Avqustun 19-da İran şəhərlərində keçirilən cümə namazı çıxışlarında Əli Xaməneyinin əyalətlərdəki nümayəndələri tanınmış yazıçı Salman Rüşdiyə qarşı sui-qəsd əməlinə bəraət qazandırıblar.
İran Rəhbəri Əli Xaməneyinin Kirman, Şiraz, Ərdistan, Yəzd, Bəndər Abbas, Simnan və başqa yerlərdəki nümayəndələri cümə namazlarından öncəki çıxışlarında Amerikada Salman Rüşdiyə qarşı həyata keçirilən sui-qəsdi Ruhullah Xomeyninin göstərişinin yerinə yetirilməsi cəhdi adlandırıblar.
Terror əməlini dəstəkləyən bölgə mollaları islama qarşı hörmətsizlik edənlərin dünyanın bütün nöqtələrində cəzalandırılmalarının vacibliyini deyərək, gəncləri oxşar terror hərəkətlərinə təhrik ediblər.
Əli Xaməneyinin Fars əyalətindəki nümayəndəsi və Şiraz şəhərinin cümə imamı yazıçıya qarşı sui-qəsdi ilahi borc adlandırıb və Amerika, Avropada müqəddəsləri təhqir edən başqa şəxslərində cəzalandırılmasını istəyib.
Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışı başlamazdan əvvəl Hadi Mətər adlı 25 yaşlı müsəlman gəncin hücumuna məruz qalıb və yaralanıb.
Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Ancaq o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.(https://www.aznews.tv/%c9%99li-xam%c9%99neyinin-numay%c9%99nd%c9%99l%c9%99ri-salman-rusdiy%c9%99-qarsi-sui-q%c9%99sdi-d%c9%99st%c9%99kl%c9%99yibl%c9%99r/)
Bir yanıt yazın