“İran dövləti terrorçu dövlət kimi tanınır. Bu terror hadisələrindən bir çox səfirliklərdə baş tutub. Bu öncədən planlaşdırılmış, təxribat xarakterli bir hadisədir”.
Bu sözləri Ednews-a açıqlamasında siyasi-analitik Elyar Kamrani bildirib.
“Bu hadisənin törədilməsində bir başa İran məsuliyyət daşıyır. Biz İran dövlətinin bu işini qətiyyətlə qınayırıq. Bir səfirliyi və konsulluğu qorumaq öhdəliyi bu ölkənin vəzifəsidir.
Ötən illərdə də İran mediasında Azərbayan səfirliyi neçə dəfə həmlələrə məruz qalıb. Oradakı Orxan Əsgərovun şəhid olmasına səbəb olanlar cəzalandırılmalıdırlar. Bir səfirliyə hücum etmək həmin dövlətin ərazisinə hücum etmək deməkdir”.
Onun sözlərinə görə daha öncə də İranda müxtəlif media orqanlarında Azərbaycanı təhdid etməsi ilə bağlı xəbərlər yayılıb.
“Mümkün deyil ki, İran dövlətinin xəbəri olmadan səfirliyə hücum olunsun. Bu qəsdən planlaşdırılmış bir hadisədir”.(Ednews)
Ayan Rzayeva
Bir yanıt yazın