Qaradağda əhali etiraz ekoloji problemlərə görə aksiyası keçirib

Onlar Əndiryan qızıl mədəninin fəaliyyətinin dayandırılmasını istəyiblər.

Sentyabrın 2-də Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsinin Vərziğan şəhəri yaxınlığında yerləşən Əndiryan qızıl mədəni ətrafındakı kəndlərin əhalisi etiraz aksiyası keçiriblər.

Kəndlilər qızıl mədəninin qeyri-standart istismarı,qaydasız partlayışların həyata keçirilməsi və zəhərli tullantıların təbiətə buraxılmasının törətdiyi ekoloji problemlərə görə narazılıqlarını bildiriblər.

“Mədən gərək bağlana” şüarları səsləndirən etirazçılar mədən fəaliyyətinin onlara heç bir maddi xeyiri olmadığı ilə yanaşı bölgənin kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğunu qeyd ediblər.

Ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilən Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır.

Qeyd edək ki, Əndiryan qızıl mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur.

Mədənin fəaliyyətinin ətraf mühitə ziyan vurması  ilə bağlı dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədib, mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur.

Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.(https://www.aznews.tv/qaradagda-%c9%99hali-etiraz-ekoloji-probleml%c9%99r%c9%99-gor%c9%99-aksiyasi-kecirib/)


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir