Bir aylıq mübarizədən sonra Qərbi Azərbaycan Qeydiyyat İdarəsi “Ataxan” adına kimlik vəsiqəsi verib

Qərbi Azərbaycan Qeydiyyat İdarəsi “Ataxan” adına doğum şəhadətnamənin verilməsinə razılıq verib. Bu barədə onun atası Məhəmməd Muxtari məlumat verib.

“Bir ay mübarizə və Qeydiyyat İdarəsinin təklif etdiyi fars adlarını qəbul etmədik. Nəhayət oğluma Ataxan adına şəxsiyyət vəsiqəsi ala bildik”-deyə, Muxtari özünün sosial media hesabında yazıb.

Bir müddət bundan öncə Məhəmməd Muxtari dəfələrlə müraciət etməsinə baxmayaraq, Qərbi Azərbaycan Qeydiyyat İdarəsinin “Ataxan” şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini bildirmişdi.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.(aznewstv)


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir