Milli fəal Əmir Səttari barədə məhkəmə qərarı dəyişdirilib

Bu barədə Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinin 2-ci bölməsi qərar çıxarıb.

Apellyasiya Məhkəməsinin eyni şöbəsinin bundan öncəki qərarında fəal barəsində çıxarılan həbs cəzasının yarısının gecikdirilməsi barədə hökm verildiyi halda, bunun yenidən dəyişdirilməsi fəalın etirazı ilə qarşılanıb.

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

O, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Ə.Səttari bundan öncədə fəaliyyətlərinə görə saxlanılıb və barəsində qərar çıxarılıb. O, hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib.

Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb. Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib.

“Kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham olunan milli fəal Əmir Səttari barəsində 4 milyon tümən cərimə və 91 gün həbs cəzası təsdiq edilib. - illi f al mir ttari bar d m hk m q rar d yi dirilib 0 1644297446

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir