İlham Əliyev bizim ailəmiz Türk ailəsidir, yolumuz Türk Dövlətlər Birliyinə doğrudur dedi, lakin anayasadan Türk millət adını, Türk dil adını silən, Türksüz Azərbaycan quran YAP hökümətinin sədridir. YAP-ın SSRİ dövründən qalan partnomenklaturası, elitası antitürk zehniyyəti daşıyırdı, Türk, Türkiyə düşmənləri idilər. Türksüz Azərbaycan qururdular, Türksüz Azərbaycan təsəvvür edirdilər. İlham Əliyevin prezidentliyi dövründə “Azərbaycan dili” qavramı formalaşdı və Türkiyə filmləri Az.tv də “Türk dili”ndən Azərbaycan dili”nə tərcümə edildi. Bu gün də belədir. Bu Türk Birliyinə edilmiş qəsddir, zərbə vurmaqdır. Ortaq Türk dilinin formalaşmasının qarşısını almaqdır. İlham Əliyevin parlamenti, höküməti, çevrəsi, hətta müxalifəti belə Türk düşmənləri ilə doludur. İlham Əliyevin hökümətində, siyasətində daim hər sahədə, hər məsələdə bir ziddiyyət vardır.
İlham Əliyev Türk Dövlətlər Birliyindən danışır, lakin onun TDB təmsilçilərinin Türkçülük fəaliyyətləri haqqında heç bir bilgi yoxdur, ölkədə Türkçülük yönümündə dönmədən yazan , danışan, fəaliyyət göstərən kadrolar hökümətdə, parlamentdə təmsil olunmur, olunmadı. Hər yerdə antitürkçülər, Türkiyə, Türküstan düşmənləri təmsil olundu. Olunur. Heç nə dəyişmədi. Dəyişəcəyinə ümidim qalmayıb. İlham Əliyev Türkçülərlə yox, rus dilli, ingilis dilli kosmopolit tapınaq uşaqları (Tapınaq uşaqları qavramı Sərdar Əlibəyliyə məxsusdur. M.Əliyeva kadr seçimindı Oksfordda, Harvardda ingilis dilli kurslar bitirən kosmopolit menecerlərə üstünlük verdiyinə görə, Azərbaycanda belə qənaət formalaşıb ki, ölkəni tapınaq uşaqları olan menecerlər idarə edir. ) ilə çalışır.
Türk Birliyini əsas prioritet hesab edən bir hökümət, bir lider Türkiyədə təhsil alıb gələn milli kadroları nədən sahiblənmədi. Nədən Parlamentdə türk millətinə xidmət etməyi öz davası hesab edən millət vəkilləri olmasın?
Ölkədə təpədən dırnağa dəyişiklik olmalıdır. Anayasa dəyişməlidir, dövlət milliləşməlidir, Türk dili, Türk Milləti adı bərpa olunmalıdır, milli kadrolar dövlət idarəçiliyində təmsil olunmalıdır, Türk Birliyini, gələcəyimizi inşa etmək üçün İ.Əliyev Türkçülərlə sıx işbirliyi, fikir birliyi, əməl birliyi qurmalıdır. Tapınaq uşaqları ilə Türk dövləti, Türk Birliyi qurulmaz.
Necə bir siyasət izlənilməlidir?
Türk sivilizasiya geosiyasəti ürətilməlidir.
Türk aydını, siyasətçisi, dövlət adamı Türk sivilizasiya strategiyasını, sivilizasiya ağlını təmsil etməlidir. Türk təhsil sistemi Türk sivilizasiyasını inşa edən paradiqmalar ürətməlidir. (Azərbaycanın içində akademisyenlərin əksəriyyəti Türk-İslam düşmənidir)
Sual:
Biz, Türk dünyası olaraq hansı məsələdə Avropadan geridəyik?
Cavab:
Avropa sivilizasiya geosiyasəti yeridir, biz isə dövlət geosiyasəti yeridirik.
Bütün dövlət geosiyasəti yeridən ölkələr ayrı-ayrılıqda Avropanın (həm də Rusiyanın ) sömürgəsi, müstəmləkəsi və ya periferiyasına çevrilir. Avropaya (Rusiyaya) yem olur.
Avropa (Rusiya) sivilizasiya geosiyasətinə qarşı, biz də Türk sivilizasiya geosiyasətini yeritməliyik. Türk imperiya refleksini diri tutmalıyıq. O halda qlobal güclərdən birinə çevrilə bilərik.
Qlobal güc olmanın əsas özəlliyi
İmperiya refleksinə sahib olmaqdır.
İmperiya refleksinin, düşüncəsinin 4 elementi var. Milli Tarixi şüur. Milli Mədəniyət şüuru. Mil Dil şüuru. Milli Din şüuru. Dinini və milli kimliyini itirən toplumlar və hətta Azərbaycan kimi dinsiz və millətsiz dövlətlər imperiya refleksini itirmiş, millət adlansa belə, əslində millət ola bilməyən toplumlardır. İmperiya refleksini itirmiş dövlət və millət qlobal güc ola bilməz.
Əsas prioritetimiz budur.
Türkləşmək, Türkləşmək, Türkləşmək!
Dildə, işdə, fikirdə birlik!
Yasəmən Qaraqoyunlu. – BAKİ
Bir yanıt yazın