İranda kürd siyasi məhkum dara çəkilib İranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib.

İranda kürd siyasi məhkum dara çəkilib
İranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib. – www.aznews.tv / turkishforun – A.Türer Yener

İranda kürd siyasi məhkum dara çəkilibİranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib. - www.aznews.tv / turkishforun - A.Türer Yener - iran kurt mahkum haydar kurbani

İranda kürd siyasi məhkum dara çəkilib
İranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib.
ranın Kürdüstan əyalətindəki insan haqları ilə bağlı vəziyyətə nəzarət edən qurumların və Kürdüstan prokurorluğunun da təsdiq etdiyi xəbərə görə, Kamyaran şəhər sakini olan Heydər Qurbani dekabrın 19-u səhər saatlarında Sənəndəc şəhərinin zindanında dara çəkilib.
Bildirilir ki, Heydə Qurbani İranın Kürdüstan Demokrat Partiyasına üzv olmaqda, rejimə müxalif qüvvələrlə əməkdaşlıqda və hakimiyyət tərəfdarı olan 3 yerli kürdün qətlə yetirilməsində iştirakda günahlandırılmışdı.
O isə ölüm hökmünün icrasından az əvvəl həbsxanada çəkib sosial şəbəkələrdə yaydığı bir video-çarxda ona qarşı irəli sürülən qətl ittihamını rədd edərək, Kamyaran, Kirmanşah və Sənəndəc həbsxanalarında dəfələrlə təhdid və təzyiqə məruz qaldığını, döyüldüyünü və fiziki işgəncələr altında qətl ilə bağlı ondan yalançı etiraflar alındığını bildirmişdi.
Heydər Qurbaninin vəkili Saleh Nikbəxt isə dünən mediaya açıqlamasında müvəkkilinin onun və ailə üzvlərinin xəbəri olmadan, ona ailəsi ilə son gürüşə icazə verilmədən edam edildiyini deyib.
“Heydər qurbaninin ailəsinə zəng vurub deyiblər ki, Sənəndəc qəbiristanlığına gəlin. Onlar isə məzarlığa gedəndən sonra müvəkkilimin edam olunduğunu və artıq basdırıldığını bildirərək qəbirini göstəriblər.
Bizim göstərdiyimiz səylərin nəticəsində İran Məhkəmə Sisteminin rəisinin tapşırığına əsasən, müvəkkilimin işinə yenidən baxılmalı idi. Lakin buna baxmayaraq, görünür ki, kimlərində basqısı altında müvəkkilimə çıxarılan ölüm hökmü gözlənilmədən yerinə yetirilib”, -deyə Heydər Qurbaninin vəkili Saleh Nikbəxt bildirib.
Yayılan məlumata görə, Heydər Qurbaninin edam edilməsi xəbərini eşidən onlarla Kamyaran sakini onun yaşadığı mənzilin qarşısında toplaşıblar və “Şəhid ölməz” şüarları səsləndirərək, öz etirazlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bir neçə dəfə bəyanat yayaraq, Heydər Qurbaniyə çıxarılan ölüm hökmünün ləğv olunmasını və onun dərhal azalığa buraxılmasını tələb etmişdilər.

İranda kürd siyasi məhkum dara çəkilibİranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib. - www.aznews.tv / turkishforun - A.Türer Yener - iran kurt mahkum haydar kurbani

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir