Türk övladı…
Od-alovdan yoğrulmuşuq
Türk övladı, soy köküyük!
Əcdadımız Şah İsmayl
Cavanşirlər nəslindənik!
Haqq ədalət yolçusuyuq
Haqq həmişə qalib gəlir !
Döyüşə hazır ol əsgər.
Vətən yolunu gözləyir!
Sınaqlardan keçib gəldik
Tarixin iz- yaddaşıyıq!
Dədə Qorqud ocağından
Babəklərik, Koroğluyuq…
Kitablara sığmayacaq
Ər-igidlik dastanıyıq!
Tarixlərə tarix yazan
Ulu Öndər diyarıyıq.
Ayağa qalx Türk dünyası
Birləşək bir yumruq olaq!
Türklük özü şərəf -şandır
Adımızı uca tutaq!
Gülşən Behbud- BAKÜ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Türk övladı…
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın