21 AZƏRİN ANIM GÜNÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLAR İŞ BİRLİYİNİN BƏYANATI

21 AZƏRİN ANIM GÜNÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLAR İŞ BİRLİYİNİN BƏYANATI – AZ.NEWS -ELYAR KAMRANİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

21 AZƏRİN ANIM GÜNÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLAR İŞ BİRLİYİNİN BƏYANATI - AZ.NEWS -ELYAR KAMRANİ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - guney azerbaycan

Güney Azərbaycan Təşkilatları olaraq biz, 21 Azər gününün Güney Azərbaycanda anılmasını və Urmu gölü ilə bağlı hər türlü milli etiraz cağırışlarını və təşəbbüsləri dəstəkləyir, millətimizi bu təşəbbüslərə qoşulmağa çağırırıq.

1324 -cü il Azər ayının 21 – də ( 12 dekabr 1945) Azərbaycan türkləri azadlıq, ədalət və milli hökumət ideyası əsasında Güney Azərbaycanda Milli Hökumətin yaradılmasına öz tarixi qərarlarını vermiş oldular. Bununla millətimiz mədəni hüquqlarını, milli kimliyini və iqtisadi rifahını təmin edən demokratik bir toplumda yaşamaq istəyini gerçəkləşdirmiş oldu.

Milli dövlətçilik tariximizin əhəmiyyətli dönüş nöqtəsi olan Azərbaycan Milli Hökuməti bir çox uğurlara imza atsa da, Pəhləvi rejiminin siyasəti və amansız hərbi cinayətləri nəticəsində onun fəaliyyətinə son verildi. Bununla belə azadlıqsevər millətimiz özünün milli ideyalarına söykənən demokratik istəklərindən vaz keçməyərək mübarizəsini davam etdirməkdədir.

Milli Dövlətçilik uğrunda mübarizəmizə maneələr yaratmağa çalışan farsçı rasist siyasi qurumlar xain planlarla bu gün də milli hərəkatımızı təsir altına salmağa və öz yolundan yayındırmağa cəhd edirlər. Bu cəhdlərin qarşısının alınması üçün Milli hərəkatımızın mübarizə təcrübəsinə dayanaraq Güney Azərbaycanla bağlı fəaliyyətlər daha təşkilatlanmış formada aparılmalı, ümummilli etirazlara çağırış və səslənən şüarlar türk dilində olmalı, müxtəlif şəhərlərdə milli fəallar arasında koordineli iş biriliyi aparılmalı, çağırışların zamanı və yeri şəraitə uyğun olaraq təyin edilməlidir.

Güney Azərbaycan Təşkilatları olaraq biz, 21 Azər gününün Güney Azərbaycanda anılmasını və Urmu gölü ilə bağlı hər türlü milli etiraz cağırışlarını və təşəbbüsləri dəstəkləyir, millətimizi bu təşəbbüslərə qoşulmağa çağırırıq.



Güney Azərbaycan Təşkilatlar İş Birliyi
1- Azadlıq Cəbhəsi (GAMAC)
2 – Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4 – Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5 – Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6 – Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7 – Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8 – Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan
Demokratik Türk Birliyi (GADTB)

21 AZƏRİN ANIM GÜNÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLAR İŞ BİRLİYİNİN BƏYANATI - AZ.NEWS -ELYAR KAMRANİ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - guney azerbaycan

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir