Bizim davamız. Hədəfimiz.
ŞUŞA BƏYANNAMƏSİ:TURAN YOLU.
Düşüncə düşüncəni dəyişmək üçündür.
Siyasət gerçəkləri dəyişmək sənətidir.
Gerçəkləri dəyəşənlər tarixin yaradıcılarıdır.
Dəyərli dostlar.
Biz yazılarımızda və çıxışlarımızda Azərbaycanda illərlə Türk mərkəzli geopolotik, geostrateji, geokültürəl konsepsiyanın yaradılmasına çağırış etdik. Türk mərkəzli plarformanın, baxış acısının yaradılması zərurətindən danışdıq. Vahid Türk ordusunun qurulmasına çağırış etdik, vahid Türk təhlükəsizliyinin qurulmasına çağırış etdik. Biz Son 30 ildə Azərbaycanda formalaşmış Avropa, Rus, İran platformalarına və zehniyyətinə qarşı Türk platformasını qoyduq, savunduq.
Biz dedik ki,
1. XXI yüzillikdə Çox qütblü, çox mədəniyyətli, çox sivilizasiyalı yeni dünya quruculuğu başlanmalıdır.
2. Avropa, Amerika mərkəzli dünya quruculuğuna son qoyulmalıdır. Türk milləti Avropa mədəniyyətinin egemen olduğu bir dünyaya, Avropa mərkəzli mədəniyyətə boyun əyməz və tabe olmaz. Olmamalıdır.
3. Avropa mədəniyyəti dünyaya egemen ola bilməz. Avropa mədəniyyəti universal deyil, lokal mədəniyyətdir və dünyadakı bütün lokal mədəniyyətlər bərabər haqlara sahib olmalıdır və yaşamaq, qorunmaq haqqına sahibdir.
4. Yerin resurslarının 80 faizi Avropaya axıdılır. Bu Yer üzündə sərvətlərin və resursların bölgüsündəki ədaləti və tarazlığı pozur. Varlı və kasıb, sömürülən və sömürgə edən dövlətlər bölgüsü yaradır ki, buna son qoyulmalıdır. “MƏN” anlayışına əsaslanan hedonist Avropa mədəniyyəti bəşəriyyətə sömürgə sistemi və eşitsizlik gətirmişdir. Avropa mədəniyyəti Renessans çağında Allahı öldürdü, İndustrial çağda Təbiəti öldürdü, Post industrial çağda isə İnsanın özünü öldürməkdədir.
” BİZ” anlayışını mədəniyyətin mərkəzində görən Türk mədəniyyətində ALLAH, TƏBİƏT, İNSAN anlayışı vəhdətdə götürülür və Yaşam fəlsəfəsində harmoniya əxlaqın və mənəviyyatın əsas ölçüsü hesab edilir.
Türk tezisi Batı tezisinin antitezisidir.
4. Türk mədəniyyəti və sivilizasiyası müstəqil lokal tarixi mədəni tipdir. Türk dünyası və mədəniyyəti, türk dili Avropa-Rus-İran(fars) mədəniyyəti kimi müstəqil və zəngindir və Avropa- Rus-Fars dünyalarının və mədəniyyətlərinin alt qrupuna, bir parçasına çevrilə bilməzlər.
5. XX əsrin əvvəllərində imperialist güclərin yenilgiyə, soyqırıma, parçalanmalara uğratdığı, Türk sivilizasiyasının yenidən inşası sürəci başladılmalıdır. Türk sivilizasiyasının arealı, coğrafiyası, təsir dairəsi Çindən Sibirə qədərki coğrafiyada 10 milyon kv. km. Olub, 350 milyon əhalini özündə birləştirsə belə, əslində Avrasiyanın böyük bir bölümü türkdür və Türk sivilizasiyası İslam sivilizasiyasının yayıldığı 3 qitəyə nüfuz etmə gücünə sahibdir. Məhz buna görə də nə Avropa, nə Rus-Slavyan mədəniyyətinə boyun əyməyən müstəqil Türk sivilizasiyasl qurulmalıdır.
6. Türk sivilizasiyası çox qütblü dünyanın bərabərhüquqlu təmsilçilərindən biridir və gələcək uluslararası düzən və siyasi konyuktur Türk-İslam mədəniyyətinin qalibiyyətini və gücünü əks etdirməlidir.
7. Türk milləti Avropa Rusiya müttəfiqləri tərəfindən Osmanlı, Babur, Qacar imperiyalarının çöktürülüb tarixə qovuşmasından sonra Avropanın, Rusiyanın müstəmləkəsi və sömürgəsi olan Türk-İslam dünyasını və mədəniyyətini yenidən dirildəcəkdir. Türk-İslam Sivilizasiyası tarixə qayıdacaqdır və 3 qitədə egemen olacaqdır.
Dəyərli dostlar biz 30 ildir ki, Azərbaycanda məhz bu gerçəklərə uyğun siyasi görüşlər və çağırışlar etdik.
Dedik ki,
– Bütöv Azərbaycan qurulsun, İran platosunda, Cınubi Türküstanda (Əfqanıstan) türk dövləti bərpa olunsun.
-İraq və Suriya türkmən bölgələri Türkiyə mandatı altına alınsın.
– Müstəqil Uyğur dövləti bərpa olunsun.
– Türkiyə+ Azərbaycan konfederasiyası qurulsun.
– Azərbaycan+ Pakistan+ Türkiyə hərbi strateji birliyi qurulsun.
– 6 dövlət 1 millət stratejisi hızlandırılsın.
– Ortaq türk dili, kültürü, tehlükəsizliyi, hərbi bloku, ortaq tarix hafizəsi canlandırılsın.
– Avropa Birliyi modelində yeni bir TURAN qurulsun.
Əlbəttə biz bilirdik ki, elmi əsaslarını İngiltərənin yaratdığı Stalin doktrinası- Moskva, Pekin, Tehran üçkəninin birlikdə bütün türk ellərinə uyğuladığı coğrafiya mərkəzli baxış acısına həbs olunmuş türksüz coğrafiya və tarix anlayışının, siyasətinin bir parçası və qurbanı olmuş “unikal identikliyə malik lokal azərbaycanlı” konsepsiyasının yetiştirdiyi insan tiplərinə müraciət edirik və bu coğrafiyaya həbs olunmuş, tarix hafizəsini kayb etmiş çağdaş azərbaycanlıların baxış acısı olan Rus-İran- Avropa yönlü platformalarını inkar edirik, yanlış olduğunu bildiririk və buna görə çoxlu tepkilər, etirazlarla üzləşəcəyik. Üzləştik də.
Hər zaman bizə “Türk, Türk demə, bu Azərbaycanda etiraz doğurur, qıcıq doğurur, türk olmayanlar səni özlərinə düşmən hesab edirlər” söylədilər. Cavabında mən də “bu coğrafiya- Qafqaz, Anadolu, Orta Doğu coğrafiyaları, İran, İraq, Suriya, Misir, Əfqanıstan, Azərbaycan kimi ölkələr Türk mərkəzli baxış acısı ilə yüksəlişə nail olacaqdır.Türklər min illər boyu qurduqları böyük dövlətlər və mədəniyyətlər içində türk olmayan xalqları və qrupları qorumuş, onlarla birləşərək uyum saxlamış və böyük başarılar qazanmışlar. Türk olmayanlar Türk sistemi içində həmişə xoşbəxt və güvənli şəkildə yaşamışlar. Azərbaycanda da bu belədir” deyirdim və bu gün də bu fikrimdə qalıram. Bunun tarixi örnəklərini Səlçuklu, Osmanlı, Babur , Səfəvi dövlətlərinin yeritdiyi siyasətdə, kültürəl və dini həyatlarında görə bilərsiniz. Türk mərkəzli siyasət və konsepsiyalar nəticəsində bütün Türk- İslam ölkələri və Azərbaycan nə Avropanın, nə Rusiyanın sömürgəsi olmayacaqdır. Azərbaycan TURANIN mərkəzi olacaqdır dedim. Bu gün də buna inanıram.
Dəyərli dostlar görürəm ki, bizim Türk- İslam mərkəzli platformamız günü gündən geniş yayılır, mənimsənilir və həyata keçirilir.
Çox mutluyam.
Bizim söylədiyimiz bu fikirlər bu gün vaxtilə bunu ciddiyyətlə inkar edənlərin, pisləyənlərin dilindən səsləndirilir.
Strateji düşüncə və zəka günlük siyasi konyuktura boyun əyməz, gərəkirsə selə, rüzgara qarşı dayanmağı bacarar, hətta zamana tabe olmaz, zamanın şərtlərini dəyiştirər.
Türk platforması Avropa mərkəzli kürəsəl mədəniyyət çağını qapadacaqdır. Bütün mədəniyyətlərin iştirakı ilə uluslararası düzən queulacaqdır. Avropa mərkəzli zaman anlayışının şərtlərini dəyişəcəkdir. Yeni, Türklərin də qatqısı ilə qurulacaq dünyanın Hədəfi xalqların, dövlətlərin, mədəniyyətlərin bərabərcə qoruduqları ədalət və eşitlik olacaqdır.
Yasəmən Qaraqoyunlu Baku / TURKISHFORUM -ABDULLAH TÜRER YENER