1.Türkiyə İranı tanımır. İrana (Türkeliyə) Osmanlı gözündən, məzhəb acısından baxır. Osmanlı da, Səfəvi də Türk tarixinin böyük imperatorluqlarıdır, şərəf tariximizdir, lakin həm də bir keçmişdir, bitmişdir. Gələcəkdə Osmanlının və Səfəvilərin varisləri yenidən birləşəcəklər. Birləşməlidirlər. Gələcəyin inşası, gələcəyin stratejisi-Türkiyə-Türküstan-Türkeli(İran) ittifaqının qurulmasından keçir.
2. Türkiyə İranı Fars kimi alqılayır. İrana Şiə-Sünni məzhəb qavramlarından baxır. Türkiyədə məzhəb anlayışı, məzhəb təəssübü yenildiyi zaman, vahid İslam anlayışı qavranıldığı zamanTürkelini (İranı) çözə bilər, anlaya bilər. Gələcəyin inşası üçün Türkiyə öncə öz içində özü özünü yeniləməli, zamanla Türkiyə tarixi içində formalaşmış Türk birliyinə mane olan ünsürlərdən, qavramlardan arınmalı, təmizlənməlidir. Türkiyənin məzhəb qavramı bitdiyi zaman Türkiyə-Türkeli ittifaqı qurula biləcəkdir. Türkelidə(İranda) Türk aydınları məzhəb təəssübündən çoxdan vaz keçmişlər və Nadir Şah Avşar doktrinini-Bakı, Təbriz, Ankara birliyini mənimsəmişlər.
3. Türkiyə İrandakı Türkün gücünü və bu coğrafiyanın, ortadoğunun gələcəyindəki rolunu , potensialını hələ gözdən keçirməmişdir.
4. Türkiyə İrandakı Türk gücü ilə birləşərək kürəsəl güc olma potensialını gözdən keçirməlidir.
5. Türkiyədə tv-lərdə danışan stratejistlər İranı Fars kimi alqılayır və uydurma Fars dövleti, Fars kültürü anlayışından çıxış edirlər. Türkiyə aydınlarının çoxu Batının uydurduğu ” Fars kültür”heyranlarıdır.
5. Farslar mədəniyyəti Şumer-Elam-Babil-Hindistan və Türküstandan əxz etmişlər. Farslar məğlubedilməz xalq deyil. Pers Əhəmən dövlətini -İsgəndər, Sasanlıları -Ərəblər yenmişdir. Fars dövlətçilik tarixi 7 əsrdən 20 əsrə qədər qırılma dönəmi yaşamışdır, yəni 1300 il Türkeli coğrafiyasında (İranda) Fars dövləti mövcud olmamışdır.
6. Türkiyə İranı(Türkeli) çözmədən, buradakı türkün potensialını sahiblənmədən (Bakı-Təbriz-Ankara birliyi stratejisi ) bölgədə güc ola bilməz. TDT -nın böyük potensialı Türkelidə(İran) dir.
7. Həm Azərbaycanda həm Türkiyədə aydınlar, stratejistlər içində İran (Aryanlar ölkəsi) qavramından imtina edilməlidir və əvəzində Türküstan, Türkeli ifadəsi işlədilməlidir.
8. Osmanlı Ərəb yarımadasına, AfroAsiyaya doğru genişləndiyi üçün Ərəb kültürü ilə, Səfəvi Xorasanı içinə aldığı üçün Fars-Tacik kültürü ilə, Babur-Hindistan kültürü ilə etkiləşim, sintez prosesi keçirmişdir. Bu proses Türk tarixinin şərəf tarixidir, kürəsəl gücə çevrilmək üçün Türklərə yeni avantajlar qazandıracaqdır. Türklər Türk mədəniyyətinin gücünü, potensialını yetərincə dərk etməmişlər. Ərəbi, Farsı, Çini, Hindistanı yönətən gücdür bu güc. Batı (Yunan-Roma) elmi və düşüncəsi Misir, Hind, Çin, antik Sami, İran-Pers mədəniyyətinin üstünlüyündən və dərinliyindən bu gün belə çəkinər, qorxar, heyranlıq duyar. Oysa ki, bütün bu mədəniyyətləri Türklər yönətdi, hətta qurdu, qorudu və min illərlə hakim oldu. Bu günkü Türk tarixindəki gücün farkında deyildir. Tarixindən qopmuşdur.
Türkiyə-Türkeli-Türküstan ittifaqı ilə doğu və batı türklüyü birləşərək çox qütblü dünyada qütblərdən biri olacaqıar. Sosio-kültürəl super sistem – sivilizasiya quracaqlar. Adı Turan!
Yasemen Qaraqoyunlu-b-Bakü /TURKISHFORUM – ABDULLAH TÜRER YENER