Binabda həbs edilən şagirdlərin taleyindən xəbər yoxdur

Onların etiraz aksiyalarına qatıldıqları üçün həbs edildikləri bildirilir.

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində 3 yeniyetmə şagird etiraz nümayişlərinə qatıldıqları üçün saxlanılaraq naməlum yerə aparılıblar.

Binab şəhərinin Əllamə Təbatəbai və Sədra orta əktəbinin şagirdləri olan Əşkan Cavidfər, Araz Bədii və Əli Vəliməhəmmədi adlı şagirdlər oktyabrın 20-də saxlanılsalar da, bu günə kimi barələrində dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Binab təhlükəsizlik idarəsi adı çəkilən şagirdlərin ailələrinə onlar barədə 10 gün müddətinə heç bir məlumat verilməyəcəyini dediklərinə görə, yeniyetmələrin təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikləri ehtimal edilir.(aznews.tv)

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində 3 yeniyetmə şagird etiraz nümayişlərinə qatıldıqları üçün saxlanılaraq naməlum yerə aparılıblar. - inabda h bs edil n agirdl rin taleyind n x b r yoxdur 0 1666585025

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir