Yanvarın 17-də Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tanınmış jurnalist Əlirza Xoşbəxtə 6 il həbs cəzası barədə qərar çıxarıb.
Jurnalist “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyəti ilə toplaşmaq və əlbir olmaq” 5 il, “sistem əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
O, sentyabrın 23-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib və dekabrın 25-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.
Bir yanıt yazın