Azərbaycan Mərkəz Partiyasının “Ümumdünya Ana Dili Günü” ilə bağlı bəyanatı

İsfend ayının 2-sı bütün dünyada beynəlxalq ana dili kimi qeyd olunur .
UNESCO-nun baş konferansında bu günün münasibəti ilə üzv ölkələrə bildirilmiş ki elə həmin gün məktəblərdə , üniversitelerde ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər konfranslar və seminarlar keçirilsin .
Azərbaycan Türkçesi iranda yaşayan 35000000 na yaxın Azərbaycan Türkü və digər Türk soyluların ana dilidir .
Dil insanlar arasında anlaşmanı sağlayan və özü üçün qayda qanunu olan ,bu qaydalar çərçivəsindən gəlmişən və təməli bilinməyən zamanlarda atılmış səslərdən hörülmüş bir anlaşma sistemidir .
İranın siyasi sınırları içində yaşamaqda olan Azərbaycanlı və digər Türklər ,bu haqda ağır zülüm ve ötekileşdirilmə prosesinə məruz qalmışlar və Məhəmməd Rıza şah , Azərbaycan milli hökumətini qətliam etdikdən sonra anadil də təhsili qadağan edib və ana məktəb kitablarını yandırmaq və məktəblərdə farsi dildə təhsil alınmasına səbəb olmuşdur.
Elə həmin dövrdən başlayan bir külturəl soyqırım Azərbaycanda başlamışdır.
Ayrıca farsi dil rəsmi dil kimi məcburi dil olduqdan sonra ,çoxlu qeyri fars öyrəncilər müəyyən zorluklar ilə qarşılaşmışlar .
Bu sistim bu günə qədər dəvam edir və fars hakimiyəti müxtəlif millətləri asimilə etmək amacı ilə ,dünya ictimaiyyətinə qarşı gələrək ,bu kültürəl asimilasyon prosesini yürütməktədir.
Azərbaycan milli hərəkəti bu çirkin siyasəti böyük ölçüdə qarşı çıxaraq umumi xalq içində oyanış hərəkatı başladıb və Türk dilində eğitim alma haqqını istədiyini açıqca bəyan etmişdir.
Ela bütün aksiyalarda və toplantılarda ister şənlik istər yas mərasimlərində “Türk dilində mədrəsə , olmalıdır hərkəsə ” və “mənim dilim ölən değil, başqa dilə dönən değiləm “kimi şüarları səsləndiriblər.
Ana dili bir insan üçün təməl haqdır və kimse vəya qurup tərəfindən alınamaz və bu haqqı alan devlətlər,insanlıq üçün qara ləkədir .
Azərbaycan Mərkəz Partiyası bu vasitə ilə İranda hakim sistemin şovinist siyasətinə hələ də məruz qalan məzlum millətlərin insanı haqlarindan mudafiə etməsində çalışqan olmalarini tələb edir və asimilasyon siyasətini məhkum edir və iran fars hakimiyetini Azərbaycan toplumunu yox etmə hərəkətlərinə dər hal son qoymasını istəyiri ,ölmaz Azərbaycan millətının tələbləri yerinə yetirilməlidir niyə ki İnsanların təməl haqları dövlətlərin siyasi amaçlarına qurban olmamalıdır.
Azərbaycan mərkəz partiyası Türk dilində eğitimi ən az orta məktəbə (fars dili ilə ) qədər olmasını və üniversitelerde Türkoloji yaradılmasını istəyir.
Ayrıca şəhərlərdə serbest Türk dili eğitimi vermək istəyən müəssisələrə imkan sağlanmalıdır və Türk dili eğitimi verən milli fəalların həbs olmasının qarşısı alınmalıdır.

2 isfənd ana dili kutlu olsun!

Azərbaycan Mərkəz Partiyası

20.02.2023


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir