Abbas Lisaninin məzuniyyəti ləğv edildi

Abbas Lisani bu gün 23 avqustda məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbil İnqilab Məhkəməsinin İcra Şöbəsinə dəvət edilib.

“İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyətinizlə bağlı son günlər məhkəmə tibb ekspertizasının rəyi və hörmətli prokurorun göstərişinə görə, həbs cəzanızın qalan hissəsini çəkmək üçün 5 gün müddətində bu şöbəyə gəlməniz lazımdır.

Qeyd olunur, müəyyən edilmiş müddətdə gəlməmək həbslə nəticələnəcək”-deyə, bildirşdə qeyd olunub.

Bildiriş Abbas Lisaninin Təbrizin “Vəliəsr” xəstəxanasında bel diskindən əməliyyat olduğu günə təsadüf edir.

Qeyd edək ki, avqustun 13-də tibbi məzuniyyət müddəti bitdikdən sonra Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin İcra Şöbəsində olub.

Ona Ərdəbil Məhkəmə-Tibbi Komissiyasının yenidən 6 aylıq tibbi məzuniyyət istədiyi üçün məzuniyyət müddətinin uzadıldığı və məhkəmənin elektron sistemi vasitəsilə elan olunacağı bildirilmişdi.(aznewstv-ant)

“İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyətinizlə bağlı son günlər məhkəmə tibb ekspertizasının rəyi və hörmətli prokurorun göstərişinə görə, həbs cəzanızın qalan hissəsini çəkmək üçün 5 gün müddətində bu şöbəyə gəlməniz lazımdır. - bbas isaninin m zuniyy ti l v edildi 0 1661280378

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir