Avqustun 17-də Təbriz zindanında saxlanılan siyasi məhbus Ruzbeh Pirinin qardaşı Yaşar Piri əmniyət gücləri tərəfindən tutularaq naməlum yerə aparılıb. Bu barədə fəalın yaxınları məlumat verib.
Onun həbs səbəbləri və nədə ittiham olunması barədə heç bir xəbər verilməyib.
Qeyd edək ki, Yaşar Piri bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilib, nəzarət altına alınmışdı. İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər.
Bununla yanaşı, Yaşar Piri 2012-ci ilin aprel ayında Urmu gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına görə Təbrizdə keçirilən etiraz aksiyalarına qatıldığı üçün saxlanılmış və “ictimai asayişi pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 şallaq cəzasına məhkum edilmişdi.https://www.aznews.tv/guneyli-milli-f%c9%99al-t%c9%99brizd%c9%99-h%c9%99bs-olundu/
Bir yanıt yazın