Rus- erməni şəbəkəsinin “başarısız Elçibəy höküməti” yalanları.
“Başarısız Elçibəy Höküməti” Qarabağın yarıdan çoxunu işğaldan azad etmişdi, hakimiyyətdə qalsaydı Qarabağın tamamını işğaldan azad edəcəkdi. I Qarabağ savaşı qalibiyyətlə başa çatacaqdı, kökündən həll olunacaqdı. Məhz elə buna görə də Elçibəy hökümətini devirdilər. Qarabağı 30 il işğalda saxlamaq üçün devirdilər.
Elçibəyin Qarabağ siyasəti-Qarabağın qeydsiz-şərtsiz işğaldan azad olunması idi.
Elçibəy hökümətinin devrilməsi Azərbaycanı 50 il geri saldı. 30 il keçib, hələ də Qarabağın tamamı işğaldan azad olunmayıb və
Gündəmdə Qarabağın qeydsiz şərtsiz işğaldan azad edilməsi durmur, ermənilərə hansısa statusun, güzəştin verilməsi hələ də müzakirə mövzusudur.
Son yüz ili incələdikdə görürük ki, 1828.dən bəri Azərbaycanın içində Rus- erməni xətti, siyasəti Azərbaycanın siyasətində, taleyində, stratejisində çox aktiv rol oynayır. Onlar 1918 də Şaumyan liderliyində Sentrokaspi höküməti qurdular, 31 martda Bakıda soyqırım yapdılar, Qafqaz İslam ordusu onları devirsə də, 1920 də yenidən Qızıl Ordunun tərkibində Azərbaycana qayıdıb Türk Cümhuriyyətini devirdilər, 71 il Azərbaycanda hökümətlərini quraraq Azərbaycana divan tutdular, böldülər, parçaladılar, Ermənistan yaratdılar. Elçibəy liderliyində Milli Azadlıq hərəkatı Rus-erməni şəbəkəsini hakimiyyətini Azərbaycandan silməyə cəhd etdisə də1993 də bu şəbəkə Elçibəy hökümətini devirərək yenidən hakimiyyəti ələ aldılar. Yenidən Azərbaycanın sömürülməsi, ruslaşması, erməniləşməsi başladı. Milli Azadlıq Hərəkatı yarımçıq qaldı, üzvlərinə divan tutuldu, Türk siyasi platforması sindirildi, əzildi. Qarabağ savaşının taleyi də Azərbaycanda Türk və Rus-Erməni güclərinin, şəbəksinin qarşıdurmasından asılı oldu…
Türk və Rus-Erməni şəbəkəsinin qarşıdurması 1828 dən Qafqazda, 1918 dən Azərbaycanın içində getməkdədir…
Azərbaycan Xalq Cümhuriyyəti və Elçibəy höküməti Türk dövlətləri idi, Bu dövlətləri devirən Rus -erməni şəbəkəsi Azərbaycanda özlərinin rus-erməni-kürd-tat-fars tərkibli, birlikli hakimiyyətlərini qurmuşlar tamammı. Bunu doğrulamaq üçün bir qurulan hökümətlərin milli tərkibinə, zehniyyətinə, ideolojisinə, aşıladıqları dəyərlərə və kimlik siyasətlərinə baxın. Yazıqlar olsun ki, Eyni sürəc Atatürk sonrası Türkiyədə də getmişdir.
Elçibəy höküməti başarılı bir hökümətdir. Elçibəy bütün davalarında haqlıdır, haqlıydı. Elçibəy hökümətini “başarısız hökümət” , Elçibəyi başarısız lider adlandıranlar Rus-erməni şəbəkəsidir. Rus -Erməni şəbəkəsinin-80 min KKB ajanının təbliğatı Azərbaycan xalqını inandırdı, parçaladı. Azərbaycan xalqı rus-erməni şəbəkəsinə yenildi, 80 min kkb ajanına yenildi. Elçibəy höküməti Rəsulzadə hökümətinin davamı idi, milli idi. Rus-erməni şəbəkəsi milli hökümətimizi devirdi. Bu rus-erməni şəbəkəsi, zehniyyəti Azərbaycan hakimiyyətinin içində kök salıb, dövləti ələ keçirib. Hətta hökümətin içində də milli qüvvələrlə (var olmasına inanıram) rus-erməni şəbəkəsinin savaşı, qarşıdurması gedir. Əslində bu savaş Azərbaycanın hər yerində, zehinlərdə gedir.
Bu Türk-Rus savaşıdır.
Yasemen QARAQOYUNLU -Bakü / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Bir yanıt yazın