İranın müxtəlif bölgələrinə PUA-larla zərbələr endirildi

İranın müxtəlif bölgələri hava hücumuna məruz qalıb. Rəşt, Təbriz, İsfahan və digər şəhərlərdən hava partlayışların əks olunduğu videolar paylaşılır.

bu barədə informasiyanı İRNA agentliyi yayıb.

Mənbə yazır ki, ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.

İran müdafiə nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib.

Alınan son məlumata görə, müdafiə nazirliyinin İsfahandakı sursat anbarına pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bu barədə informasiyanı İRNA agentliyi quruma istinadən yayıb. Qeyd edilir ki, hücum mini pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

PUA-lardan birini hava hücumundan müdafiə sistemi vurub, digər ikisini isə hərbçilər partladıb.(aznews.tv)

bu barədə informasiyanı İRNA agentliyi yayıb. - 0 1674971189

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir