Mərəçöyüd yaz mövsümünün ən faydalı bitkilərindən biridir

Mərəçöyüd yaz mövsümünün ən faydalı bitkilərindən biridir

Ana təbiətə yazın gəlişindən bir az sonra çöllərdə, daha çox yamaclarda, xüsusilə qaratikan kollarının ətrafında nazik yaşıl zoğları olan mərəçöyüd təbii halda bitir. Adətən martda qönçələməyə başlayır, mayda isə çiçəkləyir. Apreldə onun tər, yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, mərəçöyüd ən faydalı tərəvəzlərdən biri sayılır. El arasında bitki daha çox qulançar kimi tanınsa da, elmi təbabətdə mərəçöyüd adlanır. Zülalla ən çox zəngin olan tərəvəzlərdən biridir.

Onun zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır. Qidalılığına və dadına görə çox qiymətlidir.

Tərəvəzin qida rasionuna daxil edilməsi çox xeyirlidir. Kulinariyada mərəçöyüddən salat və şorba hazırlanır. Onu qızartmaq, qaynatmaq, yaxud buxarda və digər üsullarla bişirmək olar. Yığılandan sonra yuyulub yumurta ilə, yaxud da yağ-soğanla qovurularaq bişirilir. Bişiriləndən sonra həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərinə çox faydalı təsir göstərir. Maraqlıdır ki, mərəçöyüdün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir.

Mərəçöyüdün tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dəridə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əsas mənbələrindən biri hesab edilir. Onun qəbulu diabet riskini azaldır. Mərəçöyüdün tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir.

Təbabətdə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovucu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur. Alkoqollu içkilərin qaraciyərə zərərini azaltmaq xüsusiyyətinə malikdir.

Aprel ayı mərəçöyüdün əsas mövsümü sayılır. Müəyyən vaxt keçdikdən sonra istifadəyə yararsız olur.

AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Mərəçöyüd yaz mövsümünün ən faydalı bitkilərindən biridir - kuskonmaz sebze bitki

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir