Ərdəbilli milli fəal Məhəmməd Colani müvəqqəti azad edilib

O, 300 milyon tümən girov qarşılığında sərbəst buraxılıb.

Milli fəal Məhəmməd Colani,  noyabrın 1-də müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından sərbəst buraxılıb.

Hakim Kamyar Səlimin sədrliyi ilə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində aparılan məhkəmə prosesinin ilkin mərhələsində ərdəbilli fəala qarşı “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürülüb.

Məhəmməd Colani oktyabrın 1-də Ərdəbil-Səreyin yolunda məmurların hücumuna məruz qalıb və avtomobillərinə atəş açılaraq saxlanılmış, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra oktyabrın 4-də Ərdəbil zindanına köçürülmüşdür.

Qeyd edək ki, Yaşar Əkbərzadə müvəqqəti buraxılsa da, daha 6 milli fəal, Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Firuz Moini, Səccad Qane Müqəddəm hələdə Ərdəbil zindanında saxlanılırlar.

Milli fəal Məhəmməd Colani,  noyabrın 1-də müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından sərbəst buraxılıb. - rd billi milli f al h mm d olani m v qq ti azad edilib 0 1667367290

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir