Vatikanın Papa Şurasının katibi: Azərbaycanın dinlərarası dialoq sahəsindəki zəngin təcrübəsi dünya üçün model ola bilər

Azərbaycandakı dini icmalar və dövlətin onlara qayğısı, münasibəti haqqında məlumatlıyam. Azərbaycan icmaları bir-birinə yaxınlaşdırmaq məqsədilə daim təşəbbüslər irəli sürür. Bu, olduqca yaxşı və digər ölkələr üçün müsbət nümunədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi çərçivəsində Fransanın Strasburq şəhərində keçirilən “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransda Vatikanın Dinlərarası Dialoq üzrə Papa Şurasının şri-lankalı katibi Indunil Janakaratne Kodituvakku Kankanamalaj deyib.

O bildirib ki, sabitliyin, dinlərarası harmoniyanın bərqərar olması arzu edilirsə, ilk növbədə, ölkə daxilində onlara ədalətli və bərabər münasibət göstərilməlidir.

“Hesab edirəm ki, Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində zəngin təcrübəsi bütün dünya üçün model ola bilər”, – deyə Vatikanın Dinlərarası Dialoq üzrə Papa Şurasının katibi vurğulayıb


AZƏRTAC / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycandakı dini icmalar və dövlətin onlara qayğısı, münasibəti haqqında məlumatlıyam. Azərbaycan icmaları bir-birinə yaxınlaşdırmaq məqsədilə daim təşəbbüslər irəli sürür. Bu, olduqca yaxşı və digər ölkələr üçün müsbət nümunədir. - noel vatikan

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir