Güney Azərbaycanın Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddi bəraət alıb.
Ərdəbil əyalətindəki Apellyasiya Məhkəməsi bundan öncə Germi şəhərinin Dövlət Məhkəməsinin 1-ci şöbəsinin Pərisa Ciddi barəsində “hökumətə qarşı təbliğat” ittihamına görə çıxardığı 3 ay həbs cəzasını ləğv edib.
Qeyd edək ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İran ETTELAAT İdarəsinə getməsi istənilmişdi.
Hüquq müdafiəçisi bunun qanunsuz olduğu və məhkəmə arayışı təqdim edilmədiyi üçün ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.
Bir yanıt yazın