Qeyd edək ki, Təbriz şəhəri yaxınlığında qazılmış qədim kəhriz indi də Zübeydə kəhrizi adlanır.- GÜNEY AZERBAYCAN
Ola nilsin ki, Zübeydə xatunun əmri ilə bu şəhərdə bir sıra binalar tikilmiş və abadlıq işləri aparılmışdır və orta əsr müəllifləri də Təbrizin Zübeydə xatunun əmri ilə bina edilməsini qeyd edərkən qədim şəhərin bərpa edilməsini nəzərdə
tutmuşlar. Lakin İran tarixçiləri əzəmətli şəhərin tarixini saxtalaşdırmaq üçün mənbələrin yalnış şərhindən istifadə etmişlər.
Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında
Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.
Mənbələr və arxeoloji faktlar göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci
minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir.
Şəhərin adı barədə mütəxəssislər yekdil qərara gələ bilməmişlər. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir.
XII—XIII əsr — Atabəylər dövlətinin paytaxtı olmuşdur.
1375—1468 — Qaraqoyunlular dövlətinin paytaxtı olmuşdur.
1469—1501 — Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur.
1501—1548 — Səfəvilər
dövlətinin paytaxtı olmuşdur.
Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur.
Mədəniyyəti
Dil
Şəhərdə danışılan dil Tüekcədir.Fəqət bu rəsmi səviyyədə
deyildir.Çünki iran despot rejimi bütün iran əhalisinin təxminən yarısını təşkil edən Azərbaycan türklərinə ən təbii haqları olan mədəni hüquqlar verməmişdir , beləki burada Azərbaycan türkləri öz doğma dillərində təhsil ala bilmirlər.
Xalçaçılıq
Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-a kimi çox sayda müştəriləri vardır. Modern Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur.
Yemək və şirnilər
Təbriz küftəsi bir özəl yeməkdir ki Təbrizdə bişirilir. Restoranların bəzisində ancaq Təbriz küftəsi təklif edirlər.
Birincilər Təbrizə məxsus
İlk dəfə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyaban, birinci telefon, birinci yeni məktəb və … qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri deyilir. Bu barədə Səməd Sərdariniya bir kitab Fars dilində yazib تبريز شهر اولين ها (Təbriz-şəhre-əvvəlinha , Təbriz birincilər şəhəri).
Çap və çap evi
Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynəlabidin Təbrizi vasitəsile, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evinde çap olunub Mirza İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı.
Kitabxana
Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki 1300 günəş ilində Məhəmmədəli
Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana evvəlcə “Məarif umumi
kitabxna və qəratxana” adlanmışdı ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.
Kinoteatrları İranın birinci umumi sinemasi Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci umumi sinema salonu mirza İbrahım xan səhhaf başı vasitəsilə quruldu.
Təhsil
İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsinde qurulub. Mirzə Həsən Rüşdiyyə cəvanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra
İstanbula getdi. Sonra Misrə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu.
Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindənidi ki AMrilalılar tərəfindən idarə olunurdu.
Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən
salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir. Təbrizdə səggizdən çox böyük muzey var:
Abidələr
Ərk qalası
Göy məscid
Təbriz bazarı
Əmir Nizam evi
Kəmal parkı (2-Kəmal məzarı)
Şairlər məzarı
Xaqani parkı
Gülüstan bağı
Bağlar bağı
Behnam evi
Qarı körpüsü
Cümə məscidi
Nobar hamamı
Muzeylər
Azərbaycan muzeyi
Ölçü muzeyi
Məşrutiyyə muzeyi
Şəhriyar muzeyi
Ustad Bohtuni muzeyi
Qacar muzeyi
Təbiət muzeyi
Bələdiyyə muzeyi
YAŞAR PUR-KANADA- TORONTO / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Yazıları posta kutunda oku