və müalicə aldığı barədə arayış və sənədləri təqdim etdikdən sonra ona yenidən tibbi…

  • Urmulu milli fəal Behzad Paşazadə ETTELAAT-da dindirilib

    Urmulu milli fəal Behzad Paşazadə ETTELAAT-da dindirilib

    Mayın 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərində yaşayan milli-mədəni fəal Behzad Paşazadə İran Təhlükəsizlik Nazirliyinin yerli İdarəsində bir neçə saat dindirilib. Onun Təhlükəsizlik Nazirliyinin informasiya bölməsində dindirildikdən sonra sərbəst buraxıldığı bildirilir. Qeyd edək ki, Behzad Paşazadə bundan öncədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb. O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci…

  • BMT Çin hökumətinin Uyğur türklərinin hüquqlarını pozmasından narahatdır

    BMT Çin hökumətinin Uyğur türklərinin hüquqlarını pozmasından narahatdır

    Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə ali komissarı bildirib ki, Çinə səfəri zamanı Uyğur türklərinin vəziyyəti və onların haqlarının pozulması ilə bağlı narahatlığını Çin rəsmilərinə çatdırıb

  • Sulduzda “May qiyamı” qurbanlarının xatirəsi anılıb

    Sulduzda “May qiyamı” qurbanlarının xatirəsi anılıb

    Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin milli-mədəni fəalları və bir qrup sulduzlu 25 may 2006-cı ildə dinc aksiya keçirdikləri üçün İran məmurları tərəfindən öldürülən şəxslərin məzarlarını ziyarət edib, onların xatirəsini anıblar. Milli fəallar hər il may ayının 25-də Qərbi Azərbaycan vilayəti Sulduz şəhərinin məzarlığında “Sulduz Şəhidlərinin anım törəni” keçirirlər. 2006-cı ilin may ayında İran Azərbaycanının…

  • New York Times: İsrail rəsmiləri SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıblar

    New York Times: İsrail rəsmiləri SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıblar

    “The New York Times” qəzeti məlumatlı kəşfiyyat mənbəsinə istinadən yazıb ki, İsrail Amerikaya SEPAH-ın zabiti Həsən Səyyad Xudayinin öldürülməsində rolunun olduğu haqda məlumat verib. Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri bunun SEPAH-ın “Qüds” qanadının 840-cı birləşmə adlanan məxfi qrupunun bölgədə dağıdıcı əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər. İsrail Amerikaya bildirib ki, polkovnik…

  • Yunanıstan saxladığı İran neftini Amerikaya təhvil verdi: Tehran etiraz etdi

    Yunanıstan saxladığı İran neftini Amerikaya təhvil verdi: Tehran etiraz etdi

    Xəbər verdiyimiz kimi, Yunanıstan aprelin 15-də Amerikanın istəyi ilə ölkənin Karistos limanına yaxınlaşan İran neft yüklü “Lana” adlı rus tankerini saxlayıb. Yunanıstan hökuməti saxlanılan tankerdəki İran neftini Amerikaya təhvil verib. Dəniz təhlükəsizliyi məsələlərini izləyən “Lloyds List” jurnalının məlumatına görə, rəsmi Vaşinqton “Ice Energy” adlı tankerini İran neftini müsadirə edərək Amerikaya aparması üçün Yunanıstana ezam edib…

  • 2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

    2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

    2021-ci ildə həyata keçirilmiş edamların sayı 2020-ci illə müqayisədə 20 faiz artıb. Bu barədə Beynəlxalq Əfv Təşkilatı məlumat yayıb. Qurumun mayın 24-də yayılan illik hesabatında qeyd olunub ki, edamların artma səbəbi İranda ölüm hökmlərinin çoxalması ilə əlaqədardır. Ona görə ki, bu ölkədə 2021-ci ildə icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil edib. Hesabatda…

  •  İran və “Hizbullah” dronlardan da istifadə etməklə İordaniyaya narkotik qaçaqmalçılığını davam etdirirlər

     İran və “Hizbullah” dronlardan da istifadə etməklə İordaniyaya narkotik qaçaqmalçılığını davam etdirirlər

    Rusiyanın Suriyadakı qüvvələrini təxliyə edərək Ukraynaya daşıması ilə İran və Hizbullah hər zamankı “bizneslərini”, yəni uyuşdurucu maddə qaçaqmalçılığını daha da genişləndiriblər. Artıq Suriyanın cənubundakı mövqelərini gücləndirməyə başlayan İran qüvvələri burada narkotik istehsal edən laboratoriyalar açıblar. İstehsal edilən uyuşdurucu maddələr həm Suriya daxilində satılır, həm də qaçaq yolla İordaniyaya, oradan isə körfəz ətrafında yerləşən varlı ərəb…

  • Təbrizdə işçilər etiraz aksiyası keçirib

    Təbrizdə işçilər etiraz aksiyası keçirib

    Təbrizin “İran-Maye” şirkətinin işçiləri son bir həftədə ikinci dəfə olaraq etiraz aksiyası keçirib. İşçilər onlara ödənilməli olan vəsaitin verilməməsindən narazılıqlarını bildiriblər. Etirazçılar 2021-ci ilin mart ayından şirkətin fəaliyyətinin qeyri-müəyyən vəziyyətə düşməsindən sonra onlara verilməli olan 6 aylıq təzminatın bu günə kimi ödənilmədiyini deyiblər. Narazılar məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini, bunun ölkənin əmək və işçilərlə bağlı…

  • İranda üç məhkum edam edilib

    İranda üç məhkum edam edilib

    Onlar İsfahan, Şiraz və Kərəc şəhərlərində dar ağacından asılıblar. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İsfahanın Dəstgird, Şirazın Adilabad və Kərəcin mərkəzi zindanında 3 məhbsu edam edilib. İsfahanda Əhməd Kəşul qətldə ittiham olunduğu, Kərəcdə Ayət Qasimi Delfani və Şiraz zindanında isə Əbdülbari Rigi adlı şəxslər bundan öncə narkotik maddələrin alverində günahlandırıldıqları üçün edam ediliblər. Məlumatda…

  • Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “yoldaşımın öldürülməsinə imkan verməyin”

    Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “yoldaşımın öldürülməsinə imkan verməyin”

    Güney azərbaycanlı alim Əhmədrza Cəlalinin xanımı Vida Mehranniya Avropa Birliyinə müraciət edib. Əslən Güney Azərbaycanın Sərab şəhərindən olan və edama məhkum edilmiş İsveç vətəndaşı Əhmədrza Cəlalinin xanımı Vida Mehranniya Avropa Birliyinə müraciət edərək həyat yoldaşının İran hökuməti tərəfindən öldürülməsinə icazə verməmələrini istəyib. “Ümid edirəm ki, Avropa Birliyi qəti addım ataraq Əhmədrzanın evə qaytarılmasına nail olacaq.…

  • İranda daha bir zabit öldürüldü

    İranda daha bir zabit öldürüldü

    O, Sistan-Bəluçistan əyalətində güllələnib. İranın Sistan-Bəluçistan əyalətinin Gəluqah mahalında İran polis qüvvələrinin zabiti güllələnərək öldürülüb. Baş leytenant Vəhid Naziri “Tiləno” kəndində özünün evi qarşısında naməlum şəxslər tərəfindən öldürülüb. İran mediası hücumçuların kimliyi barədə dəqiq məlumat olmadığını və onların müəyyənləşdirilməsi üçün axtarış əməliyyat tədbirlərinin başladıldığını yazıb.(aznews.tv)