Son 200 ildə Batı və Rusiya Türklərin Qızıl Orda, Babur, Osmanlı, Qacar imperatorluqlarını yerlə yeksan etdilər, böldülər, parçaladılar, dağıtdılar.
Türkləri Hindistan, Pakistan, Əfqanıstandan çıxartdılar, tarixlərini sildilər, İran və Tacikistanda alt qrupa endirdilər, tarixlərini sildilər, Misir, Suriya, İraqdan sildilər, Balkanlardan sildilər, Rusiyanın, Çinin işğalındakı türklər də assimilyasiya siyasətinin qurbanlarıdır, Türküstanı da böldülər, parçaladılar, Qafqazda da sayılarını yetərincə azaltdılar, sürgün etdilər, Krımda da türk dövlətçilik ənənəsi qalmadı, indi isə Anadolu və Azərbaycandan silmək üçün ciddi işlər aparılır. Ciddi təbliğat aparılır. Youtubedə yüzlərlə fars, kürd, erməni, talış kanalları Türk millətinə meydan oxuyur. Neçə güclə mübarizə aparasan? Bir yandan Türklərə qarşı mübarizə aparan, Türkü əzən Moskva-Pekin-Tehran strateji birliyi, O biri yandan Batı-ABD-İzrail birliyi. İran Cəfərilər məktəbi adında youtube kanalı açıb Azərbaycana meydan oxuyur, Dəclə-Fərat bölgəsində Kürdlər Türkiyəyı meydan oxuyur, Ermınilər Batı Ermənistan adlı kanallar açıb Türkiyəyə meydan oxuyur. Bölgəmiz qaynayır. Məqsəd Türkləri coğrafiyalardan silib çıxarmaqdır. 1 dünya savaşında bunu etdilər. 3 dünya savaşı çıxarıb davamını tamamlamağa çalışırlar. Sağımız -solumuz düşmən.
Biz türklər isə hələ də iqtidar-müxalifət, sağ-sol, demokratiya-avtokratiya, sünni-şiyə davalarının içində çabalayıb dururuq. Çevrəmizdə nələr baş verir fərqində belə deyilik. Çünki tarix şüurumuz yoxdur. Tarixi bilmirik. Bir millət olaraq Haradan gəlib haraya gedirik, dünyadakı yerimiz nədir suallarına cavab aramırıq.
Başa düşməliyik ki, bəlkədə bu bizim son savaşımız olacaqdır.
Bölgəmizdə, TDT-nın coğrafiyasında böyük savaş planları hazırlığı gedir. Türklərə qarşı savaş stratejiləri hazırlanır. Bu savaş başlanmışdır belə. Türk coğrafiyasında
1. Rusiyanın Çarqrad (İstanbul) mərkəzli ortodoks birliyi yaratmaq planı
2. ABD+AB-nin Min ilin İntiqamı adlı Doğu Romanı-Bizansı bərpa etmək planı
3. Xəzər-Ağ dəniz-Qara dənizi birləştirən Böyük Ermənistan planı
4. Nildən Fərata qədər vəd edilmiş torpaqlarda İzrail dövlətini qurmaq planı. Böyük İzrailin bir parçası olacaq Kürdüstan planı
5. İran-Farsların Ariya birliyi planı. Azərbaycan, İran, Tacikistan, Əfqanıstanı birləştirməklə böyük İran-Aryan birliyini qurmaq planı.
6. Çinin Batı Torpaqlar nəzəriyyəsi planı. Bu plana görə Çin batı Türküstanı işğal etməlidir və Çinin gələcəyi batı Türküstanı işğal etməyə bağlıdır.
Sizin planınız hanı. Siz nə iş görürsünüz ey türklər. XX əsrdə babalarımızın qazandıqları, qurduqları torpaqları, dövlətləri itirdik, indi isə özümüzü belə itirmək durumundayıq. Sağımız-solumuz düşmən. Hər gün keçdikcə daha da çoxalırlar. Atatürklərə ehtiyac vardır.
YASEMEN QARAQOYUNLU -BAKÜ /TURKİSHFORUM – ABDULLAH TÜRER YENER
Atatürklərə ehtiyac vardır.
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın