İranda etirazlar zamanı daha bir SEPAH zabiti öldürüldü

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun silahlı qüvvələrinin üzvü ölüb, 5 polis də yaralanıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarları səsləndiriblər.

Nümayişlərin davam etməsi ilə, Kərəc şəhərinin küçələrində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə baş tutan etirazları nəzarətdə saxlamaq üçün bu şəhərə qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarları səsləndiriblər. - 9ddbce28 ce05 401d 9b2d 726f2de64a90

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir