İranda bir ayda ən azı 46 nəfər edam edilib

İranda bir ayda ən azı 46 nəfər edam edilib – AZ.NEWS.TV / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İranda bir ayda ən azı 46 nəfər edam edilib - AZ.NEWS.TV / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - idam ip

Bu haqda İran İnsan Haqları Təşkilatı hesabat yayıb.
İranın İnsan Haqları Təşkilatı son hesabatında İranda edamların əhəmiyyətli dərəcədə artdığını, son bir ayda ən azı 46 nəfərin edam edildiyini və onların demək olar ki, üçdə birinin bəluçlardan ibarət olduğunu bildirib.

Təşkilatın verdiyi məlumata görə, edam edilənlərin 17 nəfəri narkotik maddələrin ticarəti, qalan sayı isə qəsdən adam öldürmə ittihamı ilə asılıblar.

İran İnsan Haqları Təşkilatı ölkədə edamların sayının son dörd ilin eyni dövrü ilə müqayisədə “əhəmiyyətli dərəcədə” artdığını vurğulayıb.

İran zindanlarında 2021-ci ilin yanvarında 27, 2020-ci ilin yanvarında 33, 2019-cu ilin yanvarında isə 36 nəfərin edam edildiyi qeydə alınıb.

“Beynəlxalq Əfv Təşkilatı”nın bu ilin may ayında açıqladığı son illik hesabatına görə, 2020-ci ildə İranda 246 edam cəzası icra edilib və bu, eyni ildə dünyada icra edilən 483 edam cəzasının yarısının yalnız İranda həyata keçirildiyi deməkdir.

Qeyd edək ki, iinsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

Beynəlxalq Əfv Təşkilatı İran İslam Respublikasını “uşaq cinayətkarların” edamının davam etdiyi yeganə ölkə adlandırıb.

İranda bir ayda ən azı 46 nəfər edam edilib - AZ.NEWS.TV / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - idam ip

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir