İranın rəhbəri Seyid Əli Xaməneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Amoli Azərbaycan Respublikasının media orqanlarını tənqid edib.
Sentyabrın 2-də cümə namazı çıxışında ərdəbilli axund Qarabağın işğalı zamanı İranın Azərbaycana dəstək verdiyi barədə iddiaları bir daha təkrar edib.
O, Birinci və ikinci Qarabağ müharibəsi dövründə Tehran hökumətinin Azərbaycanın yanında olduğu barədə fikirlər səsləndirib, Azərbaycan-Naxcıvan Muxtar Respublikası arasında əlaqə yolunun İrandan keçdiyini əvəzsiz dəstək kimi vurğulayıb.
Seyid Həsən Amoli Azərbaycan mediasınnın İran və İran rəhbərinə qarşı təhqiramiz çıxışlarının arxasında başqa qüvvələrin durduğu barədə fikirlər səsləndirib.
O, xüsusilə son vaxtlar Azərbaycan Respublikasında millətçi qrup və cərəyanların fəallığının artmasından narahatlığını bildirib və bu cərəyanların İran rəhbərinə qarşı çıxışlarını şübhəli hesab edib.
Amoli Azərbaycan xalqına sual ünvanlayaraq onları bu barədə düşünməyə çağırmaqla yanaşı azərbaycanlıları nankorluqda ittiham edib.
Ərdəbilin cümə imamı quran “Əlrəhman” surəsinin 60-cı ayəsi “Sizdə yaxşılığın cavabı yaxşı olmayan əməllərləmi verilir” ayəsini oxuyaraq azərbaycanlıları İranın yaxşılıqlarına pisliklə cavab verdiklərini iddia edib.
xaməneyinin Ərdəbildəki nümayəndəsi Azərbaycan dövlətinin mövqeyini əks etdirən media orqanlarında da İran rəhbərinə qarşı təbliğat aparıldığını deyib və bunların arxasında “Sionist rejim”in olduğu barədə ənənəvi fikirlərini təkrarlayıb.
Seyid Həsən Amoli çıxışının davamında bir daha Naxcıvanı Azərbaycanla birləşdirən yoldan danışaraq Tehran rəsmilərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqlarını paylaşdığını bruza verib.
O, köhnə yoldan başqa hazırda İranda Azərbaycanı Naxcıvan və Türkiyə ilə birləşdirəcək yeni yolun inşa edildiyini deyib və bunun tərəflər ən sərfəli yol olduğunu iddia edib.(https://www.aznews.tv/%c9%99rd%c9%99billi-molla-az%c9%99rbaycanlilari-nankorluqda-ittiham-edib/)
Yazıları posta kutunda oku