İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd İranın irqçi fars molla rejiminin Azərbaycan və türkə qarşı qanlı düşmən olduğunu açıq şəkildə etiraf etdi.
İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və İtaliyadakı keçmiş səfiri Əbülfəz Zöhrəvənd Cənubi Qafqaz və bölgədə baş verənlərlə bağlı müsahibəsində Azərbaycana qarşı ərazi iddiaları səsləndirib.
O açıq şəkildə deyib ki, “Qarabağ məsələsi bizim ziyanımıza oldu, Naxçıvan İrana birləşdirilməlidir”.
İranda aparıcı vəzifələrdə təmsil olunmuş və İranın irqçi fars-molla rejiminin Azərbaycana qarşı fikirlərini açıq dilə gətirən İran diplomat açıq şəkildə Azərbaycanın Qarabağın azad edilməsi uğrunda əməliyatlarının uğurla bitməsinin İranın ziyanına olduğunu düşündüklərini açıq şəkildə etiraf edib.
Əbülfəz Zöhrəvənd İranın açıq şəkildə müstəqilliyi və ərazi bötüvlüyü tanımadığını etiraf edərək deyib: “Qarabağ məsələsi bütünlüklə bizim ziyanımıza oldu. Azərbaycan İrana ilhaq edilməli, Naxcıvan İrana birləşdirilməlidir. Cənubi Qafqaz İran mədəniyyəti hövzəsinə aiddir”.
O, İranın bölgə ölkələrinin münasibətlərinin normallaşması, o cümlədən Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına qarşı olduğunu etiraf edərək deyib: “Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması İran və Rusiyanın ziyanınadır. Türkiyəyə inanmaq olmaz və onlarla ortaq nəsə etmək mümkün deyil. Türkiyə ən yaxşı halda İranın strateji rəqibidir”.
İran diplomatı azərbaycanlıları təhqir edərək ermənilərin sıxışdırılmasından narahatlığını ifadə edirərək deyib: “Bir mütəxəssis kimi düşüncələrimi bölüşürəm, biz Qarabağ məsələsində daha yaxşı fəaliyyət edə bilərdik. Qarabağın aşağı hissəsi türklərə məxsusdur, ancaq bunlar əslində şiəliyə inanan türklər deyillər. Burada məsələni başqa cür həll edilə bilərdi.
Müharibə olmadan və Qarabağdakı ermənilər köçürülmədən torpaqları türklərə qaytara bilərdilər. Ancaq ermənilərin idarəçiliyi ya onların öz əlinə və ya İrəvanın əlinə verilə bilərdi. Ancaq bölgənin hakimiyyət və idarəçiliyi Qarabağ və İrəvanın əlindən çıxıb və Bakının əlinə keçdi və bu bizim zərərimizə oldu.
İndi isə Zəngəzuru alıb və İranın Ermənistanla olan bir neçə kilometrlik quru sərhəddini bağlamaq haqda düşünürlər.
Həzrəti ağa (Əli Xameneyi) bu barədə çox yerində və dəqiq xəbərdarlıq etdi. Ancaq türklər bu məsələlərə diqqət yetirən deyil, onlar namərddirlər.
Bizim, Qasım Süleymaninin Ərdoğanın hakimiyyətdə saxlanılmasında böyük böyük köməyimiz oldu, ancaq onlar bizə necə cavab verdilər? Suriyada bizə qarşı çıxdılar.
Əlbəttə, Türkiyənin siyasi quruluşu belədir və bundan qırağa çıxa bilməzlər. Biz belə bir Türkiyə ilə heç bir strateji müttəfiqliyimiz və ortaqlığımız ola bilməz. Biz ən yaxşı halda stratejik rəqiblərik. Bütün bunlara görə, Qarabağ və Naxçıvan məsələsi bizim ziyanımıza oldu. İndi Amerikanın, CİA-nın vasitəsilə Türkiyə və Ermənistan münasibətlərini adiləşdirməyə çalışırlar, bu dəqiq olaraq bizim ziyanımıza olan məsələdir. Cənubi Qafqazda aparılan siyasət Gürcüstanda olduğu kimi İran və Rusiyanın burada təsirinin tamamilə yox edilməsinə qulluq edir. Cənubi Qafqaz Şimali və Cənubi Osetiya kimi İran mədəniyyəti coğrafiyasına mənsubdur, onlar İran əsillidirlər.
Bu Azərbaycanda da belədir, bu gedişlə Azərbaycan bizim üçün çox qorxulu və təhlükəli bir fenomenə çevrilib.
Naxçıvanla Türkiyə arasında bir başa quru yolunun yaranması bir başa bizim ziyanımızadır və bu bizim Türkiyəyə qarşı olan təzyiq vasitəmizin əldən çıxması deməkdir.
Türklərdə sionist düşüncəsi mövcuddur, onlar İranla öz aralarında uzun sərhəd divarı inşa ediblər, biz onlarla uzun müddətli siyasətlərdə də problemlər yaşayacayıq.
Biz Rusiya ilə münasibətlərimizi daha ciddiləşdirməli, strateji və ortaq müttəfiqliyimizi gücləndirilməliyik. Şimal-Cənub tranzit yolu dünyanın siyasi tənliklərini dəyişə bilər, bilmirəm nə işdir ki, 60 kilometrlik Rəşt-Astara yolunun inşasına imkan verilmir.
Azərbaycan NATO-nun yerləşə və İranın parçalanmasına start vura biləcəyi yerdir. Azərbaycan İrana qaytarılmayana qədər ora bizim üçün bir xərçəng xəstəliyi vəzi rolunu oynayacaq.
Hələ bununla yanaşı İranda yaşayan “azərilərə” də kimlik düzəldərək onların Orta Asiya türkləri olduqlarını iddia etmək istəyirlər.
Bizim çevrəmizdə baş verən hadisələr, o cümlədən Əfqanıstan və İraqda baş verənlər İranın başını qatmaq üçün ortaya atılan məsələlərdir, bu vəziyyəti dəyişməliyik.
Bir daha deyirəm Ermənistan bir çox səbəblərə görə bizim üçün Azərbaycandan daha irəli və yaxındır.
Ermənistanın baş naziri o qədərdə münasib adam deyil, o, ermənilərin içinə nüfuz edib. Əslində ermənilər İranın müttəfiqidirlər”.
İran rejiminin diplomatının müsahibəsi həmçinin irqçi farsların İsveçdə yaşayan fəalı Ümid Dananın internet televiziyasında yenidən yayılıb. Orada hətta Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün “müqəddəs hücum”un vacibliyinə təkid edili.