Yanvarın 23-də Urmiya şəhərinin Durnalar Yuvası idman zalında Voleybol Premyer Liqasının 20-ci həftəsinin oyunları çərçivəsində Urmiyanın Şəhrdari və Tehranın Peykan voleybol komandalarının qarşılaşması olub.
Qarşılaşmada yüksək səviyyəli oyun nümayiş etdirən Urmiya komandası 3-1 hesabı ilə tehranlı rəqibinə qələbə çalıb.
Uzun aylardan sonra zala toplaşan azərbaycanlı tamaşaçılar “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.(AZNEWS.TV)
Bir yanıt yazın