SEPAH generalı və Şahçıraq qətliamının təşkili

SEPAH zabitləri İranın Şiraz şəhərində baş verən qətliama görə bu nüfuzlu hərbi qurumun Təhlükəsizlik Təşkilatının uzun illər İran xalqına divan tutmaqla ad çıxaran keçmiş qorxunc rəisi, bədnam Hüseyn Taebin dəstəsinin məsuliyyət daşıdığını iddia edib və dünənki açıqlamalarında onu bu terror aktını planlaşdırmaqda və həyata keçirməkdə günahlandırıblar.

Səriştəsizliyi üzə çıxan və Mossad casusu olduğuna əsaslı şübhələr olduğu üçün İranın dini rəhbəri və SEPAH komandanı Hüseyn Səlaminin “sayıqlığı” nəticəsində Hüseyn Taeb SEPAH-ın Kəşfiyyat İdarəsindən uzaqlaşdırılıb.

Hüseyn Taebin həmin qanlı qırğını törətmək üçün göndərdiyi muzdlunun silahı asanlıqla içəri keçirməsi üçün qapıları açan Şahçıraq ziyarətgahının təhlükəsizlik işçilərinin də bu dəstə ilə əlbir olduqları aydındır. Ola bilsin ki, sözügedən quldur dəstəsinin nüfuzu hətta Şiraz şəhər başçısı və polis idarəsinə də təsir edib ki, belə bir cinayəti törətməyə cürət ediblər.

Səriştəsizliyi üzə çıxan və Mossad casusu olduğuna əsaslı şübhələr olduğu üçün İranın dini rəhbəri və SEPAH komandanı Hüseyn Səlaminin “sayıqlığı” nəticəsində Hüseyn Taeb SEPAH-ın Kəşfiyyat İdarəsindən uzaqlaşdırılıb. - bc2c3aa8 41b2 467a af4b 8ca9d9ffc323

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir