Ailələri onlar barədə hökumət qurumlarının məlumat verməkdən boyun qaçırdığını deyirlər.
Sentyabrın 22-də Zəngan əyalətinin Əbhər şəhərindəki nümayişlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və Zəngan zindanına köçürülən Əlirza Rəzəvi, Səidə Muradi və Əli Məqsudinin ittihamları və sağlıq durumları barədə məlumat əldə etmək mümkün olmur.
Adı çəkilən azərbaycanlı məhbusları ailələri məhkəmə, təhlükəsizlik və Zəngab şəhərinin zindanına müraciət etmələrinə baxmayaraq, onların taleindən xəbər tuta bilmədiklərini deyirlər.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının oktyabrın 13-də yaydığı məlumata görə, etiraz aksiyaları zamanı Zəngan əyalətində saxlanılan 290 nəfərin kimliyi dəqiqləşdirilib.
Yazıları posta kutunda oku