Qərbi Azərbaycan Türklərinə

Qərbi Azərbaycanlılar deməyək-Türk deyək. Qərbi Azərbaycan Türkləri deyək. Bizim Türklüyümüzü coğrafiya adına qurban verməyin. Biz türkük. Azərbaycanın qərbindən (Ermənistandan) başlayıb Gürcüstan üzərindən keçərək ta Qars, İğdıra qədər uzanan, Türkiyə türklərinə qovuşan türklər deyin. 18-19 əsrlərdə buralarda nə Ermənistan var idi, nə də Gürcüstan. Azərbaycanı həm Osmanlı ilə həm də Qacar türk imperatorluğu ilə bağlayan, birləşdirən İrəvan Xanlığı bir Türk arealı idi. Türk idi. Güney Azərbaycanı, Quzey Azərbaycanı, Türkiyəni bağlayan körpü, qızıl qurşaq idi. Farslaşmamışdı, ərəbləşməmişdi. Türklüyünü qorumuşdu. Bizi Türklüyün Qızıl qurşağından vurdular, böldülər, parçaladılar və bu torpaqlardan təmizlədilər, sürgün etdilər.

Rusiya bu türk zolağını parça- parça etdi. Üzərində Ermənistan, Gürcüstan dövlətləri yarandı. Ermənistan türkləri, Gürcüstan türkləri deyimləri yarandı. Bizə Ermənistanlılar, Gürcüstanlılar dedilər, oysa ki biz-Ermənistan türkləri də Gürcüstan türkləri də eyni türklərik, bizim aramızda heç bir fərq yoxdur. Bizə türk deyin. Qərbi Azərbaycanlılar deyib Türklüyümüzü gizletmeyin. Etməyin. Mən öncə Türkəm, sonra Azərbaycanlıyam(Azərbaycanın qərb torpaqlarında doğulmuşam).

Orta Asiya cümhuriyyətləri deməyin. Türk cümhuriyyətləri deyin, Türküstan cümhuriyyətləri deyin. Orta Asiya deyimini Stalin yaratdı ki, Türk sözü, Türküstan sözü dillərdən, qulaqlardan silinsin.

Türk deməmək bu coğrafiyada Qərbi-İngiltərəni, Fransanı, Amerikanı, Çini, Rusiyanı, Fars-İranını gücləndirmək deməkdir. Türk deməmək bu coğrafiyada erməniləri, farsları gücləndirmək deməkdir. Türk deyin. Biz Türkük!!!

Yasəmən Qaraqoyunlu.-Baki / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Qərbi Azərbaycanlılar deməyək-Türk deyək. Qərbi Azərbaycan Türkləri deyək. Bizim Türklüyümüzü coğrafiya adına qurban verməyin. Biz türkük. Azərbaycanın qərbindən (Ermənistandan) başlayıb Gürcüstan üzərindən keçərək ta Qars, İğdıra qədər uzanan, Türkiyə türklərinə qovuşan türklər deyin. 18-19 əsrlərdə buralarda nə Ermənistan var idi, nə də Gürcüstan. Azərbaycanı həm Osmanlı ilə həm də Qacar türk imperatorluğu ilə bağlayan, birləşdirən İrəvan Xanlığı bir Türk arealı idi. Türk idi. Güney Azərbaycanı, Quzey Azərbaycanı, Türkiyəni bağlayan körpü, qızıl qurşaq idi. Farslaşmamışdı, ərəbləşməmişdi. Türklüyünü qorumuşdu. Bizi Türklüyün Qızıl qurşağından vurdular, böldülər, parçaladılar və bu torpaqlardan təmizlədilər, sürgün etdilər. - yasemen qaraqoyunlu

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir