Urmulu fəallardan təhlükəsizlik polisi idarələrinə getmələri istənilib.
İyulun 16-da İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin milli-mədəni fəallarına zəng ediblər.
Məmurlar fəalları təhdid edib və onlardan təhlükəsizlik polisi idarələrinə getmələrini istəyiblər.
Onlar 100-dən çox fəallatelefon əlaqəsi saxlayıb, onlara Urmu gölünün qurudulmasına qarşı bu gün yerli vaxtla axşam saat 18:00-a təyin olunan aksiyalara qatılmamaları barədə xəbərdarlıq ediblər.
Məmurların zəng edərək təhdid etdiyi fəallar arasında Mikayıl Qulipur, Huşəng Nəğizadə, Əta Kərimi, Əmir İBrahimlu, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari və başqaları var.
Fəalların rəsmi çağırış vərəqəsi istədiklərinə cavab olaraq ETTELAAT məmurları onlara qarşı cinayət işinin açılacağı və həbs olunacaqları ilə hədələyiblər.
Bununla yanaşı başqa şəhərlərdə, o cümlədən Təbrizdə də fəallara zəng edilib və onların aksiyaya qatılmamaları barədə xəbərdarlıq olunub.
Fəallar bu gün güneyli idmançı Kərim İsmayılzadəyə zəng olunduğunu bildirirlər.
Bir yanıt yazın