Onun bel ağrılarının şüddətləndiyi deyilir.
Siyasi məhbus Abbas Lisani noyabrın 7-i axşam saat 18 radələrində kəskin bel ağrısı səbəbindən Ərdəbil zindanından İmam Əli xəstəxanasına aparılıb.
Mütəxəssis həkim müayinəsindən sonra dərhal cərrahi müdaxilə və tibbi yardım göstərilməsinin vacibliyi bildirilib.
Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilib.
Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.