Türkiyə və Azərbaycanın müdafiə nazirləri “Qardaş yumruğu” təlimində hərbçilərə mükafatlar təqdim edib
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşıb edilib.
Qeyd olunub ki, təlimdə nazirlərlə yanaşı, iki ordunun komandanları təlimləri izləmək üçün poliqona gəliblər. Diqqətə çatdırılıb ki, soyuq və qarlı havada keçirilən “Qardaş yumruğu” təlimində Türkiyə və Azərbaycan ordusunun hərbçiləri tərəfindən hədəflər dəqiqliklə vurulub. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər ordu komandanları hədəflərə atılan atəşləri diqqətlə izləyiblər.
Noyabrın 20-də başlayan Azərbaycan-Türkiyə birgə təlimində müvəffəqiyyət göstərən iki ölkənin hərbçilərinə milli müdafiə naziri Hulusi Akar və müdafiə naziri general-leytenant Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib.
AZERBAYCAN NEWS.AZ / TURKISHFORUM- SBDULLAH TÜRER YENER
Türkiyə və Azərbaycanın müdafiə nazirləri “Qardaş yumruğu” təlimində hərbçilərə mükafatlar təqdim edib
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın