Azərbaycan Respublikasında fəaliyyət göstərən İranlı Mühacirlər Cəmiyyətinin nəzdində yeni ədəbi birlik yaranıb.
Bu barədə Yenipress.az-a təşəbbüs qrupunun qurucuları məlumat veriblər.
Bildirilib ki, birlik Güney Azərbaycan və İranda Azərbaycan dilinin, mədəniyyətinin və ədəbiyyatının inkişafı və təbliği istiqamətində fəaliyyət göstərəcək.
Bununla yanaşı, Azərbaycan Respublikasının yazıçılarının İranda tanıdılması, əsərlərinin mümkün qədər yayılması və güneyli yazıçıların Azərbaycan Respublikasında tanıtdırılması, əsərlərinin nəşri ilə məşğul olacaq.
Ədəbi Birlikdə Azərbaycanın hər iki tayından olan ədəbiyyatçı, ziyalı və mədəniyyət xadimləri təmsil olunur.
Yaxın gələcəkdə birliyin ədəbi nəşrinin buraxılacağı nəzərdə tutulub.
Qeyd edək ki, İranlı Mühacirlər Cəmiyyəti 60-ci illərdə Cənubi Azərbaycan Milli Hökumətinin süqutundan sonra Azərbaycana mühacirət etmiş şəxslər tərəfindən təsis edilib.
Cəmiyyət Azərbaycan Demokrat Firqəsinin, Cənubi Azərbaycan Milli Hökumətinin ideya və amallarını yaşadan mühacirlərin birlik qurumlarından biri sayılır.
Hazırda cəmiyyətə Milli Hökumətin Təbrizdə Pəhləvi hökuməti tərəfindən edam edilmiş baş prokuroru Fridun İbrahiminin qardaşı oğlu, adaşı Fridun İbrahimi başçılıq edir.
İranlı Mühacirlər Cəmiyyəti TURKISHFORUM – ABDULLAH TÜRER YENER