İranda müəllim etirazları yenidən alovlandı – an.T / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Bu, elm xadimlərinin son iki ayda sayca beşinci kütləvi etirazlarıdır.
İranın müxtəlif şəhərlərində müəllimlər vəzifələrin bölgüsü planının icra edilməməsi, onlar arasındakı qeyri-bərabərlik, maaş azlığı və zindanda olan məhbus müəllimlərin azadlığa buraxılması tələbi ilə yenidən kütləvi etirazlara əl atıblar.
“Aznews tv”ın xəbərinə görə, bu gün, yanvarın 29-u səhər saatlarında Tehran, Təbriz, Həmədan, Kərəc, Qəzvin şəhərləri başda olmaqla İranın onlarla digər şəhərlərində müəllimlər dərsləri dayandıraraq etiraz aksiyası keçiriblər.
Məllimlər hökumətin onlar üçün nəzərdə tutduğu maaşla dolana bilmədiklərini deyərək, əməkhaqlarının universitet müəllimlərinin maşının 80%-dən az olmamasını, habelə təqaüdlərin ödənilməsini tələb ediblər.
Müəllimlərin Koordinasiyası Şurası bildirib ki, tələbləri bərpa edilməzsə, yanvarın 30 və 31-də də etirazları davam etdirəcəklər.
Xatırladaq ki, son aylarda İranın yüzdən çox şəhərində müəllimlər və təqaüdə çıxmış elm adamlarının etiraz aksiyaları baş tutsa da, hökumət onların problemlərinin həlli yönündə heç bir əməli addım atmır.
Bir yanıt yazın