Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata çatdırılıb

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, dəfn üçün birdəfəlik müavinət 500 manat, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə isə hər il birdəfəlik müavinət 300 manatadək artırılıb: “Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü 330 manat olaraq müəyyənləşdirilib. Elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 500 manat, fəlsəfə doktorları üçün 300, yaşa görə müavinət 220 manata çatdırılıb”.

Anar Kərimov qeyd edib ki, Prezidentin fərdi təqaüdü 1500 manat, ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 120 manat təyin olunub: “Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət 100 manat, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 105 manat müəyyən olunub. “Xalq” fəxri adına görə təqaüd 200 manat, “Əməkdar” fəxri adına görə isə 150 manata çatdırılıb”.

TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata çatdırılıb. - Azerbaijan 500 manat Karabakh obverse

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir