hər bir türkün iki vətəni vardır

Arkadaşlar. Arkadaşlar hər bir türkün iki vətəni vardır. Həm öz yaşadığı vətəni, həm də böyük Türkiyə.
Yasəmən Qaraqoyunlu Baku

Dəqiq tarixini unutmuşam. Səhv etmirəmsə 2016 cı ildə İsa Qəmbərin başqanlıq etdiyi Milli Strateji Düşüncə Mərkəzinin toplantısında Qarabağla bağlı çıxışımda Azərbaycan üçün o zaman yeni olan fikirlər səsləndirmişdim. Qeyd etmişdim ki, 1. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etməlidir. 2. Azərbaycan özünü müdafiə etmək üçün Pakistan-Azərbaycan- Türkiyə dən ibarət hərbi- siyasi -strateji blok qurmalıdır. 3. Rusiyanın 102 -ci ordusu Ermənistanda olduğu üçün ,
Türkiyə Orduları Azərbaycana daxil olmalıdır. 4. Türkiyə -Azərbaycan konfederativ birliyi qurulmalıdır. Həmin toplantıda Vaqif Hacıbəyli istisna olmaqla bütün müxalifət liderləri və təmsilçiləri mənim bu fikirlərimə güldülər, protesto etdilər, qeyri real və avantürist ideyalar adlandırdılar.
Heç əhvalımı pozmadım. Çünki bilirdim ki, tarixdə böyük tarixi atılımları “avantüristlər” həyata keçirir. Böyük tarixi dönüşümləri praqmatiklərin anlamaqda zorluq çəkdikləri “avantürist” lər yaradır. Yeni izləri böyük ruhlar yaradır.

Arkadaşlar tarixi bildiyim üçün tarixin axışını duya bilirəm. Keçmişi bildiyim üçün gələcəyi görə bilirəm. Bax indi bizim söylədiklərimiz gerçək olur. İndi Azərbaycanın bütün milliyyətçi görüşlü siyasətçiləri Türkiyə-Azərbaycan- Pakistan hərbi siyasi blokunun qurulmasını tələb edir. Türkiyə Azərbaycan konfederativ birliyinin qurulmasını tələb edir. Bu Rusiya və Erməni işğallarını durdurmağın, Qarabağı və İrəvanı almağın ən doğru yoludur. Bu Xəzərdə Rusiya və İranı zəiflətməyin ən doğru yoludur. Bu başda Türkiyə olmaqla İran, Azərbaycan, İraq, Suriya, Əfqanıstan,Türküstan, Doğu Türküstan türklərinin birləşməsinin və kürəsəl super güc olmasının ən doğal yoludur.

Arkadaşlar Elçibəyin dünyasını dəyişməsindən bu yana, Azərbaycan müxalifətində Türk milli mərkəzli siyasət fəlsəfəsi və anlayışı yoxdur. Liberal kosmopolitizm görüşləri Azərbaycan müxalifətini Qərb -Amerika siyasətinin, stratejisinin, maraqlarının təmsilçisinə və müdafiəçisinə çevirib. Mən Azərbaycan siyasətçilərini xarakterizə etməkdə çətinlik çəkirəm. Yarısı Atlantizmin, yarısı Rusofizmin, yarısı Panfarsizmin, Paniranizmin təmsilçiləri. Bu mənzərəyə, bu aşınmalara çox üzülürəm və deyirəm. Türk millətinin maraqları və stratejilərini mərkəz almayan siyasətlər və Azərbaycan projeləri iflasa məhkumdur.

Azərbaycanın yüksəlişi Türk Millətinin maraq və mənfəətlərini əsas alan siyasət fəlsəfələri yartmaqla mümkün olacaqdır. Türk millətinin kürəsəl super gücə çevrilməsi Azərbaycanın jeokültürəl və jeopolitik- stratejik konumuna bağlı olmaqla yanaşı, həm də Azərbaycanın milli kadrolarına və idealist aydınlarına bağlıdır. Biz Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, H.Cavidin, Ə.Topçubaşovun izindən gedəcəyik. Bu siyasətdə və kültürdə türk millətinə söykənməkdir. Yer üzündəki 5 min illik yazılı tarix dönəmində var olmuş heç bir millət və irq Türk milləti və irqi qədər böyük olmamışdır, heç bir mədəniyyət Türk mədəniyyətindən üstün olmamışdır.

Arkadaşlar özümlə qürur duyuram, çünki siyasətdə dediklərim fikirlər, irəli sürdüyüm ideyalar hər zaman gerçək olur.

Çünki hər zaman millətimin iradəsini və maraqlarını təmsil etməyə çalıştım. Çünki ürəyim hər zaman Türkiyəmizin yanında döyündü. Çünki həm türkük, həm də Türkiyəçiyik. Çünki siyasətdə Türk Millətinin davasını aparırıq, Türk Milləti üçün çalışırıq.

Arkadaşlar hər bir türkün iki vətəni vardır. Həm öz yaşadığı vətəni, həm də böyük Türkiyə.

Arkadaşlar. Arkadaşlar hər bir türkün iki vətəni vardır. Həm öz yaşadığı vətəni, həm də böyük Türkiyə.Yasəmən Qaraqoyunlu Baku - turkey azerbaijan flags 101113

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir