Təbrizin Səhənd kombayn zavodunun işçiləri işdən qovulub

Onların qısa müddətli müqavilələrlə işə götürüldüyü üçün heç bir təzminat ala bilmədikləri bildirilir.

Avqustun 21-də TəbrizinSəhənd kombayn zavodunun 9 işçisi işdən qovulub və onlara heç bir təzminat ödənilməyib.

İşdən qovulan zavod işçiləri bir aylıq müqavilələrlə işlədildiklərini, qanunla nəzərdə tutulan bütün hüquqlardan məhrum olduqlarını və işdən çıxarıldıqdan sonra təzminat ala bilmədiklərini bildiriblər.

Zavod rəhbərliyi istehsalın azalmasına görə işçiləri ixtisara saldığını bildirsə də, onlara təzminat verilməməsi barədə açıqlama verməkdən imtina edib.

Bundan öncə 500 işçisi olan kombayn zavodunda hal-hazırda 39  nəfər çalışır və onlardan 20-i ofis işçilərindən ibarətdir.

Avqustun əvvəllərində etiraz aksiyası keçirən kombayn zavodunun işçiləri 4 aydır əmək haqqı ala blmədiklərini bildirmişdilər.

İşçi hərəkatı fəalları işdən qovulan 9 nəfərin qeyd olunan aksiyada iştirak edənlər olduğunu, zavod rəhbərliyinin onları işdən qovmaqla başqa işçiləri susmağa çalışıldığını deyirlər.(https://www.aznews.tv/t%c9%99brizin-s%c9%99h%c9%99nd-kombayn-zavodunun-iscil%c9%99ri-isd%c9%99n-qovulub/)

Avqustun 21-də TəbrizinSəhənd kombayn zavodunun 9 işçisi işdən qovulub və onlara heç bir təzminat ödənilməyib. - brizin h nd kombayn zavodunun i il ri i d n qovulub 0 1661234334

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir